23 Sentyabr 2026 16:08
144
SİYASƏT
A- A+
Azərbaycanın “qızıl” planı  

Azərbaycanın “qızıl” planı  


Prezident İlham ƏLİYEV: “Yeni qızıl, mis, molibden yataqları aşkarlanarsa zənginləşdirmə və emal zənciri yaradılmalıdır”


Azərbaycanın dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ başlayır. 2030-cu ilədək bu sahənin illik ixrac potensialının 2025-ci ilin orta dünya qiymətləri ilə hesablandıqda təxminən 2 milyard dollara çatdırılması planlaşdırılır. “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” bu hədəfə gedən yolu yeni istehsal və emal gücləri ilə cızır.

Bu sahənin inkişafında əsas diqqət mineral resursların daha yüksək keyfiyyətli məhsullara çevrilməsi, emal imkanlarının genişləndirilməsi və xammaldan son məhsula qədər dəyər zəncirinin formalaşdırılmasına yönəldilir. Məsələyə bu cür yanaşma metallurgiya məhsullarının istehsalının və ixrac imkanlarının artırılması baxımından da əhəmiyyət daşıyır. Çünki dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların iqtisadi fəallığına təsir göstərən  faktordur. 

Məhz bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə Dövlət Proqramının hazırlanması sektorun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm mərhələdir. Əslində proqramın hazırlanması ilə bağlı qərar 2026-cı il aprelin 1-də qəbul edilib.  İki gün öncə isə Prezident İlham Əliyevin sədrliyi ilə bu məsələlərə həsr olunmuş müşavirə keçirilib. 

Müşavirədə aparılan müzakirələr  dövlətin dağ-mədən və metallurgiya sahəsinə yanaşmasının yalnız mövcud potensialın qorunması ilə məhdudlaşmadığını göstərir. Əsas diqqət resurslardan daha səmərəli istifadə, istehsal imkanlarının genişləndirilməsi və sahənin iqtisadi inkişafdakı rolunun artırılmasına yönəlib. Ona görə də yeni Dövlət Proqramı qarşıdakı mərhələdə görüləcək işlərin sistemli şəkildə həyata keçirilməsi üçün əsas sənədlərdən biri kimi çıxış edir.

Prezident İlham Əliyev müşavirədə proqramın maliyyə təminatının dövlət tərəfindən artıq müəyyənləşdirildiyini vurğulayaraq, sahəyə yerli və xarici investorların cəlb olunması üçün  ortaya açıq mövqe qoyub: “ Bu proqramın maliyyə təminatı bəllidir, bütün müvafiq qurumlarla razılaşdırılıb və biz bu proqramı istənilən halda icra edəcəyik. Amma, eyni zamanda, əgər yerli və xarici investorlar maraq göstərsələr, müəyyən faiz səviyyəsində onların iştirakı da mümkündür. Olsa yaxşıdır, olmasa da yaxşıdır. Onsuz da biz bunu edəcəyik. Amma mən hesab edirəm ki, sahə, düzdür, maliyyətutumludur, ancaq gəlirlidir. Xüsusilə bu gün qiymətli metalların dünya bazarlarındakı qiyməti kifayət qədər yüksəkdir və yəqin ki, aşağı-yuxarı bu səviyyədə belə də qalacaq. Ona görə yerli və xarici investorlara da mesajımız budur ki, qapılar açıqdır”. Dövlət başçısının bu fikirlərində əsas mesaj proqramın icrasını investorların marağından asılı vəziyyətə gətirməməkdir. Onun “qapılar açıqdır” ifadəsi isə xüsusilə yerli və xarici investorların bu sahəyə cəlb olunmasına verilən önəmi göstərir. Digər tərəfdən, qiymətli metalların dünya bazarındakı yüksək qiymətləri fonunda sektorun investisiya baxımından cəlbediciliyinə diqqət çəkilir.

Metallurgiya  və dağ-mədən sənayesi bir çox şirkətin inkişafında mühüm rol oynayan sahədir. Dəmir və polad, alüminium, dəyərli metallar, minerallar və xam metal mədən sənayesini təşkil edir. Sektor dağ-mədən layihələrinin intensiv inkişafı, risklərin idarə edilməsi və yataqların kəşfi kimi müxtəlif məqsədlər üçün fond bazarlarında kapital tələb edir. Bu deyilənlərin  nümunəsi kimi “AzerGold” QSC-nin fəaliyyətini göstərmək olar. Şirkət geoloji kəşfiyyatdan filiz hasilatına, emaldan qiymətli metalların satışına qədər dəyər zəncirinin müxtəlif mərhələlərini özündə birləşdirir. Son illər fəaliyyətini qızıl və gümüşlə məhdudlaşdırmayan “AzerGold” qara metal filizləri istiqamətində də layihələr həyata keçirir və “Daşkəsən Dəmir Filiz” layihəsi ilə metallurgiya sənayesinin inkişafında yerini genişləndirir. 

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin müşavirədə şirkətlə bağlı  səsləndirdiyi fikirlər də “AzerGold”un qarşıdakı mərhələdə üzərinə düşən rolun miqyasını  göstərir.  Söhbət mövcud yataqların istismarından, yeni qızıl, mis və molibden ehtiyatlarının müəyyənləşdirilməsindən və onların hasilatla məhdudlaşmayıb zənginləşdirmə və emal mərhələlərindən keçirilməsindən gedir: “Mən hesab edirəm ki, “AzerGold” bu yatağın 100 faiz səhmdarı olmalıdır. İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, - əgər maraq olarsa, mən əminəm ki, olacaq, - xarici investorlar da bu yatağa cəlb oluna bilər”.

Azərbaycanda dağ-mədən  və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmənin dərinləşdirilməsi, ixracın strukturunun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Bu prosesdə nəqliyyat xərclərinin optimallaşdırılması ilə yanaşı, ekoloji tələblərin və müasir standartların qorunması da əsas şərtlərdən biri kimi müəyyənləşdirilir. “Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə həm təbiətin qorunmasını, həm ekoloji normaların ən yüksək standartlara cavab verməsini, əlbəttə ki, biz xarici tərəfdaşlardan tələb edirik və tələb edəcəyik. Əgər ona əməl etməsələr, onlar cəzalandırılacaq. Təbii ki, dövlət şirkəti olan “AzerGold” bütün ekoloji standartlara cavab verməlidir”, - deyə dövlət başçısı müşavirədə vurğulayıb. 

Beləliklə, qarşıdakı  üç il yeni yataqların istismara cəlb edilməsi, mineral resursların emalından son məhsulun istehsalına qədər geniş və dayanıqlı dəyər zəncirinin qurulması olacaq. Dövlət proqramının icrası bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin yeni mərhələyə çıxarılması ilə yanaşı, regionların inkişafına, məşğulluğun artmasına və ölkənin sənaye-ixrac potensialının gücləndirilməsinə xidmət edə bilər.


Züleyxa ƏLİYEVA. 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bağışlamaq qəlbin böyüklüyüdür  

16:42
23 Sentyabr

Dövlət müəssisələrinə nəzarət genişlənir: 22 qurum monitorinqdən keçdi  

16:39
23 Sentyabr

Kanada və Böyük Britaniya müdafiə proqramlarını birləşdirə bilər   

16:38
23 Sentyabr

Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  

16:36
23 Sentyabr

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

16:33
23 Sentyabr

Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  

16:26
23 Sentyabr

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

16:25
23 Sentyabr

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub  

16:23
23 Sentyabr

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

16:22
23 Sentyabr

Aleks Albon: “Bakı trası bizim bolidə uyğundur”  

16:18
23 Sentyabr

“InnMedia” Türkiyə və Özbəkistan bazarlarına çıxmağa hazırlaşır  

16:14
23 Sentyabr

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın yeni sənaye mərhələsidir  

16:13
23 Sentyabr

Azərbaycanın “qızıl” planı  

16:08
23 Sentyabr

Ağciyər xərçənginin müalicəsi üçün peyvənd hazırlanıb  

16:01
23 Sentyabr

Şirvanda şəhid polkovnik Rəşad Hüseynovun məzarı ziyarət olunmuşdur   

15:59
23 Sentyabr

Yerin altından 2 milyard dollarlıq sərvət  

15:42
23 Sentyabr

Lənkəranda çayçılıq, çəltikçilik və sitrusçuluq yeni dövlət proqramına uyğun şəkildə inkişaf etdirilməkdədir   

15:40
23 Sentyabr

Əfv sərəncamı Naxçıvanda icra olundu - iki Türkiyə vətəndaşı azadlığa buraxıldı  

15:38
23 Sentyabr

Əfv sərəncamı 2 və 17 saylı cəzaçəkmə müəssisələrində 4 nəfərə şamil olunub  

15:34
23 Sentyabr

Yeni Dövlət Proqramı iqtisadiyyatın inkişafına böyük imkanlar yaradacaq  

15:32
23 Sentyabr

2027–2030-cu illər Dövlət Proqramı: Azərbaycanın mineral-xammal potensialı yeni inkişaf mərhələsində  

15:30
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!