08 Yanvar 2025 08:30
250
İQTİSADİYYAT
A- A+
Azərbaycanın qeyri-neft-qaz xidmət ixracı 4,6 milyard dollara çatıb

Azərbaycanın qeyri-neft-qaz xidmət ixracı 4,6 milyard dollara çatıb


Ölkəmizin xidmət ticarəti ilə bağlı siyasəti davamlı inkişaf məqsədləri ilə üst-üstə düşür


"Azərbaycanın makroiqtisadi sabitliyinin və dayanıqlılığının möhkəmlənməsində xidmət ixracının əhəmiyyətli rolu var. Xidmət ticarəti ilə bağlı siyasət Azərbaycanın davamlı inkişaf məqsədləri ilə üst-üstə düşür, regional iqtisadi artıma öz töhfəsini verir". 

Bu sözləri "Azərbaycan" qəzetinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Nicat Hacızadə deyib. O bildirib ki, bu, birbaşa xarici investisiyaların, qlobal dəyər zəncirlərində iştirakın, məhsuldarlığın və istehsal olunan məhsulların ixracının mühüm müəyyənedici amilidir. Ümumdünya Ticarət Təşkilatına üzv olan ölkələrin xidmət ticarəti ilə əlaqədar konkret təsnifat və metodologiyası mövcuddur. Metodologiyaya nəqliyyat, turizm, sığorta, maliyyə, səhiyyə, tikinti, informasiya texnologiyaları, data, peşəkar və işgüzar xidmət və sairə daxildir. Azərbaycanın xarici ticarəti ilə əlaqədar xidmət göstəriciləri Mərkəzi Bankın tədiyə balansı əsasında müəyyən edilir. 

Şöbə müdiri qeyd edib ki, 2024-cü ilin doqquz ayı ərzində Azərbaycanın qeyri-ticari qeyri-neft-qaz ÜDM-i ötən illə müqayisədə nominal olaraq 9,3 faiz artıb. Qeyri-ticari qeyri-neft-qaz sektorunun dövlət və qeyri-dövlət sektorunda yaranan real əlavə dəyərinin əsas drayverləri 18,2 faiz artımla tikinti sektoru, 16 faiz ilə nəqliyyat və anbar təsərrüfatı, 10,6 faizlə turizm xidmətləri, həmçinin xidmət sektoru üzrə vergilərin artımı olub. Yaranan əlavə dəyərin artımında sözügedən sektorlar üzrə xidmət ixracının da əhəmiyyətli töhfəsi var. 

Nicat Hacızadə deyib ki, ötən ilin doqquz ayı ərzində cari hesablar balansının profisitlə icra edilməsində xidmətlər sektorunun müsbət təsiri olub: "Doqquz ayda Azərbaycanın məcmu xidmət ixracı 28,6 faiz artaraq 5,8 milyard, qeyri-neft-qaz xidmət ixracı isə 37,1 faiz artaraq 4,6 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz xidmət ixracı qeyri-neft-qaz qeyri-ticari ÜDM-də 16,4 faiz paya sahib olmaqla potensial səviyyənin reallaşması üçün yeni çağırışlar və perspektivlər yaradır. Qeyd edilən zaman ərzində qeyri-neft-qaz xidmət ixracının əsas drayverləri işgüzar xidmətlər, turizm və nəqliyyat xidmətləri olub. Belə ki, işgüzar xidmətlərin ixracı 47,2 faiz artaraq 1,6 milyard ABŞ dolları, turizm ixracı 43,4 faiz artaraq 1,6 milyard ABŞ dolları, qeyri-neft-qaz təyinatlı nəqliyyat xidmətləri ixracı isə 14,8 faiz artaraq 1,14 milyard ABŞ dolları təşkil edib. Habelə hava nəqliyyatı xidməti üzrə ixrac ötən ilin eyni dövrünə nəzərən 87 faiz artaraq 515 milyon ABŞ dolları təşkil edib ki, bu da qeyri-neft-qaz nəqliyyat ixracının 45 faizinə bərabərdir". 

Onun sözlərinə görə, digər xidmət ixracları arasında sığorta xidmətləri 4,3 dəfə artaraq 108 milyon dollar, maliyyə xidmətləri 88 faiz artaraq 31 milyon dollar, hökumət xidmətləri 13 faiz artaraq 26,9 milyon dollar, əyləncə xidmətləri isə 2 dəfə artaraq 49,7 milyon dollar təşkil edib. Bütövlükdə məcmu xidmətlər balansında defisitin ötən ilin eyni dövrünə nəzərən azalmasına baxmayaraq, yaranan kəsrin başlıca səbəbləri tikinti xidmətləri balansında 1 milyard dollar və işgüzar xidmətlər balansında 1,4 milyard  dollar həcmində defisitin olması ilə əlaqədardır.

İİTKM-in şöbə müdiri qeyd edib ki, Azərbaycanın qeyri-neft-qaz iqtisadi artımına ən çox töhfənin elə bu xidmət sektoru tərəfindən verilməsi daxili tələb kanalları vasitəsilə həyata keçir. Mövcud potensialın xarici xidmət tələbinin də təmin edilməsi üçün reallaşdırılması ilə bağlı geniş imkanlar mövcuddur. Sənaye və kənd təsərrüfatı istiqamətlərindən fərqli olaraq xidmət sektorunun ixraca yönəlməsi üçün maliyyə kapitalından daha çox  kvalifikasiyalı və yüksək əlavə dəyər yaratma qabiliyyətinə malik insan kapitalının mövcudluğu şərtdir. "Qeyri-neft-qaz xidmətlər balansının kəsrinin ötən ilin müvafiq dövrünə nəzərən az olmasının mühüm amillərindən biri peşəkar və işgüzar xidmətlər üzrə gəlirlərin artımı və həcmi ilə əlaqədardır. Sözügedən istiqamət üzrə gəlirlərin artımını şərtləndirən əsas səbəb yerli insan kapitalının xarici tərəfdaşlara müxtəlif istiqamətlər üzrə göstərdiyi konsultasiya və digər xidmətlərdir", - deyə o əlavə edib. 

Turizm xidmətləri üzrə ixracın artımı ilə bərabər müsbət balansın mövcudluğunun turizm sektoru üzrə əlavə dəyərin də artımına təsir göstərdiyini qeyd edən N.Hacızadə vurğulayıb ki, ötən ilin doqquz ayı ərzində turizm xidməti üzrə ixrac daxilolmaları mövcud potensialı aşaraq turizm üzrə ÜDM-i 1,2 dəfə üstələyib. Azərbaycana gələn əcnəbi vətəndaşların sayının 27 faiz artaraq 2 milyon 412 nəfərə çatması da sözügedən müsbət iqtisadi göstəriciləri dəstəkləyir. 2024-cü ilin yanvar-noyabr aylarında xarici ölkələrdən Azərbaycana həyata keçirilən kommersiya uçuşlarının sayı 24 min 519 olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artım deməkdir. Bu göstərici yalnız turizm ixracının deyil, həmçinin qeyri-neft-qaz nəqliyyat xidmətlərindəki artım göstəricilərini də dəstəkləyir. 

Nicat Hacızadə bildirib ki, Azərbaycanın tikinti sektorunda yaranan əlavə dəyərin mühüm hissəsi daxili tələb (ev təsərrüfatları və dövlət tələbi) hesabına formalaşır. Geniş potensiala baxmayaraq, tikinti xidmətləri üzrə xarici tələbdə iştirakçılığın zəif olması və həmin sahə üzrə xidmət balansının defisiti qeyri-neft-qaz qeyri-ticari ÜDM-ə azaldıcı təsir göstərir. "Halbuki digər istiqamətlərdən fərqli olaraq, tikinti sektorunda yaranan məşğulluq vasitəsilə ciddi ixtisaslaşma, həmçinin peşəkar bacarıqlar yerli şirkətlərin xarici bazarda daha rəqabətqabiliyyətli iştirakına şərait yarada bilər. 2024-cü ilin yanvar-sentyabr aylarında tikinti xidmətləri üzrə Azərbaycanın ixracı 25 milyon, idxalı isə 41,5 milyon ABŞ dolları təşkil edib. Azərbaycanın qeyri-neft-qaz ÜDM-in istehsalında tikinti xidmətləri 3,4 milyard ABŞ dolları həcmində əlavə dəyər yaradıb. Qeyd edilən göstəriciləri nəzərə alaraq, Azərbaycan şirkətlərinin beynəlxalq tenderlərdə iştirak, habelə milli təcrübə və həlləri xarici bazarlara ötürmək potensialı yüksəkdir", - deyə şöbə müdiri bildirib. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 

00:49
09 Yanvar

“Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:46
09 Yanvar

“Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında

00:45
09 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:43
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 03 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:41
09 Yanvar

Londonun mərkəzi küçəsi bomba təhlükəsinə görə boşaldılıb  

22:58
08 Yanvar

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenilənir

22:38
08 Yanvar

Azərbaycan və Avropa İttifaqı arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

21:34
08 Yanvar

XİN: İrqçi-şovinist məfkurə hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib

21:33
08 Yanvar

Ukraynanın Zaporojye şəhərinə aviazərbə endirilib, ölənlər var 

21:32
08 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:31
08 Yanvar

Azərbaycan millisinin daha bir üzvü Avropanın ən yaxşısı seçilib  

21:09
08 Yanvar

AZAL Kazan istiqamətində bütün uçuşları dayandırıb

21:07
08 Yanvar

Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib  

20:29
08 Yanvar

Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib

20:11
08 Yanvar

Qahirədə Misir, Yunanıstan və Kipr liderlərinin üçtərəfli sammiti keçirilib

19:46
08 Yanvar

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını Monako Knyazlığına təhvil verib  

19:23
08 Yanvar

“Rolls Royce” Britaniyada zavodunu genişləndirmək üçün 376 milyon dollar sərmayə yatıracaq  

19:10
08 Yanvar

Qırğızıstan mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini işıqlandırıb

19:08
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!