10 Oktyabr 2023 10:50
873
İQTİSADİYYAT
A- A+
Azərbaycanın payızı bir nağıl dünyasıdır

Azərbaycanın payızı bir nağıl dünyasıdır

 

Ölkəmizdə turizm bu fəsildə də aktual olur

 

Payız ilk addımlarını yağışların yağması, soyuq küləklərin əsməsi ilə atır. Yağışlı, çiskinli havada lay-lay buludlar göy üzünə pərdə çəkib günəşi görünməz edir. Payız buludları  bir-birinə dəyib nərilti-gurultu qopararaq yeri-göyü silkələməklə günəşin görünməzliyinə meydan oxuyur. 
Havadakı istilik hər gün bir az öləziyir. Görünməzliyə çəkilən günəşin  şüaları arada-bərədə yerə doğru uzansa da, əvvəlki hərarəti, əvvəlki istiliyi olmur. Daha sonra yarpaqlar saralıb-solaraq bir-bir  tökülür. Ağaclar çılpaqlaşır, sanki qışın gəlişini qarşılamaq üçün xüsusi ahəng yaradır. Və beləcə insanlar payıza "sarılaraq onun keyfini" çıxarmağa çalışırlar.
Həmin keyfin ən yaddaqalan məqamlarından biri isə turist səfərlərinə çıxmaqdır. Payız dövrü  Azərbaycanda turizm  xüsusilə fərqlənir. Bu mövsümdə tətilə çıxmağın üstünlükləri çoxdur. Birincisi ona görə ki, turistik bölgələrdə  xeyli sakitlik yaranır,  hotellər demək olar ki, boşalmış sayılır. Yayın  bürküsündən qaçıb oralara gedən insanlar istirahətlərini başa vurub geri dönürlər. İkincisi də odur ki, yay aylarında yer tapa bilməyənlər üçün payızın ilk ayları göydəndüşmə olur. Payız turizminin öz atributları var, tətilə çıxanlar ondan gen-bol istifadə edirlər. İstər yerli, istərsə də xarici turistlərin  Azərbaycanda turizm şirkətlərinin yaratdığı imkanlardan yararlanması üçün hər cür şərait var. Yaydan fərqli olaraq payızda hotel qiymətləri xeyli aşağı olur, şəhərlərarası yollarda gediş-gəliş seyrəlir. Turistlər yayda yaranan sıxlıqdan dolayı  görə bilmədiyi yerləri payızda rahatlıqla kəşf edə bilirlər. 
Bəlkə də bu səbəbdən payızda Azərbaycana gələn  xarici turistlərin sayı yay aylarında gələnlərdən çox da fərqlənmir. Yayda soyuq ölkələrdən gələnlər  üstünlük təşkil edirsə,  payızda isti ölkələrdən gələn tuistləri daha çox  görmək olur. Xüsusilə də Fars körfəzi  ölkələrində yaşayan insanlar  payızda Azərbaycana gəlməyi sevirlər. Onları payızın romantikası olan sarı-qızılı yarpaqlarla zəngin meşələr, parklar, bağlar  cəlb edir. Ərəb ölkələrindən gələn turistlər üçün payız fəsli ideal sayılır. Təkcə payızın havası deyil, bolluq yaradan meyvələri turistlər üçün vazkeçilməz  bir nemətdir. Yayın əncirindən,  gilasından,  tutundan, zoğalından, yemişindən və qarpızından sonra yetişən payız meyvələri  turistlərə "gəl-gəl" deyir. Onlar məhsul yığımının qaynar mövsümü sayılan payızın təbii meyvələri olan  heyva, nar, karalyok, kivi, naringi, portağal, limon, zeytun kimi bol vitaminli can dərmanlarına heyranlıqlarını gizlətmirlər.
Qubadakı "Alma fesivalı", Göyçaydakı "Nar festivalı",  Lənkərandakı "Çay, çəltik və sitrus meyvələri festivalı", Qəbələdəki  "Mürəbbə festivalı"  öz möhtəşəmliyi ilə hər zaman turistləri cəlb edib. Məhsul bolluğunun rəmzi olan bu festivallar insanda xoş əhvali-ruhiyyə yaradır, yaddaşlara hopur. Xarici turistlər üçün yenilik olan belə tədbirlərin bayram əhvallı aurasını ölkəsinə  aparan şəxsin gələn dəfə də buraya gələcəyinə şübhə yaranmır. Çünki həmin festivallar həm bölgənin, həm də bütövlükdə Azərbaycanın tanıdılması baxımından olduqca əhəmiyyətlidir. Ona görə də ölkəmizi  tanımaq istəyən xarici turistlər üçün  bu cür ənənəvi tədbirlərin sayını  və gününü artırmaq lazımdır. Bir-iki gün yox, bir həftə keçiriləcək bu festivallar beynəlxalq miqyasa çıxa bilər ki, bu da xarici turistlərin Azərbaycana gəlişinə müsbət mənada təsir göstərər. Bu festivallar həm də daxili turizmin inkişafında böyük rol oynayır. Məhz bu cür ənənələr  turizm üçün müsbət addımdır. 
Yayda  olduğu kimi, payız turizmində də  qrup turları təşkil olunur. Tünd-yaşıl təpələri, qabıqlı meşələri, Göygöl kimi əsrarəngiz su hövzəsi, Kür və Arazı, iti  axan balaca çayları, qədim kəndləri və üzüm bağları, pambıq tarlaları, rəngarəng bitkiləri olan Azərbaycan bir nağıl dünyasıdır. Payız aylarında dağ kəndlərinin bacalarından çıxan tüstü damların  üstündə burulub  xüsusi gözəllik yaradır.
Əvvəllər yalnız iki turizm var idi: yay və qış turizmi. Amma bu gün payız və yaz turizmi dünya praktikasında da özünü göstərir. Azərbaycanda daxili turizmin  payız mövsümü əsasən birgünlük, ya da ikigünlük turlardan ibarət olur. Birgünlük daxili turlar əsasən Quba, Qəbələ, Lənkəran, Masallı, Lerik, Astara rayonlarına istiqamət götürür. Qeyd etmək lazımdır  ki, payız turizmində turist axını daha çox cənub bölgəsində müşahidə edilir. Tur vaxtı sitrus meyvələri yığılır, çay plantasiyasına gəzinti, nahar və çay süfrəsi təşkil olunur ki, bu da turistlər üçün çox maraqlıdır. Bu mövsümdə Mingəçevir-Göygöl, İsmayıllı-Qaranohur gölü, Şəki-Qax-Zaqatala turları da unudulmur. Daha çox maraq doğuran "Astara-mandarin" turudur. Oranın xüsusi payız mənzərəsi insanların xoşuna gəlir. 
 Payızda Naxçıvana olan turlar  da həmin bölgəyə səfər edən turistlərin yaddaşına ömürük hopur. Təyyarə ilə baş tutan gediş-gəlişin  qiyməti  Naxçıvana  səfər edən turistləri  heç narahat etmir. Təki muxtar respublikanın Hüseyn Cavid məqbərəsi və Hüseyn Cavidin ev-muzeyi,  Bəhruz Kəngərli muzeyi, Yusif ibn Küseyr  türbəsi, Əlincə qalası, Möminə Xatun məqbərəsi, Batabat gölü, Naxçıvan Xan Sarayı,  Şərq hamamı,  Duzdağ  Fizioterapiya Mərkəzi, Əshabi-Kəhv mağarası  kimi  görməli, gəzməli yerlərini ziyarət etsinlər.  
İnsafən demək lazımdır ki,  Azərbaycanda turizmin inkişafı üçün əlaqədar qurumlar  lazımi  tədbirlər  görürlər. Görülən  müsbət işlərin nəticəsində payız turizmi get-gedə aktuallaşmağa və populyarlaşmağa başlayıb. Bu mövsümün turizmi  əsəbləri sağaltmaq, beyni dincə qoymaq baxımından olduqca faydalıdır. Payızda baş tutan tətillər insana uğur gətirir.

Züleyxa ƏLİYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!