09 İyul 2026 08:20
455
CƏMİYYƏT
A- A+
Azərbaycanın müasir inkişaf modeli

Azərbaycanın müasir inkişaf modeli


Ölkəmizdə  rəqəmsal transformasiya vahid dövlət strategiyası çərçivəsində reallaşır


Dövrün tələblərindən, günün reallıqlarından irəli gələn hər bir yenilik qəbulediləndir, qaçılmazdır. Rəqəmsallaşma da texnoloji yenilik deyil, müasir dünyanın inkişaf yoludur. Süni intellekt, rəqəmsal hökumət, kibertəhlükəsizlik və innovasiya bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib. Dövlət idarəçiliyinin, milli təhlükəsizliyin, təhsilin, səhiyyənin, sənayenin, kənd təsərrüfatının, ümumilikdə ictimai həyatımızın bütün sahələrində mühüm rola malik olan rəqəmsallaşma inkişafın əsasıdır. 

Biliyə, texnologiyaya, innovasiyaya böyük önəm verən dövlətlərin timsalında bunu hiss edir və aydın görürük. Bu gün inkişaf etmiş ölkələrin gücü, istehsal potensialı, iqtisadi nəticələri təbii resurslarla deyil, onların daha çox texnoloji yeniliklərə, informasiyalara necə yiyələnmələri ilə ölçülür. Azərbaycan da həmin ölkələrdəndir. Son illərdə ölkədə həyata keçirilən çox mühüm islahatlar, beynəlxalq əməkdaşlığa və təcrübəyə verilən dəyər, yeni texnologiyaların tətbiqi sahəsində həyata keçirilən tədbirlər, qəbul olunmuş əhəmiyyətli sənədlər, idarəetmənin təkmilləşdirilməsi üçün göstərilən səylər rəqəmsal inkişafı artıq dövlət siyasətinin prioritetlərindən birinə çevirib. Bu, səbəbsiz deyil, çünki son illər rəqəmsallaşma dünyanın aparıcı dövlətləri arasında iqtisadi rəqabətin əsas elementlərindən birinə çevrilib və iqtisadi inkişaf bilavasitə rəqəmsal texnologiyaların, süni intellektin, bulud həllərinin üzərində qurulur.

Azərbaycanda rəqəmsal transformasiya istiqamətində görülən tədbirlər və qəbul edilən sənədlər göstərir ki, artıq dövlət bu məsələni yalnız layihələr səviyyəsində deyil, vahid dövlət strategiyası çərçivəsində həyata keçirmək əzmindədir. Çünki rəqəmsal texnologiyaların tətbiqi və inkişafı müasir dövrdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadi artımın sürətləndirilməsi və cəmiyyətin dayanıqlı inkişafının təmin edilməsinin əsas amillərindən biridir. Dünyada rəqəmsal transformasiya artıq texnoloji yenilik olmaqdan çıxaraq dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən strateji istiqamətə çevrilib.

Elektron hökumət, süni intellekt, böyük verilənlər (Big Data), bulud texnologiyaları və kibertəhlükəsizlik həlləri idarəetmədə şəffaflığın artırılmasına, xidmətlərin operativliyinə və resurslardan daha səmərəli istifadəyə imkan yaradır. Azərbaycan da bu qlobal inkişaf tendensiyalarını nəzərə alaraq rəqəmsallaşmanı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Bu baxımdan cari il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" mövzusunda müşavirədə səsləndirilən fikirlər və 2026-2028-ci illəri əhatə edən rəqəmsal inkişafın sürətləndirilməsinə dair fəaliyyət planı ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Birinci vitse-prezident Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasının sədri təyin olunması dövlətin rəqəmsal transformasiyaya verdiyi xüsusi önəmin göstəricisidir. Onun idarəçilik təcrübəsi, təşkilatçılıq bacarığı və strateji yanaşması belə mürəkkəb proseslərin koordinasiyalı şəkildə həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyır. İyunun 29-da keçirilən Rəqəmsal İnkişaf Şurasının iclasında qeyd olunduğu kimi, əsas məqsəd müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, vahid rəqəmsal idarəetmə modelinin formalaşdırılması və qəbul edilən qərarların səmərəli icrasının təmin edilməsidir. Bununla yanaşı, innovasiya ekosisteminin inkişafı, yerli və xarici investisiyaların cəlb olunması, rəqəmsal sahibkarlığın dəstəklənməsi və müasir dövlət idarəetmə modelinin qurulması prioritet vəzifələr kimi müəyyən edilib. İclasda müasir dövrün tələblərindən irəli gələn və rəqəmsallaşmanın mahiyyətini və əhəmiyyətini özündə ehtiva edən çox ciddi məsələlərə toxunulub. Dövlət idarəçiliyinin müasirləşdirilməsi, rəqəmsal həllərin əlaqələndirilmiş şəkildə tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, məlumat bazalarının inteqrasiyası, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, insan kapitalının inkişafı və insana qayğının daha dolğun təmin edilməsi, milli təhlükəsizliyin möhkəmləndirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi müzakirələrin əsas mövzusu idi. Mehriban xanım Əliyeva çıxışında bildirib ki, Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı şuranın fəaliyyətinin əsas istiqamətidir. Əsas məqsəd onu dövlətin güclənməsinə, vətəndaşın rifahına və milli maraqların qorunmasına xidmət etdirə bilməkdir. Əlbəttə, bu, ən düzgün və vacib istiqamətdir.

Dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və informasiya ekosisteminin  inkişafı bilavasitə Azərbaycan vətəndaşının rifahının, milli maraqlarımızın təmin olunmasına yönəlib. Beynəlxalq təcrübə göstərir ki, rəqəmsal iqtisadiyyatın inkişafı əmək məhsuldarlığını artırır, biznes mühitini yaxşılaşdırır, dövlət xidmətlərinin keyfiyyətini yüksəldir və vətəndaş məmnunluğunu gücləndirir. Rəqəmsal həllərin geniş tətbiqi korrupsiya risklərinin azalmasına, idarəetmədə şəffaflığın və hesabatlılığın möhkəmlənməsinə də mühüm töhfə verir. Uğurlu rəqəmsal transformasiya yalnız texnologiyaların tətbiqi ilə ölçülmür. O, həm də institusional idarəetmə, insan kapitalı, əlverişli investisiya mühitinin formalaşması, reallıqların daha düzgün qiymətləndirilməsi ilə mümkündür.

Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, qeyri-neft sektorunun genişlənməsi və ölkəyə artan investisiya marağı rəqəmsallaşma üçün əlverişli zəmin yaradır. Bu proses iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə, yüksək texnologiyalar sahəsinin inkişafına və innovasiyalara əsaslanan yeni iqtisadi modelin formalaşmasına xidmət edir. Rəqəmsal İnkişaf Şurası tərəfindən müəyyənləşdirilən prioritetlər Azərbaycanın milli maraqlarına uyğun olmaqla yanaşı, ölkənin rəqəmsal dövlət modelinə keçidini sürətləndirən mühüm strateji addımlardır. Rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsi dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına, iqtisadi inkişafın sürətlənməsinə və Azərbaycanın qlobal rəqəmsal məkanda mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi yeni istiqamətlər Azərbaycanın rəqəmsal transformasiyasının daha geniş strateji çərçivəyə çıxması üçün hüquqi bazanın yaradılmasını başlıca vəzifələrdən biri kimi qarşıya qoyub. Milli Məclis tərəfindən artıq bir sıra hüquqi aktların müzakirəyə çıxarılması bu sahədə səmərəli işlərin görüldüyünü və fəaliyyət proqramında nəzərdə tutulan vəzifələrin sistemli şəkildə həyata keçirildiyini sübut edir.

Azərbaycan bu gün özünün yeni dövrünü yaşayır. Torpaqlarımızın düşmən işğalından azad olunması, suverenliyimizin tam bərpa olunması, iqtisadi inkişaf, beynəlxalq aləmdə qazanılan uğurlar, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti sayəsində dövlətimizin mötəbər platformalarda söz sahibi olması, dünyada tanınması və qiymətləndirilməsi gələcək inkişafımıza yeni imkanlar yaradır. Zəngin elmi potensialımız, təbii sərvətlərimiz, birliyimiz və həmrəyliyimiz dövlətimizi gücləndirir. Azərbaycanın rəqəmsal inkişaf modelinin uğurla həyata keçirilməsi isə bu imkanları daha da genişləndirəcək, milli maraqlarımızın təmin edilməsinə, ölkəmizin inkişafına böyük fayda verəcək.


Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!