30 Dekabr 2025 08:05
616
SİYASƏT
A- A+
Azərbaycanın liderliyi, sülh strategiyası və yeni regional reallıqlar

Azərbaycanın liderliyi, sülh strategiyası və yeni regional reallıqlar


Müasir Azərbaycan tarixində mühüm nailiyyətlərlə yaddaqalan daha bir uğurlu ili qürur və fəxarət hissi ilə başa vururuq. Dövlətçiliyimizin möhkəmləndirilməsi və suverenliyin yalnız kağız üzərində deyil, real siyasi güc kimi təsdiqlənməsi baxımından xüsusi əhəmiyyət daşıyan 2025-ci il - "Konstitusiya və Suverenlik İli" Azərbaycanın tam müstəqil, milli maraqlara söykənən prinsipial siyasət yürütdüyünü və regionda prosesləri formalaşdırmaq iqtidarında olduğunu bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət son illərdə Cənubi Qafqazın geosiyasi xəritəsini əsaslı şəkildə dəyişmişdir. 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə həyata keçirilmiş birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Bu qələbələr yalnız hərbi-siyasi üstünlük anlamına gəlmir, eyni zamanda region üçün yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırmışdır. Münaqişə dövrü başa çatmış, sülh və əməkdaşlıq üçün real imkanlar yaranmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə irəli sürülən sülh təşəbbüsü Cənubi Qafqazda beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə, qarşılıqlı hörmətə, suverenliyə və ərazi bütövlüyünə əsaslanan yeni diplomatik, hərbi-siyasi və iqtisadi strategiyanın əsasını qoymuşdur. Məhz bu yanaşmanın məntiqi nəticəsi olaraq Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin hazırlanmasında baza rolunu Azərbaycanın irəli sürdüyü beş prinsip oynayır. Bu prinsiplər dövlətlərin bir-birilərinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı tanımasını, ərazi iddialarından imtinanı, güc tətbiqindən və təhdidlərdən çəkinməyi, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasını, diplomatik münasibətlərin qurulmasını və nəqliyyat-kommunikasiya xətlərinin açılmasını ehtiva edir. Bu müddəalar Azərbaycanın sülhə formal deyil, real və uzunmüddətli yanaşdığını nümayiş etdirir.

Paraflanmış sülh sazişinin imzalanması regionun gələcəyini müəyyən edəcək tarixi hadisələrdən biri olmaqla, Cənubi Qafqazda qarşıdurma mərhələsini qapadaraq əməkdaşlıq dövrünün əsasını qoydu. Lakin bu yolun qarşısında hələ də ciddi maneə mövcuddur. Ermənistan konstitusiyasının preambulasında istinad olunan müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarının qalması sülh prosesinin əsas əngəli olaraq qalır. Bununla yanaşı, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat bağlantısının təmin edilməsi ilə bağlı öhdəliyi də yerinə yetirməlidir. Ermənistan cəmiyyətinin və siyasi rəhbərliyinin bu reallığı qəbul etməsi həm öz dövlətlərinin, həm də regionun gələcəyi üçün həyati əhəmiyyət daşıyır. 

Prezident İlham Əliyevin sülh və normallaşma prosesində tutduğu mövqe ardıcıl, aydın və prinsipialdır. Bu mövqe beynəlxalq hüquqa, ədalətə və milli maraqlara əsaslanır və məhz bu səbəbdən beynəlxalq tərəfdaşlar tərəfindən konstruktiv və realist siyasət kimi qiymətləndirilir. Bu xüsusda, ABŞ Prezidenti Donald Trampın səyləri və dəstəyi ilə 2025-ci il 8 avqust tarixində Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammit regionun siyasi-diplomatik tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu sammit Cənubi Qafqazın siyasi, təhlükəsizlik, ticari-iqtisadi və nəqliyyat-kommunikasiya arxitekturasında inklüziv və tarixi mərhələyə keçidi simvolizə edir.

Vaşinqton Sammiti göstərdi ki, Azərbaycan yalnız öz milli maraqlarını deyil, regionun təhlükəsizliyini və davamlı inkişafını da nəzərə alan məsuliyyətli aktordur. Sammit normallaşma prosesinin sürətlənməsi üçün əlverişli mühit yaratdı və nəticə etibarı ilə, beynəlxalq ictimaiyyətin sülhə marağını və dəstəyini təşviq etdi. Bu, eyni zamanda Ermənistan üçün də açıq mesajdır: sülh realdır və mümkündür, lakin bu yol yalnız konstruktiv mövqe ilə açıla bilər.

Normallaşma prosesinin mühüm komponentlərindən biri də praktik etimad quruculuğu tədbirləridir. Azərbaycan tərəfindən Ermənistana yüklərin daşınması ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması, Qazaxıstandan Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərilməsi, eləcə də Azərbaycandan Ermənistana ilk dəfə neft məhsullarının ixracına başlanılması regionda etimadın möhkəmləndirilməsinə xidmət edir. Bu addımlar göstərir ki, Azərbaycan sülhü yalnız siyasi bəyanatlarla deyil, real iqtisadi və humanitar əməkdaşlıqla möhkəmləndirməyə hazırdır. Gələcəkdə isə ticarət əlaqələrinin başlanması ehtimalı regionun iqtisadi inteqrasiyasına yeni nəfəs verə bilər.

Azərbaycanın sülh təşəbbüsləri regionun iqtisadi və nəqliyyat xəritəsinin yenilənməsi ilə sıx bağlıdır. Cənubi Qafqaz qitələrarası nəqliyyat yollarının kəsişməsində yerləşən strateji regiondur və bu bölgənin lider dövləti kimi Azərbaycan son illərdə qlobal logistika xəritəsində mühüm tranzit mərkəzinə çevrilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub qaz dəhlizi", Trans-Xəzər marşrutu və Orta dəhliz kimi irimiqyaslı layihələr ölkəmizin regional və qlobal əhəmiyyətini xeyli artırmışdır. Ermənistanla sülhün təmin olunması bu layihələrin coğrafiyasını genişləndirərək regionu Avrasiya nəqliyyat şəbəkəsinin daha mühüm halqasına çevirə bilər.

2025-ci ildə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya istiqaməti xüsusi çəkisi ilə seçilir. Tarixi, mədəni və strateji bağlara əsaslanan bu münasibətlər artıq institusional əməkdaşlıq mərhələsinə keçmişdir. Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün yekun bəyanatında vurğulandığı kimi, "Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlətlərinin möhkəm dostluq əlaqələri, qarşılıqlı faydalı tərəfdaşlıq və strateji maraqlarını nəzərə alaraq, tərəflər Azərbaycan Respublikasının Mərkəzi Asiyanın dövlət başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakını alqışlayırlar". Bu qərar Azərbaycanın Mərkəzi Asiya regionunun siyasi, iqtisadi və nəqliyyat-logistika proseslərinin ayrılmaz hissəsinə çevrildiyini təsdiqləyir. Azərbaycan Xəzər hövzəsində yerləşən aparıcı dövlətlərdən biri kimi, Mərkəzi Asiya ölkələri üçün Avropaya çıxış qapısı rolunu oynayır. Orta dəhliz layihəsi çərçivəsində Çin-Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz-Avropa xətti üzrə yükdaşımaların artması Azərbaycanın strateji əhəmiyyətini daha da gücləndirir. Bu əməkdaşlıq regionlararası inteqrasiyanın real mexanizminə çevrilir və Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət kursunun mühüm nəticələrindən biri kimi çıxış edir.

Sülh prosesinin davamlılığı üçün etimad quruculuğu tədbirləri mühüm əhəmiyyət daşıyır. Ermənistan daxilində revanşist qüvvələr, radikal dairələr və destruktiv xarici təsirlər normallaşma prosesini pozmağa çalışır. Beynəlxalq ictimaiyyət bu cəhdlərə qarşı daha prinsipial mövqe sərgiləməli, regionda sülh və sabitliyə təhlükə yaradan addımlara yol verməməlidir.

Nəticə etibarilə 2025-ci ildə - "Konstitusiya və Suverenlik İli"ndə Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ilə Cənubi Qafqazda yeni sülh və əməkdaşlıq modelinin formalaşdırılması prosesi uğurla davam etmişdir. Bu model qarşıdurmaya deyil, qarşılıqlı faydaya, təhlükəsizliyə və iqtisadi inteqrasiyaya əsaslanır. Azərbaycanın sülh təşəbbüsləri regionu qarşıdurma məkanından əməkdaşlıq regionuna çevirməkdədir və bu siyasət ölkəmizin regional və qlobal miqyasda artan nüfuzunun ən parlaq göstəricisidir.


Zaur ŞÜKÜROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Xüsusi icra məmurlarının fəaliyyətinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:56
20 Yanvar

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 may tarixli 392 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:55
20 Yanvar

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:54
20 Yanvar

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan yumşaq inventarların (yaylı döşəklər) satın alınması məqsədilə açıq tender elan edir

02:50
20 Yanvar

Türkiyə Prezidenti Administrasiyası Suriyada baş verən hadisələrlə bağlı açıqlama verib  

00:57
20 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib

00:55
20 Yanvar

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib  

23:44
19 Yanvar

Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb 

22:43
19 Yanvar

Prezident İlham Əliyev Davosda “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb 

21:53
19 Yanvar

Ceyhun Bayramov ilə Marko Rubio arasında Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib  

20:47
19 Yanvar

Prezident İlham Əliyevin Davosda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşü olub VİDEO  

20:23
19 Yanvar

Prezident İlham Əliyev Davosda “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti ilə görüşüb 

20:17
19 Yanvar

Ağdamda müasir təhsil infrastrukturunun yeni siması - Xıdırlı kənd tam orta məktəbindən REPORTAJ FOTO VİDEO  

20:13
19 Yanvar

Fransadakı diplomatlarımız 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad ediblər 

19:24
19 Yanvar

Prezident İlham Əliyev Davosda Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb

19:11
19 Yanvar

DİN-də Daxili Qoşunların ötənilki fəaliyyətinə dair müşavirə keçirilib

19:01
19 Yanvar

Milli Məclisin Mədəniyyət komitəsində payız sessiyasında görülmüş işlər qənaətbəxş hesab olunub

18:59
19 Yanvar

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb  

18:49
19 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:36
19 Yanvar

20 Yanvar faciəsi Türkmənistan mətbuatında işıqlandırılıb  

18:29
19 Yanvar

Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb  

18:23
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!