29 Avqust 2025 22:21
909
SİYASƏT
A- A+
Azərbaycanın konstruktiv xarici siyasəti region üçün yeni geosiyasi perspektivlər açır  

Azərbaycanın konstruktiv xarici siyasəti region üçün yeni geosiyasi perspektivlər açır  


Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycanın inkişaf prioritetləri və ölkəmizin təşəbbüslərinin təqdimatı baxımından xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı konkret layihələr və gələcəyə dair strategiyaları ətraflı şərh edərək, regionda dayanıqlı və etibarlı əlaqələrin vacibliyini ön plana çıxarıb.

44 günlük Vətən müharibəsi Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir dönəm idi. Bu müharibə nəticəsində həm işğalda olan torpaqlarımız azad edilib, beynəlxalq hüququn prinsipləri bərpa olunub. Xalqımız üçün bu şanlı qələbə həm də milli qürur və birliyimizin bir təzahürüdür. Postmüharibə dövründə yaranan boşluq, vasitəçilərin hansı addımı atmalı olduqlarını bilməməsi fonunda Azərbaycanın təşəbbüsü ilə sülh prosesinə başlamağı zəruri edib. Dövlətimiz danışıqların təşəbbüskarı olaraq regionda dayanıqlı sülh üçün konkret addım atıb və sülh sazişinin layihəsini təqdim edib. 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Azərbaycan-Ermənistan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğunu dəqiq şəkildə göstərir və ölkəmizin mövqeyini beynəlxalq ictimaiyyətə çatdırır.

Belə ki, danışıqlar prosesi illərlə davam edib, yalnız ABŞ Prezidenti Donald Trampın və onun komandasının dəstəyi ilə yekunlaşıb. Bu proses Azərbaycan və Ermənistan arasında uzun müddət davam edən qarşıdurmanı sona çatdırmaqla yanaşı, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq üçün yeni geosiyasi imkanlar yaradıb. Sülh sazişinin hələ də imzalanmaması, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəanın mövcudluğu ilə izah olunur. Bu müddəa dəyişdirildikdən sonra sülh sazişi rəsmi olaraq imzalanacaq. Lakin fakt budur ki, Ağ Evdə Prezident Trampın iştirakı ilə paraflanmış sənəd artıq müharibənin sona çatdığını rəsmiləşdirməklə regionda yeni reallıqların formalaşdığını göstərir.

Vaşinqtonda imzalanan sənədin əsas əhəmiyyəti odur ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcəkdəki münasibətlərini beynəlxalq hüququn fundamental prinsipləri əsasında planlaşdıracaq. Əgər Ermənistan dövlətimizin ərazi bütövlüyünü tanımaqdan imtina edərsə, Azərbaycan da qarşı tərəfin ərazi bütövlüyünü tanımaqdan imtina edəcək. Bu, ölkəmizin milli maraqlarını qoruyan və regionda davamlı sülhü təmin edən əsas prinsiplərdən biridir. Razılaşma yalnız iki dövlət arasında mövcuddur və regionda ədalətli və dayanıqlı münasibətlərin bərqərar olması üçün atılmış strateji addımdır.

Praqmatik xarici siyasət çərçivəsində Azərbaycan çətin vəziyyətdə olan dövlətlərlə dialoq qurur, həmçinin regionda və beynəlxalq səviyyədə nüfuzunu gücləndirir. Sülhə nail olmaq üçün ölkə zəngin təcrübəyə malikdir. İşğal altında qalmaq, müharibə şəraiti və qalib dövlət olmaq təcrübəsi, eləcə də sülh prosesində əldə olunan nəticələr Azərbaycanı hadisələrə çevik və effektiv şəkildə reaksiya verməyə hazırlayıb. Bu təcrübə həm də ölkəmizin milli maraqlarını qoruyarkən, regionda və dünyada etibarlı və nüfuzlu tərəfdaş kimi çıxış etməsinə imkan yaradır. Dövlətimizin başçısı müsahibəsində qeyd edib ki, bu gün az sayda ölkə hazırda çətin vəziyyətdə olanlarla çox səmimi şəkildə danışa bilər: “Biz bunu etməyə hazırıq. Ümidvarıq ki, bu işləyəcək. Lakin əlbəttə ki, biz heç kəsə özümüzü məcburi təqdim etmirik. Sadəcə, bizdən xahiş ediləndə zəruri olanı edirik”.

Enerji təhlükəsizliyi məsələsində Azərbaycan artıq Avropa ölkələrinin enerji təminatında mühüm rol oynayır. Hazırda 10 Avropa ölkəsi Azərbaycan qazı ilə təmin olunur və onlardan 8-i Avropa İttifaqının üzvüdür. Bu, ölkəmizin qlobal enerji təhlükəsizliyindəki strateji rolunu gücləndirir və gələcəkdə bu rolun daha da artacağına işarə edir. 2030-cu ilədək Azərbaycan əlavə 8 milyard kubmetr təbii qazı təmin edəcək, bu da enerji təhlükəsizliyi və regionun sabitliyi baxımından böyük əhəmiyyət daşıyır. Həmin resursların necə və hansı istiqamətdə istifadə olunması isə strateji əhəmiyyət kəsb edir və regionda etibarlı əməkdaşlığın təmin olunmasına töhfə verir.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycan üçün sülh, stabillik və enerji təminatı baxımından mühüm mesajlar verir. Ölkənin xarici siyasəti milli maraqlar üzərində qurulub, regionda və beynəlxalq səviyyədə dayanıqlı, konstruktiv və etibarlı tərəfdaş olduğunu sübut edir. Dövlətimizin təşəbbüsləri yalnız regional deyil, qlobal miqyasda da qəbul edilir və davamlı sülhün qorunması üçün aktiv addımlar atılır. Bu müsahibə, həmçinin ölkənin strateji düşüncəsini və gələcəyə yönəlmiş siyasətini beynəlxalq auditoriyaya ətraflı şəkildə çatdırır.


Asif Əsgərov,

Milli Məclisin deputatı



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!