23 Avqust 2020 00:22
6602
Mədəniyyət
A- A+
Azərbaycanın ilk rəngli bədii filmi - “O olmasın, bu olsun”

Azərbaycanın ilk rəngli bədii filmi - “O olmasın, bu olsun”


Film tamaşaçıları 1910-cu ilin Bakısına aparır. Sərvərlə Gülnazın saf sevgisi cəmiyyətin sərt qadağaları ilə qarşılaşır. Gənclər öz məhəbbətləri uğrunda mübarizə aparmalı, sınaqlardan keçməli olurlar.

Ekran əsəri cəmiyyətin bütün təbəqələrinin nümayəndələrini, onların həyat və düşüncə tərzini, geyimlərini, davranışlarını gözlərimizin önündə canlandırır. Beləliklə, "O olmasın, bu olsun” adlandırılmış bu filmin yaradıcı heyəti tamaşaçıda XX əsrin ilk onilliyi barədə tam təsəvvür yarada bilir.

Film nikbin sonluqla bitir. Rüstəm bəyi gənc qızını yaşlı, varlı tacirə - Məşədi İbada ərə vermək niyyətindən daşındıra bilirlər. Məşədi İbad qulluqçu Sənəmlə evlənməli olur. Gənclərin məhəbbəti pula, cəhalətə qalib gəlir.


Bir-birindən maraqlı ifalar...


"O olmasın, bu olsun” dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1953-cü ildə ekranlaşdırılıb. Azərbaycanın ilk rəngli bədii filmidir. "O olmasın, bu olsun” filminin ssenari müəllifi Sabit Rəhman, quruluşçu rejissoru Hüseyn Seyidzadə, quruluşçu operatoru Əlisəttar Atakişiyev, quruluşçu rəssamı Cəbrayıl Əzimov, Nadir Zeynalov, musiqi redaktoru və dirijoru Fikrət Əmirovdur. Filmdə mahnıları Mirzə Babayev (Məşədi İbad), Firəngiz Əhmədova (Gülnaz) ifa ediblər.

Rejissor Hüseyn Seyidzadə filmdə baş rola - Məşədi İbad roluna aktyor Mirzəağa Əliyevi çəkməyi qərara alıb. Çəkilişlər başlayanda aktyor dünyasını dəyişib. Rejissor Məşədi İbad rolunu Əliağa Ağayevə həvalə etməli olub. Aktyorun oyunu uğurlu alınıb. Arif Mirzəquluyev (Sərvər), Tamara Gözəlova (Gülnaz), Ağasadıq Gəraybəyli (Rüstəm bəy), Barat Şəkinskaya (Sənəm), İsmayıl Osmanlı (Rza bəy), İsmayıl Əfəndiyev (Həsənqulu bəy), Mustafa Mərdanov (Həsən bəy), Möhsün Sənani (Qoçu Əsgər), Lütfəli Abdullayev (Balaoğlan), Əhməd Əhmədov-Rumlu (Hambal), Adil İsgəndərov (Qoçu), Rza Əfqanlı (Cəlil Məmmədquluzadə), Sadıq Saleh Bağırov (Mirzə Ələkbər Sabir), Həsənağa Salayev (Əzim Əzimzadə), Münəvvər Kələntərli (Yengə), Lütfi Məmmədbəyov (Sərvərin dostu), Müxlis Cənizadə (Sərvərin dostu) və başqaları da ekran əsərində bir-birindən maraqlı rollar ifa ediblər.

Filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində "Kürd-Şahnaz” muğamını ifa edib. Başqa bir səhnədə isə xanəndə Tükəzban İsmayılova "Segah” muğamı üstündə oxuyub. Rəqqasə Əminə Dilbazi, tarzən Bəhram Mansurov, kamança ifaçısı Tələt Bakıxanov da filmdə iştirak ediblər.

Əsərin müəllifi və bəstəkarının - Üzeyir Hacıbəylinin adı titrlərdə yoxdur.

"O olmasın, bu olsun” filminin çəkilişləri maraqlı hadisələrlə yadda qalıb. Yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərli qapının dəliyindən içəri baxarkən qəflətən Sərvər çıxır. Bu məqamda yerə yıxılan aktrisa barmağını sındırıb. Ancaq çəkilişlər bitəndən sonra aktrisanın barmağının sındığını biliblər.

Filmin çəkilişləri ilyarım davam edib. Aparıcı aktyorlara o dövrün pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər.

O vaxtlar Azərbaycana qastrol səfərinə gəlmiş hind kinematoqrafçıları bir neçə Azərbaycan filminə baxdıqdan sonra daha çox Hüseyn Seyidzadənin filmlərinə üstünlük veriblər. Hind kinosunun yaradıcısı Rac Kapur onu Hindistana dəvət edib: "Gedək Hindistana, orada film çəkərsən, səni milyonçu edərəm” deyib.


"Müvəffəqiyyətsiz film”


Filmin kinolenti Bakı kinoteatrlarında nümayiş etdirilərkən respublika mətbuatında verilmiş "Müvəffəqiyyətsiz film” başlıqlı resenziyada kəskin tənqid olunub. "O olmasın, bu olsun” ekranlara çıxandan sonra da kinoşünaslar filmi tənqid ediblər: "Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər, eybəcər oyunbazlıqlar, gah naturalistcəsinə, gah da qeyri-inandırıcı şişirtmələr tərzində verilmiş əcaib kadrlar... Hər şeydən əvvəl isə filmdə Məşədi İbad obrazı yoxdur. Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir... "O olmasın, bu olsun” filmində tamaşaçıların etirazına səbəb olan qüsur... kinokomediyada olmayan, sonra əlavə edilmiş primitiv əhvalatlar - bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda verilən çirkin naturalist səhnələr və s. kimə lazım idi? Bu əhvalatlar filmdə o qədər işıq, o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qalır... Filmdə tamaşaçıya təqdim edilən Məşədi İbad isə tamamilə başqadır... Bunun təqsiri rolun yanlış traktovkasındadır. Bəla burasındadır ki, rejissor necə çalmışsa, aktyor da elə oynamışdır”.

Ancaq Asiya və Afrika ölkələrinin Beynəlxalq Daşkənd kinofestivalında göstərilən kinokomediya o vaxt yüksək qiymət alıb. Filmin xarici ekranlara çıxışı da uğurlu olub. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A.Davıdov Azərbaycan Kinematoqrafçıları İttifaqının

I katibi Hüseyn Seyidzadəyə göndərdiyi məktubunda yazıb: "O olmasın, bu olsun” filmi 40 ölkəyə, o cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və Macarıstana satılıb”. Sonralar film daha 10 ölkəyə gedib çıxıb.

Filmin uğurları sonrakı illərdə də davam edib. 2016-cı ildə Meksikanın Mexiko şəhərində Azərbaycan kinosu günləri çərçivəsində nümayiş olunan ekran əsəri maraqla qarşılanıb.


"O olmasın, bu olsun”a uzanan oğru əllər...


Üzeyir bəy "O olmasın, bu olsun” musiqili komediyasını 1910-cu ildə yazıb. 1913-cü il oktyabrın 25-də Bakıda H.Z.Tagıyev teatrında səhnələşdirilib. Üzeyir bəyin özünün dirijorluq etdiyi tamaşa böyuk uğur qazanıb. Əsərin ədəbi mətni ilk dəfə 1912-ci ildə Bakıda, "Orucov qardaşları” mətbəəsində nəşr olunub. Müxtəlif dillərə tərcümə olunan əsər Zaqafqaziya şəhərlərində, Türkiyə, Bolqarıstan, Yəmən və başqa ölkələrdə tamaşaya qoyulub.

"O olmasın, bu olsun”un uğurları erməniləri "həvəsləndirib”. Uzun illər bu məşhur əsərin musiqisini erməniləşdirməyə cəhd göstəriblər. Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsi erməni bəstəkarı Arno Babacanyan tərəfindən mənimsənilərək "Vaqaraşabat rəqsi” kimi təqdim edilib.

Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan və S.Lakka filmə çəkməyə cəhd ediblər. Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanıb. Ancaq bu film uğur qazana bilməyib.

Vaxtilə "Soyuzmultfilm” studiyasında istehsal edilmiş "Pes i kot” adlı cizgi filmində isə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” musiqili komediyasından Məşədi İbadın "Gəl xanım, gəl yanıma” ariyası erməni musiqisi kimi təqdim edilib. Filmin titrlərində bəstəkarın adı Karen Xaçaturyan yazılıb.

2011-ci ildə Rusiyanın "Mir” Dövlətlərarası televiziyasında Ermənistana həsr olunan verilişdə yenidən Azərbaycan musiqisi erməni müsiqisi kimi təqdim edilib. Belə ki, Ermənistan haqqındakı sənədli filmdə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun”un qonaqlıq səhnəsindəki musiqisinin də ermənilərə məxsus olduğu göstərilib.

Ermənilər Azərbaycanın maddi və mənəvi sərvətlərini oğurlamağa, öz adlarına çıxmağa çalışsalar da, həqiqətin önündə hər dəfə aciz qalıblar. "O olmasın, bu olsun” da böyük azərbaycanlı, dahi bəstəkar Üzeyir Hacıbəylinin ən uğurlu əsərlərindən biri kimi dünyada tanınmaqda davam edir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

02:16
16 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında

02:16
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında

02:15
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında  

02:14
16 Dekabr

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarının ləğv edilməsi haqqında

02:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!