11 Fevral 2025 17:44
554
İQTİSADİYYAT
A- A+
Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması mövzusunda təlimlərə başlanılır

Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması mövzusunda təlimlərə başlanılır


Fevralın 11-də Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması” mövzusunda təlimlərin açılış sessiyası keçirilib.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanda Ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatları çərçivəsində görülmüş işlər, bu sahədə beynəlxalq əməkdaşlıq, islahatların gələcəyi ilə bağlı atılacaq növbəti addımlar, habelə yeni büdcə mexanizminin tətbiqi üçün potensialın artırılması məqsədilə təşkil ediləcək təlimlər barədə çıxış və təqdimatlar olub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin, Hesablama Palatasının, nazirliklərin, komitə və digər dövlət qurumlarının, habelə beynəlxalq maliyyə institutlarının nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə tədbirdə çıxış edən Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin direktoru İlham Kərimov islahatların tarixçəsi, görülmüş işlər barədə məlumat verib, nəticəəsaslı büdcə mexanizminin fiskal tənzimləmə aləti kimi əhəmiyyətini vurğulayıb.

İsveçrənin Regional Əməkdaşlıq Ofisinin rəhbərinin müavini Guy Bonvin və Dünya Bankının Azərbaycan üzrə Meneceri Stefanie Stallmeister isə öz çıxışlarında “Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi üzrə Potensialın Gücləndirilməsi” layihəsinin dövlət maliyyəsinin idarəolunmasına verdiyi töhfədən bəhs ediblər və növbəti dəstək tədbirlərinin bu islahatları daha da sürətləndirəcəyini qeyd ediblər.

Tədbirdə Dünya Bankının ekspertləri OMXÇ-nin və nəticəəsaslı büdcə mexanizminin tətbiqi ilə bağlı beynəlxalq təcrübə barədə, Maliyyə Nazirliyinin əməkdaşları isə dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahatların mövcud vəziyyəti, təkmilləşdirilmiş hüquqi və institutsional çərçivəsi, habelə nəticəəsaslı büdcə mexanizminin tətbiqinin prosessual əsasları və islahatlara cəlb edilmiş sektorlarda fəaliyyət göstərən təşkilatlarda potensialın artırılması məqsədilə təşkil ediləcək nəzəri-metodoloji və praktiki təlimlərin təşkili barədə təqdimatlarla çıxış ediblər.

Açılış sessiyasının davamı olaraq, islahatlara cəlb edilmiş sektorlarda fəaliyyət göstərən təşkilatların nümayəndələri üçün Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin təlimçi qrupu tərəfindən cari il fevralın 17-28-də nəzəri-metodoloji əsaslı ümumi tədris proqramı üzrə təlimlərin, cari ilin aprel-iyun aylarında isə Dünya Bankının ekspertləri tərəfindən praktiki ixtisaslaşdırılmış xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

Bahar Muradova: TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər  

22:36
09 Mart

Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb

22:34
09 Mart

BƏƏ-də helikopterin qəzaya uğraması nəticəsində ölənlər var

22:21
09 Mart

Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

22:19
09 Mart

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə tanış olub

22:16
09 Mart

JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub 

22:01
09 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:53
09 Mart

Dünya bazarında neft 25 faiz bahalaşdı - "Böyük yeddilik" təcili toplanır

21:37
09 Mart

Naxçıvana səfər edən sərnişin: Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı

21:08
09 Mart

Misli Premyer Liqası: "Kəpəz" "Zirə"dən xal alıb

20:59
09 Mart

“JP Morgan”: ABŞ və İsrail Xarq adasını ələ keçirsə, neft böhranı dərinləşəcək

20:56
09 Mart

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

20:33
09 Mart

Prezident Ərdoğan: Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik  

20:25
09 Mart

Nazirlərdən ortaq mesaj: Qonşu ölkələrin suverenliyinə yönəlmiş hücumlar qəbuledilməzdir  

20:07
09 Mart

Bakı-Naxçıvan aviareysi üzrə təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına eniş edib 

19:53
09 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:50
09 Mart

Meksikanın İrandakı səfiri təxliyə olunub 

19:43
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!