22 Iyul 2024 15:13
97
İQTİSADİYYAT
A- A+

Azərbaycanda mövcud taxıl sahələrinin 90 faizində biçin yekunlaşıb

 

Bu günədək ölkə üzrə payızlıq taxıl sahələrinin 90 faizində biçin prosesi başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahdan AZƏRTAC-a bildirilib ki, mexanizatorlar tərəfindən 907 min 845 hektar sahədə biçin aparılıb, sahələrdən ümumilikdə 2 milyon 795 min 112 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,8 sentner təşkil edir.

Ölkə üzrə arpa əkini sahələrinin 96,9 faizində, buğda sahələrinin 84,5 faizində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,3 sentner, buğda üzrə orta məhsuldarlıq isə 32 sentner təşkil edir.

İyulun 21-də biçin prosesinə 575 kombayn cəlb olunub, bunlardan 204 kombayn “Aqroservis” ASC-nin, 371 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. İyulun 21-də kombaynlar vasitəsilə 6211 hektar ərazidə biçin aparılıb.

Cari il taxıl biçini mövsümündə taxıl üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb. Rayonda buğda üzrə orta məhsuldarlıq 55 sent/ha, arpa üzrə orta məhsuldarlıq isə 47 sent/ha təşkil edib.

Biçin prosesinin optimal müddətdə başa çatacağı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video