01 İyun 2022 18:08
1408
Elm və texnika
A- A+
Azərbaycanda ilk dəfə kurqanların Virtual Muzeyi yaradılıb

Azərbaycanda ilk dəfə kurqanların Virtual Muzeyi yaradılıb

Azərbaycan arxeologiyası tarixində ilk dəfə Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən arxeoloji çöl tədqiqat işlərinin nəticələrinə dair V-KAP -Virtual Kurqan Arxeoloji Parkı - Virtual Muzey yaradılıb. Muzeyin yaradıcıları dosent Bəxtiyar Cəlilov, professor Nikola Laneri, Kyara Pappalardo, Lola Hüseynova, Luka Pappalardo, Lorentso Kreskioli, Sergio Cüzeppedir.

AZƏRTAC xəbər verir ki, muzeyin inventarlarının bir qismini Bəxtiyar Cəlilov tərəfindən 2012-ci ildən etibarən Goranboy rayonunun Qaradağlı kəndi ərazisində Uzun Rəmə çölündə tədqiq olunan kurqanlar, onlardan tapılan artefaktlar təşkil edir. 2018-ci ildən etibarən bu abidələr B.Cəlilov və N.Lanerinin rəhbərliyi ilə Azərbaycan və İtaliya mütəxəssislərindən ibarət beynəlxalq arxeoloji ekspedisiyanın GaRKAP (Gəncə Regionu Kurqan Arxeoloji Parkı) layihəsi çərçivəsində araşdırılıb. Muzeydə, həmçinin GaRKAP layihəsi müddətində əldə olunmuş məzar hədiyyələri, kurqanların virtual turu, fotoşəkillər, 3D təsvirlər və arxeoloqlar tərəfindən qazılmış qəbir kameraları və materiallar haqqında tarixi məlumatlarla birlikdə, peyk görüntülərindən əldə edilən ərazinin real və naviqasiya xəritəsi nümayiş olunur.

V-KAP Azərbaycanın mədəni irsinin təbliği ilə yanaşı, onların turizm məkanlarına çevrilməsini təşviq edir. Bununla yanaşı, V-KAP məhdud hərəkətlilik şəraitində ənənəvi turizm marşrutlarına daxil edilməsi çətin olan kənd və marjinal ərazilərin arxeoloji irsinə çıxışın yeni yolunu təbliğ edir. Eyni zamanda, oyunu xatırladan istifadəçi interfeysi, V-KAP arxeoloji mənzərə və tapıntılarla qarşılıqlı əlaqənin əyləncəli üsuluna üstünlük verəcək, istifadəçiləri Kür-Araz icmalarının eramızdan əvvəl IV minilliyin ortalarında, İlk Tunc dövründə yaşanmış dünyasına maraqlı səyahətə cəlb edəcək, onların dəfn adətləri ilə tanış olacaqlar. Muzey Azərbaycan və ingilis dillərindədir.

Virtual Kurqan Arxeoloji Parka linkdən keçid etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib VİDEO  

13:05
18 Dekabr

On bir ayda əlilliyi olan şəxslərə 118 min reabilitasiya vasitəsi verilib  

12:21
18 Dekabr

Prezident: İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir  

12:16
18 Dekabr

ABŞ Prezidenti: İndi biz dünyanın ən güclü ordusuna malikik  

11:55
18 Dekabr

Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə  

11:27
18 Dekabr

Xankəndidə oftalmoloji aksiya keçirilir  

11:26
18 Dekabr

Ali Məhkəmə: Faizdən faiz tutulması qanunaziddir  

11:21
18 Dekabr

Anar Əliyev: Əmək müqavilələrinin 1,8 milyondan çoxu elektron formada bağlanılıb  

11:17
18 Dekabr

Bakıda ilk dəfə “ağıllı işıqforlar” quraşdırılıb  

10:53
18 Dekabr

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:47
18 Dekabr

Azərbaycan neftinin qiyməti 63 dolları ötüb

10:43
18 Dekabr

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!