13 Noyabr 2024 13:42
152
İQTİSADİYYAT
A- A+
Azərbaycanda elektrik avtobusların istehsalının qurulması və ehtiyat hissələrinin lokallaşdırılmasına dair sənəd imzalanıb  

Azərbaycanda elektrik avtobusların istehsalının qurulması və ehtiyat hissələrinin lokallaşdırılmasına dair sənəd imzalanıb  

Enerji səmərəliliyinin artırılması, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması ölkəmizin dayanıqlı inkişafında əsas hədəflərdəndir. Bu məqsədlə İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat və Maliyyə Nazirlikləri tərəfindən ölkəmizin avtobus parkının yenilənməsi istiqamətində müvafiq işlər görülür.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılması layihəsi üzrə “Layihənin icra müqaviləsi”nin imzalanma mərasimi keçirilib.

Müqaviləni iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, maliyyə nazirinin müavini Azər Bayramov, BYD şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə icraçı direktoru Çao Şuan, “SARDA Group” şirkətinin təsisçisi, baş icraçı direktoru Rauf Xəlilov və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar. Müqaviləyə əsasən, layihə çərçivəsində Azərbaycanda elektrik avtobusların istehsalının qurulması və ehtiyat hissələrinin lokallaşdırılması, 2030-cu ilə qədər mərhələli şəkildə lokallaşma səviyyəsinin 40 faizə çatdırılması nəzərdə tutulur.

Şirkətlə bağlanmış müqavilə əsasında COP29 konfransı çərçivəsində pilot olaraq ölkəmizə 160 ədəd elektrik mühərrikli BYD markalı avtobus gətirilib və marşrut xəttinə çıxarılıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev layihənin əsas məqsədinin ölkəmizin ictimai nəqliyyat sistemini daha təmiz və səmərəli elektrik avtobuslarla təmin etmək və yerli istehsal potensialını genişləndirmək olduğunu vurğulayıb. Qeyd olunub ki, layihənin icrası Azərbaycanda yaradılacaq yeni istehsal sahələrində yüksək texnologiyaların tətbiqinə şərait yaradacaq, yeni iş yerlərinin açılmasını təmin edəcək. Bildirilib ki, COP29 çərçivəsində müqavilənin imzalanması ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə üzrə qlobal səylərə sadiqliyini bir daha sübut edir.

Ölkəmizdə elektrik avtobuslarının istehsalı layihəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC payçı kimi iştirak edəcək. Layihə üzrə BYD şirkətinin Azərbaycandan olan tərəfdaşı “SARDA Group” şirkətinə məxsus “Electrify Azerbaijan” MMC-dir.

Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda elektrik mühərrikli avtobusların istehsalı layihəsinə yaradılacaq birgə müəssisə tərəfindən təqribən 17,1 milyon dollar həcmində investisiyanın qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal gücünün 500 ədəd olması, 600 yeni iş yerinin yaradılması planlaşdırılır.

Eyni zamanda, BYD şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə də investisiya qoymağı nəzərdə tutur. Şirkət gələcəkdə elektriklə işləyən yüngül yük maşınlarının, kommunal xidmətlər üçün elektrik maşınlarının və elektrikli minik avtomobillərinin istehsalı üzrə əməkdaşlıq etməyi hədəfləyir.

Qeyd: 1995-ci ildə yaradılmış BYD şirkəti 2023-cü ildə 3 milyon yeni enerji avtomobilinin rekord satışını həyata keçirməklə dünya birincisi olub və şirkət avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bərpaolunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiq edən dünyamiqyaslı aparıcı texnologiya şirkətlərindən hesab olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Aston Martin” “Puma” ilə əməkdaşlığını elan edib

16:21
13 Noyabr

Roma Papası 1300 ehtiyacı olan insanla Vatikanda nahar edəcək  

16:19
13 Noyabr

Təbii fəlakətlər 10 ildə 2 trilyon dollar ziyan vurub

16:12
13 Noyabr

Ceyhun Bayramov COP29-da yüksəksəviyyəli dialoqda dağların biomüxtəliflik baxımından əhəmiyyətindən bəhs edib  

16:04
13 Noyabr

Ukrayna ABŞ-dan 1,35 milyard dollar həcmində qrant alıb  

16:04
13 Noyabr

Lixtenşteynin Baş naziri: Bütün Avropa COP29-da təmsil olunur

16:01
13 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb YENİLƏNƏCƏK

16:00
13 Noyabr

COP29 çərçivəsində yaşıl “Kəmər və yol” təşəbbüsünə dair iclas keçirilib  

15:59
13 Noyabr

Braziliyanın Piaui ştatının katibi: Azərbaycandan sonra COP kimi tədbirin ölkəmizdə keçirilməsi bizim üçün böyük fürsətdir  

15:58
13 Noyabr

Qazaxıstan 2060-cı ilədək karbon neytrallığı məqsədinə nail olmağı hədəfləyir  

15:57
13 Noyabr

COP29: Bakı Təşəbbüs Qrupu müstəmləkəçi güclərin vurduğu ekoloji ziyana dair beynəlxalq konfrans keçirib  

15:56
13 Noyabr

Yunanıstanın Baş naziri: İqlim dəyişiklikləri həll ediləcək, lakin bu, pulsuz olmayacaq

15:55
13 Noyabr

Pakistanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib və dünya birliyini COP29-un məqsədlərini yerinə yetirməyə çağırıb  

15:54
13 Noyabr

Papa Fransisk: COP29-un inklüziv inkişafa aparan iddialı razılaşma yaradacağına ümidvaram  

15:54
13 Noyabr

COP29 Gənclər Evində BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi ilə görüş keçirilib  

15:52
13 Noyabr

Qrenada dünya ictimaiyyətini Azərbaycanın təşəbbüsünə qoşulmağa çağırıb

15:51
13 Noyabr

Ombudsman Beynəlxalq Ədalət Məhkəməsinin qərarını ədalətin bərpasında mühüm addım kimi qiymətləndirib  

15:50
13 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Toqo Prezidenti ilə görüşüb YENİLƏNİB

15:50
13 Noyabr

Konqo Demokratik Respublikası hökumətinin başçısı COP29-un keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib  

15:48
13 Noyabr

ITC-nin icraçı direktoru: Kiçik bizneslər əksər iqtisadiyyatların onurğa sütununu təşkil edir  

15:47
13 Noyabr

Əminə Ərdoğan: COP29 iqlim dəyişikliyi ilə mübarizədə ortaq gələcəyimizə ümid yaradır  

15:46
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!