11 Dekabr 2025 12:53
314
İQTİSADİYYAT
A- A+
Azərbaycanda 2000-ci ildən bəri pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb  

Azərbaycanda 2000-ci ildən bəri pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb  

Respublika üzrə pambıq yığımı yekun mərhələyə qədəm qoyub. Dekabrın 11-dək əkin aparılmış 100 468,1 hektar sahədən kondisiya çəkidə 354 min 906 ton xam pambıq tədarük olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, operativ məlumata əsasən, pambıq üzrə orta məhsuldarlıq 35,33 sentner/ha təşkil edir. Bu, 2000-ci ildən bu yana ölkəmizdə qeydə alınan ən yüksək orta məhsuldarlıq göstəricisidir. Buna qədər pambıq üzrə ən yüksək məhsuldarlıq göstəricisi 2020-ci ildə qeydə alınıb - 33,6 sent/ha.

Xatırladaq ki, Azərbaycanda pambıq əkinləri torpaq mülkiyyətçisi olan fermerlərlə pambıq tədarükü və emalı şirkətləri arasında bağlanan müqavilələr əsasında aparılır. İmzalanan müqaviləyə əsasən, şirkət fermeri zəruri toxum, gübrə, pestisid və herbisidlərlə təmin edir, torpağın əkinə hazırlanması, aqrotexniki qulluğun göstərilməsi və məhsulun yığılması ilə bağlı texnika təchizatını həyata keçirir, bitkinin vegetasiya dövründə fermerə zəruri məsləhətlər vermək üçün aqronom ayırır, əkin xərclərini qarşılamaq üçün avans verir. Fermer isə bunun qarşılığında məhsulu yetişdirmək və müqavilədə müəyyən olunmuş qiymətə şirkətə təhvil vermək öhdəliyinə malikdir. “Contract farming” formatında müqaviləli əkin fermerlərin əkin xərclərini və məhsul satışı problemini aradan qaldıran üsul kimi Azərbaycanda uzun illərdir tətbiq olunur və özünü uğurla doğruldur.

2025-ci təsərrüfat ilində respublikanın 16 rayonunda pambıq əkini aparılıb. Əkinlərin təxminən 86 faizə yaxını pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür. Bu rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektara yaxındır. Bu il ən çox pambıq Saatlı (12 min 634,1 ha), Ağcabədi (11 min 821,7 ha) və Sabirabad (11 min 86,2 ha) rayonlarında əkilib.

Bu günədək pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan rayonundadır. Bu rayonda orta məhsuldarlıq göstəricisi 41,23 sentner/ha təşkil edir. Dekabrın 11-dək rayon üzrə əkin aparılmış 8 min 898,3 hektar sahədən 36 min 688,9 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala (39,65 sentner/ha), Biləsuvar (39,49 sentner/ha), Tərtər (37,50 sentner/ha), Bərdə (35,90 sentner/ha) və Saatlı (35,78 sentner/ha) rayonları tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Ölkəmizdə pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə yetişdirilmiş məhsulu pambıq emalı və tədarükü şirkətlərinə təhvil verən fermerlər hər tona görə dövlətdən 210 manat subsidiya alacaqlar. Ənənəvi üsulla suvarılan sahələrdə yetişdirilib tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə isə fermerlərə 195 manat subsidiya ödəniləcək.

Pambığa görə məhsul subsidiyası dekabrın 15-dək pambığın təhvil verilməsinə dair qəbzləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edən fermerlərə verilir.

Bu il Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ili üçün pambıq istehsalına görə məhsul subsidiyasının artırılması barədə qərar qəbul edib. 2026-cı ildə fermerlərə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə 215 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə isə 200 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

Gələn il pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad rayonunun Günəşli və Təzəkənd kəndlərinə və Ucar rayonunun Xələc kəndinə şamil ediləcək, digər rayonlarda əkiləcək pambığa görə isə məhsul subsidiyası ödənilməyəcək.

Respublikada pambıq yığımı davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Güləş üzrə Azərbaycan çempionatına start verilib  

22:24
07 Yanvar

Ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələri üçün getdikcə daha praktik marşruta çevrilir  

22:21
07 Yanvar

Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub

21:52
07 Yanvar

Türkiyəli politoloq: Ermənistanla paraflanmış sülh sazişi Azərbaycanın regional sabitlik və investisiya cəlbediciliyini gücləndirəcək  

20:43
07 Yanvar

Böyük Britaniya neft tankerinin ələ keçirilməsində ABŞ-a dəstək verib  

20:14
07 Yanvar

ABŞ beynəlxalq sularda Venesuelaya bağlı olduğu deyilən 2 neft tankerini ələ keçirib  

19:39
07 Yanvar

Tramp: ABŞ olmasa, Rusiya və Çinin NATO-dan qəti qorxusu olmaz  

19:23
07 Yanvar

Çinin neft emalı zavodları Venesuela neftini İran nefti ilə əvəz edəcək  

19:21
07 Yanvar

İtaliyalı politoloq: Trans-Xəzər marşrutunun möhkəmləndirilməsi və Orta Dəhlizin inkişafı Bakını etibarlı tərəfdaş kimi möhkəmləndirir  

19:13
07 Yanvar

Dünya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir 

19:02
07 Yanvar

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

18:46
07 Yanvar

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

18:43
07 Yanvar

Volodimir Zelenski: Ukrayna tərəfdaşlarla təhlükəsizlik zəmanətlərini müzakirə edir

18:29
07 Yanvar

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

18:07
07 Yanvar

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib  

17:53
07 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilib SƏRƏNCAM  

17:41
07 Yanvar

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib SƏRƏNCAM  

17:36
07 Yanvar

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

17:17
07 Yanvar

Azərbaycanla Koreya arasında gənclər və idman sahələrində əməkdaşlıq genişləndirilir  

17:10
07 Yanvar

Baş Prokurorluq: Dövlət Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsi barəsində istintaq olunan cinayət işi məhkəməyə göndərilib  

17:08
07 Yanvar

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

17:07
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!