20 Avqust 2024 16:48
7890
İQTİSADİYYAT
A- A+
Azərbaycana səfər edən xarici vətəndaşların sayı ilə bağlı göstəricilər - Təhlil

Azərbaycana səfər edən xarici vətəndaşların sayı ilə bağlı göstəricilər - Təhlil

 

Cari ilin I yarımilində Azərbaycana 1 231 125 nəfər xarici ölkə vətəndaşı səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz və ya 312 288 nəfər çox olub.

AZƏRTAC Media Təhlil Mərkəzinin (MTM) yaydığı məlumata istinadən xəbər verir ki, ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının 69,02 faizi və ya 849 717 nəfəri turizm məqsədilə gəlib və onların sayı 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 41,8 faiz və ya 250 592 nəfər artıb. 2023-cü ilin birinci yarısında bu rəqəm 599 125 olub və ölkəmizə gələn xarici ölkə vətəndaşlarının 65,2 faizini təşkil edib. Həmin dövrdə Azərbaycana gələn xarici ölkə vətəndaşlarından 319 712-si isə digər məqsədlər üçün ölkəmizə səfər ediblər. 2024-cü ilin I yarımilində isə Azərbaycana digər məqsədlərlə gələn turistlər ölkəmizə səfər edənlərin 30,98 faizini təşkil edib ki, bu da 381 408 nəfər xarici ölkə vətəndaşı deməkdir. Digər məqsədlərlə ölkəmizə səfər edənlərin sayı ötən ilin I yarımili ilə müqayisədə 19,8 faiz və ya 61 696 nəfər çox olub.

Digər məqsədlər üçün ölkəmizə gələnlərə mövsümi, qısa və ya uzun müddətə işləmək üçün səfər edənlər, təhsil almaq üçün gələnlər, ictimai nəqliyyat vasitələrinin, eləcə də idxal yüklərini daşıyan avtomobillərin sürücüləri və heyət üzvləri, xarici ölkələrin səfirliklərində, konsulluqlarında, beynəlxalq təşkilatların nümayəndəliklərində çalışanlar, onların ailə üzvləri, onlarla birlikdə ölkəmizdə yaşayan əcnəbilər və digər şəxslər daxildir. Məqsədindən asılı olmayaraq 90 gündən artıq müddətə ölkəmizə səfər edən şəxslər də bu qrupa aiddir.

Məlumat üçün bildirək ki, cari ilin ilk 6 ayı ərzində digər məqsədlərlə ölkəmizə səfər edən 381 408 xarici ölkə vətəndaşının 35,79 faizi və ya 136 495 nəfəri Türkiyə vətəndaşıdır. İkinci sırada 100 485 nəfər (26,35 faiz) ilə cənub qonşumuz İran, üçüncü sırada 63 802 nəfər (16,73 faiz) ilə şimal qonşumuz Rusiya, dördüncü sırada isə 22 145 nəfər (5,81 faiz) ilə Gürcüstan yer alıb.

Cari ilin birinci yarısında ölkəmizə turizm məqsədilə səfər edən xarici ölkə vətəndaşları arasında Rusiyadan gələnlərin sayı daha çox olub. İlk 6 ayda Rusiyadan ölkəmizə 296 132 turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,4 faiz və ya 59 922 turist çox deməkdir. 117 306 turist sayı ilə Hindistan ikinci sırada yer alıb. 2024-cü ilin I yarımilində Hindistandan Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 154,6 faiz (2,5 dəfə) və ya 71 237 nəfər çox olub. Ötən ilin I yarımilində ikinci sırada yer alan Türkiyə cari ilin birinci yarısında 77 083 turistlə üçüncü yerdə qərarlaşıb. Qardaş ölkədən Azərbaycana gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,8 faiz və ya 13 819 nəfər artıb.

İlk 10 sırada yer alan digər ölkələrlə cədvəldə tanış ola bilərsiniz.

Cari ilin birinci yarısında ölkəmizə səfər edənlərin 69,3 faizini və ya 589 225 nəfərini “istirahət və əyləncə” məqsədilə gələnlər təşkil edib və onların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 60,5 faiz və ya 222 012 nəfər artıb.

“Qohumlara, dostlara baş çəkmək” üçün Azərbaycana gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz və ya 10 655 nəfər artaraq 131 462 nəfərə çatıb. Bu məqsədlə ölkəmizə səfər edənlərin sayı ümumi turistlərin sayının 15,5 faizini təşkil edib.

“İşgüzar” məqsədlə Azərbaycana gələn turistlərin sayı isə 95 538 nəfər olub ki, bu da ötən ilin I yarımili ilə müqayisədə 18,8 faiz və ya 15 113 nəfər çox deməkdir.

2023-cü ilin I yarımilində olduğu kimi, cari ilin birinci yarısında da ölkəmizə səfər edən turistlər arasında kişilər üstünlük təşkil edib. Daha dəqiq desək, 2024-cü ilin ilk 6 ayında Azərbaycana gələn turistlərin 60,44 faizi və ya 513 551 nəfəri kişilərdən ibarət olub və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,8 faiz və ya 111 628 nəfər çox deməkdir.

Xatırladaq ki, ötən ilin birinci yarısında ölkəmizə səfər edən turistlərin gender bölgüsündə kişilərin payı daha çox (67,08 faiz) olmuşdu.

Cari ilin ilk 6 ayında qadın turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70,5 faiz və ya 138 964 nəfər artaraq 336 166 nəfər olub. Artım faizinə görə kişiləri üstələyən qadın turistlər ölkəmizə səfər edən turistlərin 39,56 faizini təşkil edib.

2024-cü ilin ilk 6 ayında ölkəmizə səfər edən turistlərin maliyyə xərcləri arasında nəqliyyata ayırdıqları vəsait daha çox olub. Daha dəqiq desək, onların nəqliyyat xərcləri 714,2 milyon manat təşkil edib.

Yerləşmə üçün turistlər I yarımildə 315,3 milyon manat xərc çəkib və bu, ümumi xərclərin 20,1 faizi deməkdir. Yerləşmə xərcləri xərc sıralamasında ikinci sırada yer alıb. 299,7 milyon manatla (19,1 faiz) qidalanma xərcləri üçüncü sırada qərarlaşıb. Turistlər nəqliyyat, yerləşmə və qidalanma xərclərinə ümumilikdə 1,33 milyard manat ayırıblar və bu da bütün xərclərin 84,6 faizini təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların sayı məlum olub  

21:11
25 Dekabr

Təyyarə qəzasında yaralananlar üçün həkimlər Aktauya gəlib

21:10
25 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

21:09
25 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçdən

21:08
25 Dekabr

Dövlət Komissiyası: Xəsarət almış vətəndaşlarımızın evakuasiyası ilə əlaqədar müvafiq tədbirlər görülür  

21:08
25 Dekabr

“Aktyor sənətini öyrən” layihəsi davam edir

21:07
25 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır  

21:06
25 Dekabr

Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib

21:05
25 Dekabr

Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin son tam texniki yoxlanışı bu ilin oktyabrında aparılıb

21:04
25 Dekabr

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:03
25 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

21:02
25 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:01
25 Dekabr

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan  

21:01
25 Dekabr

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

21:00
25 Dekabr

Qazaxıstan FHN Aktauda təyyarə qəzası ilə bağlı son məlumatları açıqlayıb

19:49
25 Dekabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:42
25 Dekabr

AZAL: İstintaq prosesi başa çatanadək Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslər dayandırılır  

19:36
25 Dekabr

Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər YENİLƏNİB 2

18:58
25 Dekabr

TBMM-in sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədrinə başsağlığı verib  

18:47
25 Dekabr

Dekabrın 31-dən yanvarın 2-dək ölkə ərazisində gözlənilən ilkin hava proqnozu  

18:32
25 Dekabr

AZAL təyyarə qəzasında həyatını itirən sərnişinlərin yaxınlarına başsağlığı verib  

17:47
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!