23 Oktyabr 2025 08:15
498
SİYASƏT
A- A+
Azərbaycan və Qazaxıstanın əməkdaşlığı genişlənir

Azərbaycan və Qazaxıstanın əməkdaşlığı genişlənir


Cənubi Qafqazla Mərkəzi Asiya arasında əlaqələrin dərinləşməsi regiondakı ölkələrin də münasibətlərinin inkişafını zəruri edir. Azərbaycan-Qazaxıstan münasibətləri də bu mənada xüsusi əhəmiyyətə malikdir. Bakı ilə Astana siyasi əlaqələri yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. 

Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində də qeyd olunduğu kimi, ölkələrimiz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurub. Təbii ki, fəal və konstruktiv dialoq bu əlaqələrin hərtərəfli inkişafını şərtləndirir.

Deputat Azərbaycan Prezidentinin son 3 ildə Qazaxıstana 7 dəfə səfər etdiyini diqqətə çatdıraraq, bildirib ki, budəfəki səfərin də çox zəngin gündəliyi olub: "Tərəflər bütün istiqamətlər üzrə geniş fikir mübadiləsi aparıblar. İyirmi il ərzində, yəni strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasından etibarən müxtəlif sektorlarda əməkdaşlıq daha da genişlənib. Yeni yaradılan Ali Dövlətlərarası Şura çərçivəsində çoxsaylı faydalı müzakirələr aparılır. Hər iki dövlət Türk Dövlətləri Təşkilatı başda olmaqla, bütün nüfuzlu beynəlxalq qurumlarda bir-birini dəstəkləyir".

N.Məmmədova deyib ki, iqtisadi sahədə də Bakı və Astana üçün ortaq əməkdaşlıq əlaqələri mövcuddur. Prezident Qazaxıstan mətbuatına müsahibəsində də qeyd etdi ki, bu günə qədər Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitində yüksək etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

N.Məmmədova qeyd edib ki, burada, təbii ki, Orta dəhlizin vacibliyi xüsusi qeyd edilməlidir. Belə ki, dəhliz davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır. "2022-ci ildə imzalanan Orta dəhlizin inkişafı və istismarı üzrə "2022-2027-ci illər üçün Yol Xəritəsi" Azərbaycan, Türkiyə və Qazaxıstanın nəqliyyat-logistika infrastrukturunun inkişafını, əlavə yük axınının cəlb edilməsini nəzərdə tutur. Təsadüfi deyil ki, 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Azərbaycan və Qazaxıstan liderlərinin iştirakı ilə "Orta dəhlizin inkişafı" birgə layihəsinin təqdimatı da keçirilib", - deyə o əlavə edib.

N.Məmmədova Prezidentin dövlət səfəri zamanı müzakirə mövzularından birinin də Zəngəzur dəhlizi ilə bağlı olduğunu bildirib və qeyd edib ki, cənab İlham Əliyev (TRIPP) dəhlizin açılmasının 2028-ci ilin sonunadək baş tuta biləcəyini deyib.

Deputat vurğulayıb ki, yeni nəqliyyat marşrutları regionun beynəlxalq ticarətə inteqrasiyasını gücləndirir: "Bu səbəbdən dövlətlər sağlam rəqabət fonunda maliyyə sabitliyini qoruyub saxlamağa çalışırlar. Azərbaycan və Qazaxıstan həm də Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi layihəsini icra edir. Bu, rəqəmsal inteqrasiyanı gücləndirərək tərəflərə əlavə dividendlər qazandıracaq.Məlum geosiyasi dəyişikliklər fonunda Mərkəzi Asiya və Cənubi Qafqaz regionları üçün çoxvektorlu əməkdaşlığın genişlənməsi bütün tərəflər üçün vacibdir. Bu kontekstdə müxtəlif iqtisadi və hərbi-strateji təşkilatlar çərçivəsində strateji təşəbbüslərin icrası qlobal aktorların da bu regiona marağını artırır. Region ölkələri isə iqtisadi-siyasi dialoqla yanaşı, təhlükəsizlik tədbirlərini gücləndirmək istiqamətində də yeni prioritetlər müəyyənləşdirməkdədirlər. TDT çərçivəsində hərbi əməkdaşlığın dərinləşməsi də bu mənada xüsusi önəm kəsb edir".


Ə.QABİLQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!