03 Aprel 2025 16:13
281
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. İki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dinamik inkişaf edildiyi və tərəflərin aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqları vurğulanıb.

Görüşdə ölkələrimiz arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti, komissiyanın bu ilin aprelin 11-də Bakıda keçiriləcək altıncı iclası və biznes forumun təşkili ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, iki ölkənin kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq imkanları, bu sahələrdə imzalanmış və razılaşmada olan müqavilələr, gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan və Moldova arasında indiyədək müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə bir çox sənədlərin imzalandığı qeyd olunub. Bildirilib ki, ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkanlar var. Bu baxımdan, iş adamlarının iştirakı ilə müntəzəm olaraq biznes forumların və sərgilərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Ölkəmizdə etibarlı və əlverişli biznes mühiti və böyük tranzit potensialının olduğunu xatırladan nazir Məcnun Məmmədov qeyd edib ki, moldovalı sahibkarlar Azərbaycanın investisiya imkanlarını dəyərləndirə və ölkəmizin nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə bilərlər.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanidən

18:43
07 Aprel

YAP Bərdə rayon təşkilatının kollektivi şəhid ailələri ilə birgə Şuşa, Xocalı və Xankəndiyə səfər ediblər  

18:42
07 Aprel

Maqnit qasırğası müşahidə edilir  

18:39
07 Aprel

Bəzi xarici şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa qoyulub

18:35
07 Aprel

Ağdərə sakini: Ötən illər ərzində doğma yurdumuza qovuşacağımızı gözləmişik  

18:33
07 Aprel

Azərbaycanın xarici işlər naziri Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib

18:31
07 Aprel

Özbəkistan Prezidenti Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında qlobal çağırışlardan danışıb  

18:30
07 Aprel

Britaniya parlamentarisi lord Con Man ilə Azərbaycan-Britaniya münasibətləri müzakirə olunub  

18:27
07 Aprel

EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin I rübü üzrə nəticələri açıqlayıb

18:25
07 Aprel

Parlamentin növbəti iclasının gündəliyi bəlli olub

18:19
07 Aprel

Azərbaycan və Böyük Britaniya parlament üzvləri ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər  

18:18
07 Aprel

Premyer Liqa: “Neftçi” səfərdə “Şamaxı”ya qalib gəlib

18:17
07 Aprel

Azərbaycanın iki parabadmintonçusu Gimnaziadanın qızıl medalına layiq görülüb

18:16
07 Aprel

Müstəqilliyimiz əbədidir: El gücünün qarşısında heç bir qüvvə dayana bilməz

18:13
07 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:12
07 Aprel

Yerin qütblərinə ilk kosmik uçuş həyata keçirilib

18:11
07 Aprel

Birinci sinfə qəbulda prioritet tətbiq olunacaq paytaxt məktəblərinin siyahısı açıqlanıb

18:10
07 Aprel

Britaniyada idarəçiliyin optimallaşdırılması məqsədilə dövlət orqanlarında yüzlərlə iş yeri bağlanılacaq  

18:07
07 Aprel

Gimnaziada: Azərbaycan qılıncoynadanı qızıl medal qazanıb

18:06
07 Aprel

Abidələrin vahid formada pasportlaşdırılması üçün hüquqi baza yaradılır

18:03
07 Aprel

İran XİN: Tehran heç vaxt nüvə silahı hazırlamayacaq  

18:02
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!