03 Sentyabr 2025 15:01
724
İQTİSADİYYAT
A- A+
Azərbaycan və AİB arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub  

Azərbaycan və AİB arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub  


Maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycanı təmsil edən icraçı direktor Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə AİB arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub, bu əməkdaşlığın kreditlər, qrantlar və texniki yardım vasitəsilə ölkəmizin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfələr verdiyi qeyd edilib.

Görüşdə AİB-in 2025–2029-cu illər Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) ilə bağlı məsələlər diqqət mərkəzində olub. Bildirilib ki, strategiya ölkə iqtisadiyyatının şaxələndirilməsi, dayanıqlılığın gücləndirilməsi və inklüziv artımın təmin edilməsinə yönəlmiş kompleks tədbirləri əhatə edir.

Nazir Sahil Babayev Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf və makroiqtisadi sabitlik nümayiş etdirdiyini vurğulayaraq, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, sənaye istehsalı, logistika və yaşıl enerji sahələrində iqtisadi şaxələndirmənin uğurla aparıldığını bildirib. Həmçinin “Bakı şəhəri və Abşeron yarımadasında 2025–2034-cü illər üçün su təchizatı, tullantı sularının idarə olunması və yağış sularının axıdılması sistemlərinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində bir sıra layihələrin maliyyələşdirilməsi, Bakı Metropoliteni xətlərinin genişləndirilməsi, eləcə də ölkənin dəmir yolu infrastrukturunun modernləşməsi istiqamətində AİB-in dəstəyini qeyd edib.

Öz növbəsində xanım Reyçl Tompson Azərbaycan ilə AİB arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib və qarşıdakı dövrdə bu tərəfdaşlığın daha da dərinləşdiriləcəyinə əminliyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MOK-un baş katibi: Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır  

16:40
22 Sentyabr

VK-nın Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib  

16:23
22 Sentyabr

2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinə 5,3 milyard manat investisiya nəzərdə tutulur

16:22
22 Sentyabr

“AzerGold”un Dövlət Proqramı üzrə 4 strateji layihəsinin investisiya həcmi 3,63 milyard manatdır

16:19
22 Sentyabr

Yeni dövlət proqramı dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi olacaq  

16:16
22 Sentyabr

YAP İdarə Heyətinin üzvü Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub  

16:09
22 Sentyabr

Beynəlxalq maliyyə resurslarından daha geniş istifadə imkanlarına baxılmalıdır

15:39
22 Sentyabr

Maka Boçorişvili: ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirakı regionda yeni imkanlar yaradır

15:39
22 Sentyabr

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirilib  

15:35
22 Sentyabr

Ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq

15:17
22 Sentyabr

Mis, qızıl və gümüş üzrə hasilat və istehsalın artırılması planlaşdırılır

15:13
22 Sentyabr

“Brent”in qiyməti 100 dollardan aşağı düşüb

15:07
22 Sentyabr

Çindəki forumda Orta Dəhlizin Şərqlə Qərb arasında mühüm nəqliyyat bağlantısı kimi əhəmiyyətindən danışılıb  

15:00
22 Sentyabr

“Azəristiliktəchizat”: Payız-qış mövsümünə hazırlıq işləri yekunlaşır

14:47
22 Sentyabr

 “Kontakt Home” və “Tam Store”la bağlı protokol tərtib edilib

14:40
22 Sentyabr

Tunis Azərbaycan neftinə daha çox üz tutdu: ixracda kəskin artım

14:40
22 Sentyabr

Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır

14:27
22 Sentyabr

Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub  

14:21
22 Sentyabr

Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür

14:19
22 Sentyabr

Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir

14:12
22 Sentyabr

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib YENİLƏNİB 

14:00
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!