24 Avqust 2025 19:26
516
SİYASƏT
A- A+
Azərbaycan-Türkmənistan-Özbəkistan yüksəksəviyyəli görüşü TDT-nin daha da güclənməsinə mühüm töhfədir 

Azərbaycan-Türkmənistan-Özbəkistan yüksəksəviyyəli görüşü TDT-nin daha da güclənməsinə mühüm töhfədir 

Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlər sırasındadır. Türk dünyasını böyük bir ailə kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, bu çağırışı da edir ki, bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını (TDT) gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.

Tarixi Zəfərimiz bu birliyin daha da möhkəmlənməsini şərtləndirdi. Hazırda yeni dünya nizamının formalaşması da öz növbəsində bu birliyə, həmrəyliyə çağırış edir. Qarşılıqlı səfərlərin dinamikliyi, yeni əməkdaşlıq formatlarının yaradılması, birgə addımların atılmasını zəruri edən sənədlərin imzalanması və sair günümüzün reallıqları sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə bu ölkəyə işgüzar səfəri, təkbətək və geniş tərkibdə keçirdiyi görüşlər, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsi, liderlərin iştirakı ilə sənədlərin imzalanması və mətbuata bəyanatları özündə mühüm məqamları ehtiva edir. Azərbaycan-Türkmənistan əlaqələri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Azərbaycan və Türkmənistan SSRİ-nin tərkibində müttəfiq respublikalar olub. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, üç il sonra - 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, Azərbaycan və türkmən xalqları arasında əlaqələrin tarixi qədimdir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdə də bu reallıqlar bir daha diqqətə çatdırıldı. Ölkələrimiz arasında münasibətlərin başlanğıcını tarixin dərinliklərindən götürdüyünü qeyd edən Qurbanqulu Berdiməhəmmədov onu da bildirdi ki, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir. Siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimiz məhz bu təməl üzərində inkişaf edir. Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Bu kontekstdə Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı məqsədilə yeni təşəbbüslər irəli sürülür. Dövlətimizin başçısı İlham Əliyev bu məqamı xüsusi vurğuladı ki, türkmən və Azərbaycan xalqları sözün əsl mənasında qardaşdılar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Hər iki ölkə müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar. Tez-tez reallaşan səfərlər bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan və Azərbaycan - qardaş dövlətlər, qardaş xalqlar hər zaman bir-birinin yanındadır.

V.Rəhimzadə qeyd edib ki, səfərin əhəmiyyətini açıqlayan mühüm məqamlardan biri məhz Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsidir. Prezident İlham Əliyev çıxışında həm Azərbaycan-Türkmənistan, həm də Azərbaycan-Özbəkistan əlaqələrinin dünəninə, bu gününə diqqəti yönəldərək bildirdi ki, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geosiyasi mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri geniş müzakirə olundu. Üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq.

Əməkdaşlıq əlaqələrinin inkişafında enerji amili əhəmiyyətli rol oynayır. Hər üç ölkənin energetika sahəsində mövcud imkanları əlməkdaşlığı şərtləndirir. Azərbaycanın Türkmənistanla ənənəvi energetika əməkdaşlığı var. 2021-ci ildə Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında enerji sahəsində əməkdaşlığı daha da möhkəmləndirir. Bu yataq iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb, qardaşlaşdırıb. İki enerji yatağının iki dövlət tərəfindən birlikdə istismarı Xəzər dənizində yeni əməkdaşlıq formatının yaradılması deməkdir. Ölkəmiz Özbəkistanla da bu sahəyə artıq qədəm qoyub. SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə başlayıb, kontrakt imzalayıb. Dövlətimizin başçısı İlham Əliyev bu reallıqlara söykənərək belə bir əminliyi ifadə etdi ki, yaxın bir-iki il ərzində gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini hamımız səbirsizliklə gözləyirik.

Deputat qeyd edib ki, son illər türk dövlətləri, o cümlədən Türkmənistanla əlaqələrin inkişafı baxımından mühüm mərhələdir. Ötən ay Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ölkəmizdə səfərdə oldu. Həmçinin səfər çərçivəsində Füzuli rayonunda və Şuşa şəhərində olaraq həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış oldu. Dövlət başçısı İlham Əliyevin Türkmənistana işgüzar səfəri çərçivəsində Füzuli şəhərində məsçidin inşa olunması barədə qərar həmrəyliyin və mənəvi birliyin rəmzi kimi xalqımızın yaddaşında əbədi qalacaq. Həmçinin Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokolun imzalanması mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün bunlar göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır. Münasibətlərimizin bütün sahələrdə inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsindən sonra liderlər mətbuata bəyanatlarında bir daha qarşıdakı dövrün hədəflərinə diqqəti yönəltdilər. Bu görüşü tarixi gün kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev vurğuladı ki, tarixi görüş ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, dayanıqlı ticarət, nəqliyyat və energetika dəhlizlərinin yaradılmasına, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov isə üçtərəfli görüşün böyük əhəmiyyətə malik olduğunu önə çəkərək qeyd etdi ki, bu görüş üçtərəfli əlaqələri gücləndirmək üçün yeni imkanlar açır və bu kontekstdə qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün çox çalışmalıyıq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!