04 Oktyabr 2026 17:32
1156
SİYASƏT
A- A+
Azərbaycan sülh, əmin-amanlıq, tərəqqi yolunu seçib

Azərbaycan sülh, əmin-amanlıq, tərəqqi yolunu seçib


Son illər ölkəmizdə mühüm hadisələr baş verdi. Uzun illər bir sıra ölkələrin və nüfuzlu təşkilatların haqsızlığı, ədalətsizliyi ilə üzləşmiş, hüquqları pozulmuş Azərbaycan öz əzmi və qətiyyəti sayəsində problemlərin öhdəsindən gəldi. Münaqişəni sülh yolu illə həllinə səy göstərən ölkəmizin sülhpərvərliyinə işğalçı Ermənistan təxribatlar törətməklə cavab verirdi. Ədaləti öz bərpa etməli olan Azərbaycan sonunda Zəfər qazandı, məğlub adını üzərindən götürərək qalib kimi dünyada tanındı.

Otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış Qarabağ və Zəngəzur ərazilərində bu gün “Böyük Qayıdış” Proqramı çərçivəsibdə misilsiz işlər həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Ermənistanın xarabalığa çevirdiyi o yerlərdə Azərbaycan dövləti kəndlər, qəsəbələr, şəhərlər salır, yollar çəkir.

Azərbaycan bu günlərə çox ağır sınaqlardan, böyük çətinliklərdən keçərək gəldi. XX əsrin sonuncu onilliyində ərazilərimizin iyirmi faizi Ermənistan tərəfindən işğal olundu. Torpaqlarımız əsrlər boyu dönə-dönə düşmən hücumuna məruz qalmışdı. Siyasi çəkişmələrin qurbanına çevrilmişdi. Nəticədə, məmləkətimiz böyük ərazisinin xeyli hissəsini zaman-zaman itirməli olmuşdu.

XIX əsin birinci yarısında çar Rusiyası ilə İran arasında baş verən müharibələrin ən böyük faciələrini də Azərbaycan xalqı yaşamalı oldu. 1828-ci ildə bu iki dövlət öz aralarında imzaladıqları müqavilə ilə Azırbaycanı ikiyə böldülər. Şimal hissəsinə Rusiya, cənubuna isə İran sahibləndi.

Azərbaycan bundan sonra çox bəlalar çəkdi. Ərazilərin çarizm məqsədli şəkildə erməniləri köçürdü. Onlar da bu yerlərdə nəinki məskən saldılar, hətta vaxt keçdikcə yerli əhalini sıxışdırmağa, əllərinə fürsət düşən kimi torpaq iddia etməyə başladılar. Əlbəttə, xislətlərində hiylə, riyakarlıq olan, dondan-dona girməyi yaxşı bacaran gəlmələr məkrli planlarını təkbaşına həyata keçirə bilməzdilər. Hər zaman özlərinə havadarlar tapdılar, onlardan yardım aldılar və Azərbaycan torpaqlarında dövlət belə yarada bildilər.

Ancaq işğalçılar Azərbaycanın digər ərazilərinə də göz dikdilər. 1980-ci illərin sonlarında erməni quldurlarının Qarabağ bölgəsini münaqişə ocağına çevirmələrinin əsl səbəbi də bu idi. Məkrli ermənilər SSRİ adlı böyük imperiyanın dağılmaqda olduğu bir vaxtda yaranmış qarışıq, ziddiyyətli siyasi vəziyyətdən mənfəətlənmək, Azərbaycandan ərazilər qoparmaq niyyətində idilər. Bu dəfə də nəticə, respublikamız, xalqımız üçün çox ağır oldu. Azərbaycanın ərazisinin iyirmi faizi Ermənistan tərəfindən işğal olundu. Otuz ilə yaxın erməni əsarətində qalan Qarabağa və Şərqi Zəngəzura uzaqdan, həsrətlə, nisgillə baxmalı olduq.

2020-ci ilin payızında işğalçı Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ədaləti bərpa etdi. Qəhrəman əsgər və zabitlərimiz şiddətli döyüşlər apararaq, Qarabağ və Şərqi Zəngəzur torpaqlarını addım-addım yağılardan azad etdilər. Azərbaycan ərazisində ikici Ermənistan dövləti qurmaq istəyənlərin arzularını puça çıxardılar. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarında isə müzəffər Azərbaycan Ordusu ölkəmizin suvernliyinin tam bərpasına nail oldu.

Artıq müstəqil, suveren Azərbaycan öz tarixinə yeni-yeni səhifələr yazır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirildi. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev son illər ölkəmizdə baş verən tarixi hadisələrdən danışdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqların bütün dünya tərəfindən qəbul edildiyini vurğulayan Prezident İlham Əliyevin diqqətə çadırdığı kimi, bu, asan başa gəlmədi: “Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi”.

Azərbaycan dövləti və xalqı sarsılmaz birlik nümayiş etdirərək, bütün çətinliklərin öhdəsindən gəldi. Prezident İlham Əliyevin nəzərə çatdırdığı ki, bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”.

Dövlətimizin başçısı bildirdi ki, bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır: “Çünki birinci növbədə yeni bir presedent yaranmışdır və biz bu qələbələri böyük güclərin müqaviməti fonunda əldə etmişik. Sirr deyil ki, 1992-ci ildə yaradılmış Minsk qrupunun əsas məqsədi münaqişəni dondurmaq idi, Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək göstərmək yox. İkinci Qarabağ müharibəsi başlanan gündən 44 gün ərzində bizə qarşı böyük təzyiqlər göstərilmiş, hədə-qorxular səsləndirilmişdir - həm açıq müstəvidə, eyni zamanda, bağlı qapılar arxasında. Ancaq heç kim bizi yolumuzdan döndərə bilmədi”.

Bu gün bütün dünya sülh, rifah içərisində deyil. Bir çox ölkələr müharibələr, iğtişaşlar meydanına çevrilib. Belə bir zamanda Azərbaycan öz yolunu seçib. Bu, sülh, əmin-amanlıq, tərəqqi yoludur

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb

13:57
25 Oktyabr

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

12:51
25 Oktyabr

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!