31 Avqust 2026 15:02
143
SİYASƏT
A- A+
Azərbaycan-ŞƏT əlaqələri geniş müstəvidə əməkdaşlığa təkan verir

Azərbaycan-ŞƏT əlaqələri geniş müstəvidə əməkdaşlığa təkan verir


Dünyadakı mürəkkəb geosiyasi vəziyyət, iqtisadi və ticari mübahisələr, iqlim dəyişmələri, sülh və sabitliyin təminatı kimi qlobal çağırışlar beynəlxalq və regional təşkilatların daha fəal rol oynamağa, daha sıx çoxtərəfli dialoq qurmağa vadar edir. Bu xüsusda, ərazi və əhali sayına görə dünyanın ən böyük regional təsisatı olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) mühüm rola malikdir. Dünyanın ən böyük regional qurumu kimi ŞƏT-ə üzv ölkələrin Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təmin etdiyini nəzərə alsaq, dünyada cərəyan edən siyasi proseslər, müxtəlif dövlətlər arasında qarşıdurmalar, ikili standartlar fonunda Şanxay Əməkdaşlıq Təşkilatının nə dərəcədə vacib quruma çevrildiyini təsəvvür etmək çətin deyil.

Təbii ki, Şanxay Əməkdaşlıq Təşkilatında əhali sayına görə dünyada birinci, iqtisadiyyatın həcminə görə ikinci olan Çinin xüsusi çəkisi var. Çin Xalq Respublikası (ÇXR) özünün iqtisadi potensialı ilə ŞƏT çərçivəsində iqtisadi və ticari, humanitar əməkdaşlığın genişlənməsində aparıcı amil olaraq qalır. Belə ki, Çinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarət dövriyyəsi 2001-ci ildə 12 milyard ABŞ dolları idisə, ötən müddətdə bu rəqəm təxminən 40 dəfə böyüyərək 534 milyard dollara çatıb.

AZƏRTAC Azərbaycanın Çin və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinə qısa nəzər salır.

Beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən Azərbaycanın da son illər ŞƏT ilə əlaqələri genişlənir. Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə qəbul edilib. Ölkəmizlə təşkilat arasında mövcud əməkdaşlıq sahələri 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Ötən müddətdə Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edib. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti 3 dəfə - 2022-ci ildə Səmərqənddə, 2024-cü ildə Astanada və 2025-ci ildə Tiencində ŞƏT-in Zirvə toplantılarında iştirak edib. Dövlətimizin başçısı ŞƏT-in hazırda Bişkekdə keçirilən sammitinin də iştirakçısıdır. ŞƏT region ölkələrinin təhlükəsizlik və sabitliyi qorumaq, habelə birgə inkişafı təşviq etmək üçün mühüm əməkdaşlıq platformasıdır.

Şanxay Əməkdaşlıq Təşkilatı ailəsindəki ölkələrin Çinin “Bir kəmər, bir yol” strategiyasının əhatə dairəsində olması rəsmi Pekinin bu dövlətlərlə əməkdaşlığa marağını daha da artırıb. Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsi istiqamətində görülmüş işlər Azərbaycanın tranzit ölkə kimi beynəlxalq yükdaşımalardakı mövqeyini möhkəmləndirir.

Dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının Tiencin Sammitindəki çıxışında da bu məsələyə toxunaraq, Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrildiyini, Orta Dəhlizin Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrut olduğunu bildirib, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə əldə olunmuş razılaşmaların beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcəyini deyib. “Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”, - deyə Prezident İlham Əliyev ŞƏT-in Tiencin şəhərində “ŞƏT plyus” formatında görüşdə deyib.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığının digər aspektlərindən biri isə 2018-ci ildə Çinin Çindao şəhərində yaradılan “Çin-Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi və ticarət əməkdaşlığı nümayişi zonası”nda “Made in Azerbaijan” brendli qida məhsullarının təqdim olunduğu “Azərbaycan Ticarət Evi”nin fəaliyyət göstərməsidir.

ŞƏT çərçivəsində humanitar sahədə əməkdaşlığa gəlincə, Azərbaycan bu istiqamətdə də fəallıq nümayiş etdirir. 2018-ci ildə qurumun Pekindəki katibliyində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Mədəniyyəti Günü, “Nizami Gəncəvi İli” çərçivəsində 2021-ci ildə “Nizami Gəncəvi - bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib. Heydər Əliyev Fondu Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinin binasında daimi nümayiş olunmaq üçün dahi şairin büstünü quruma hədiyyə edib.

Çin lideri Si Cinpin özünün əsas qlobal təşəbbüsü olan “Bir kəmər, bir yol” strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi təkcə ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit potensialı ilə deyil, həm də bir lider kimi dövlətimizin başçısına olan etimadı ilə bağlıdır. 2024-cü ildə ŞƏT-in Astana sammiti zamanı Azərbaycan və Çin liderlərinin görüşündə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair Birgə Bəyannamə qəbul olunub. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin aprelində Çinə dövlət səfəri, bu səfər çərçivəsində keçirilən yüksəksəviyyəli rəsmi qarşılanma mərasimi, Si Cinpin ilə görüşü və aparılan danışıqların nəticəsində qəbul olunan qərarlar, imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Çin münasibətlərində daha bir yeni tarixi səhifə açdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-nin Konqres Kitabxanasına Azərbaycan haqqında nəşrlər hədiyyə edilib

15:23
31 Avqust

İslandiya Aİ-yə üzvlük məsələsinə son qoydu

15:20
31 Avqust

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilir YENİLƏNƏCƏK 

15:19
31 Avqust

İt dişləməsi nəticəsində burun toxumasını itirən pasiyent üzərində əməliyyat uğurla icra olunub

15:17
31 Avqust

Naxçıvan şəhərində yaşayış binasında yanğın olub

15:15
31 Avqust

Avropada qazın qiyməti 2023-cü ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

15:13
31 Avqust

İstanbulda Məkkə Sazişinə dair mühüm toplantı

15:10
31 Avqust

Azərbaycan-ŞƏT əlaqələri geniş müstəvidə əməkdaşlığa təkan verir

15:02
31 Avqust

Şərq-Qərb yolunun Azərbaycan qovşağı

14:57
31 Avqust

Azərbaycan-ŞƏT tərəfdaşlığının strateji perspektivləri 

14:54
31 Avqust

Çinin avia nəhəngləri ağır zərbə aldı: milyardlarla yuan havaya sovruldu

14:42
31 Avqust

Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib

14:37
31 Avqust

Ümumi orta təhsil bazasında kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

14:30
31 Avqust

Hesablama Palatası Özbəkistan Hesablama Palatasının məsafədən audit və süni intellektin tətbiqi təcrübəsini öyrənir

14:27
31 Avqust

Hulusi Kılıç: ”Azərbaycan Avrasiyada dialoqun əvəzolunmaz iştirakçısına çevrilib”

14:25
31 Avqust

Əli Əsədov Oljas Bektenovu Qazaxıstanın Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib

14:23
31 Avqust

Azərbaycandan Qırğızıstana məhsul ixracının dəyəri 4 dəfə artıb – QRAFİK

14:21
31 Avqust

Erlan Karin Qazaxıstanın vitse-prezidenti təyin edilib

14:19
31 Avqust

Si Cinpin: Çin itkin düşənlərin axtarışı üçün bütün imkanları səfərbər edib

14:17
31 Avqust

İlham Əliyevin Mərkəzi Asiya siyasəti: Azərbaycanın artan nüfuzu və yeni strateji imkanlar

13:48
31 Avqust

Dünyanın ən bahalı avtomobil

13:42
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!