08 Yanvar 2025 03:38
172
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 245 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1.adına, 1-ci hissəyə və 2.3-cü bəndə "iaşə" sözündən sonra ", teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində fəaliyyət" sözləri əlavə edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" üzrə:

1.2.1. adına, 1.1-ci bəndə, 2.0.1-ci, 2.0.7-ci və 4.2.2-ci yarımbəndlərə "iaşə" sözündən sonra ",teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində fəaliyyət" sözləri əlavə edilsin;

1.2.2. 5.6-cı bəndə "təşkil edir" sözlərindən əvvəl ", teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə isə yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizini" sözləri əlavə edilsin və həmin bənddən "isə" sözü çıxarılsın. 

2. "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1256 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 6, maddə 647) aşağıdakı dəyişikliklər edilsin:

2.1.  adına, 1-ci hissəyə və 4.3-cü bəndə "mallara" sözündən sonra ", habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə" sözləri əlavə edilsin;

2.2. 7.1-ci bəndə "yoxlanılmasının" sözündən sonra ", tibbi xidmətlər göstərilməsinin" sözləri əlavə edilsin;

2.3. həmin Fərmanla təsdiq edilmiş "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası" üzrə:

2.3.1. adına "mallara" sözündən sonra ", habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə" sözləri əlavə edilsin;

2.3.2. 1-ci hissə üzrə:

2.3.2.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.3-cü maddəsinə uyğun olaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən onlara göstərilən tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra - ƏDV) həmin mallar gömrük qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisindən hava və su nəqliyyatı vasitəsilə aparılarkən və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini hava və su nəqliyyatı vasitəsilə tərk edərkən geri qaytarılması qaydasını tənzimləyir.";

2.3.2.2.  1.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə isə həmin şəxslər tibbi xidmətlərin göstərilməsi tarixindən 90 gün müddətində ölkə ərazisini tərk etdikləri halda şamil edilir və müvafiq xidmətlərə görə ödənilmiş ƏDV yalnız nağdsız ödənişlər üzrə qaytarılır.";

2.3.2.3.  1.4-cü bəndə "malların" sözündən sonra ", tibbi xidmətlərin" sözləri əlavə edilsin;

2.3.3. 2-ci hissə üzrə:

2.3.3.1.  2.0.1-ci yarımbəndə "malları" sözündən sonra ", habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətləri" sözləri əlavə edilsin;

2.3.3.2. 2.0.2-ci yarımbəndə "keçirmək" sözündən sonra "və ya tibbi xidmətlər göstərmək" sözləri əlavə edilsin;

2.3.4. 3-cü hissə üzrə:

2.3.4.1.  3.2.2-ci və 3.2.3-cü yarımbəndlərə "ticarət" sözündən sonra "və ya tibb" sözləri əlavə edilsin;

2.3.4.2. 3.10-cu bəndə "satışının" sözündən sonra "və ya tibbi xidmətlər göstərilməsinin" sözləri əlavə edilsin;

2.3.5.  4.2.2-ci yarımbəndin 1-ci abzasına "mallar" sözündən sonra "və göstərilmiş tibbi xidmətlər" sözləri əlavə edilsin;

2.3.6. 5-ci hissə üzrə:

2.3.6.1. 5.1-ci bəndə "malların" sözündən sonra "və ya göstərilmiş tibbi xidmətlərin" sözləri əlavə edilsin;

2.3.6.2. aşağıdakı məzmunda 5.2.6-1-ci yarımbənd əlavə edilsin:

"5.2.6-1. göstərilmiş tibbi xidmətin adı, qiyməti və həmin qiymətin tərkibindəki ödənilmiş ƏDV-nin məbləği və ödənişin forması (nağd və ya nağdsız);";

2.3.6.3. 5.2.7-ci yarımbəndə "mala" sözündən sonra "və ya göstərilmiş tibbi xidmətə" sözləri əlavə edilsin;

2.3.6.4. 5.2.8-ci yarımbəndə "rekvizitləri" sözündən sonra ", etibarlılıq (istifadə) müddəti" sözləri əlavə edilsin;

2.3.7. 6-cı hissə üzrə:

2.3.7.1. 6.1-ci bəndin birinci abzasına "mallar" sözündən sonra "və ya alıcı Azərbaycan Respublikasının ərazisini tərk etdikdə ona göstərilmiş tibbi xidmətlər" sözləri əlavə edilsin;

2.3.7.2. 6.1.1-ci yarımbəndə "mallara" sözündən sonra "və göstərilmiş tibbi xidmətlərə" sözləri əlavə edilsin;

2.3.7.3. 6.1.3-cü yarımbəndin üçüncü cümləsinə "mallarla" sözündən sonra "və göstərilmiş tibbi xidmətlərlə" sözləri əlavə edilsin;

2.3.7.4. 6.2-ci bəndin dördüncü cümləsinə "mövcudluğu" sözündən sonra ", müvafiq tibbi xidmətlərin təqdim edilib-edilməməsi" sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmanın 2-ci hissəsindən irəli gələn məsələləri həll etsin.

4. Bu Fərmanın 1-ci hissəsi 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

5. Bu Fərmanın 2-ci hissəsi  2025-ci il yanvarın 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti 


Bakı şəhəri, 7 yanvar 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Londonun mərkəzi küçəsi bomba təhlükəsinə görə boşaldılıb  

22:58
08 Yanvar

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenilənir

22:38
08 Yanvar

Azərbaycan və Avropa İttifaqı arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

21:34
08 Yanvar

XİN: İrqçi-şovinist məfkurə hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib

21:33
08 Yanvar

Ukraynanın Zaporojye şəhərinə aviazərbə endirilib, ölənlər var 

21:32
08 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:31
08 Yanvar

Azərbaycan millisinin daha bir üzvü Avropanın ən yaxşısı seçilib  

21:09
08 Yanvar

AZAL Kazan istiqamətində bütün uçuşları dayandırıb

21:07
08 Yanvar

Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib  

20:29
08 Yanvar

Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib

20:11
08 Yanvar

Qahirədə Misir, Yunanıstan və Kipr liderlərinin üçtərəfli sammiti keçirilib

19:46
08 Yanvar

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını Monako Knyazlığına təhvil verib  

19:23
08 Yanvar

“Rolls Royce” Britaniyada zavodunu genişləndirmək üçün 376 milyon dollar sərmayə yatıracaq  

19:10
08 Yanvar

Qırğızıstan mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini işıqlandırıb

19:08
08 Yanvar

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub

19:08
08 Yanvar

Daxili işlər naziri İsmayıllı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib

19:07
08 Yanvar

Aktauda təyyarə qəzasında xəsarət alan iki Qırğızıstan vətəndaşı xəstəxanadan evə buraxılıb

19:06
08 Yanvar

Rusiya mətbuatı Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsindən sitatlar dərc edib

19:05
08 Yanvar

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

19:03
08 Yanvar

Qazaxıstan mediası Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb

19:02
08 Yanvar

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən

19:00
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!