15 Noyabr 2025 01:39
4661
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1245 (Cild I); 2024, № 2, maddə 147) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə"nin 8.11-ci bəndinə "obyektlərin" sözündən sonra "vahid" sözü əlavə edilsin.

2. "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858 (Cild I); 2024, № 5 (I kitab), maddələr 515, 529, № 7, maddə 797; 2025, № 8, maddə 771) 5.23.1-ci yarımbəndinə "obyektlərin" sözündən sonra "vahid" sözü əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948, № 11, maddə 1199, № 12 (II kitab), maddə 1364; 2025, № 3, maddə 224, № 4 (I kitab), maddə 330, № 5, maddə 459, № 6, maddə 541, № 8, maddə 771) ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nın 8-ci hissəsinin "Göstərdiyi xidmətlər" sütununun 3-cü bəndinə "obyektlərin" sözündən sonra "vahid" sözü əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 iyul tarixli 2231 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 956 (Cild I) ilə təsdiq edilmiş "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə"nin 1.1-ci bəndindən  ", Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 78.2-ci maddəsinə" sözləri çıxarılsın.

5.  "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1066 (Cild I) 1-ci hissəsinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri" abzasının sonundan nöqtə işarəsi çıxarılsın və həmin abzasdan sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 noyabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Ayaks”ın baş məşqçisi: “Qarabağ” yaxşı komandadır  

17:03
09 Dekabr

Serbiyanın sabiq Prezidenti: Azərbaycanla strateji tərəfdaşlığımız möhkəm təməllər üzərində qurulub  

16:40
09 Dekabr

Ədliyyə Nazirliyi son 6 ildə Azərbaycana hansı ölkələrdən ekstradisiyalar həyata keçirib?  

16:39
09 Dekabr

Tədqiqatçı-alim: “Ağıllı” şəbəkə sistemi Azərbaycanın enerji ixracı imkanlarını artıracaq  

16:32
09 Dekabr

Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib YENİLƏNİB 

16:30
09 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNƏCƏK  

16:27
09 Dekabr

Kreml Rusiyanın SSRİ-ni bərpa etmək istədiyinə dair açıqlamaları təkzib edib  

16:27
09 Dekabr

Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların tranzit daşınmasına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb  

16:26
09 Dekabr

Yuri Vernidub “Neftçi”nin baş məşqçisi təyin edilib  

16:12
09 Dekabr

Prezident İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub YENİLƏNİB  

16:12
09 Dekabr

Türkiyədə doğum səviyyəsi 11-ci ildir azalmaqdadır  

16:10
09 Dekabr

Azərbaycanın qastroturizm imkanları Koreya Respublikasında tanıdılıb  

16:10
09 Dekabr

Xankəndidə Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib  

16:08
09 Dekabr

Azərbaycan-Slovakiya münasibətlərində yeni mərhələ başlayır  

16:07
09 Dekabr

Gürcüstan və Ermənistan parlamentariləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər  

15:14
09 Dekabr

Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb  

15:13
09 Dekabr

Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 8 şəhər, 18 kənd və qəsəbə rabitə xidmətləri ilə təmin olunub - Açıqlama  

15:12
09 Dekabr

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB  

15:07
09 Dekabr

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək  

15:06
09 Dekabr

Fransada ərzaq böhranı təhlükəsi  

15:03
09 Dekabr

Litvada fövqəladə vəziyyət elan edilib  

15:01
09 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!