01 İyun 2023 01:37
767
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 864-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 6 mart tarixli 297 nömrəli, "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi barədə" 2014-cü il 15 dekabr tarixli 389 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 864-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 6 mart tarixli 297 nömrəli, "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi barədə" 2014-cü il 15 dekabr tarixli 389 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 864-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.3-cü maddəsinin ikinci cümləsində (hər üç halda), 23.3-cü, 25.3-cü, 179-cu, 190.1-ci və 190.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 
1.2. həmin Məcəllənin 13.3-cü maddəsinin ikinci cümləsində (üçüncü halda), 23.3-cü, 25.3-cü və 190.2-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 13.3-cü maddəsinin ikinci cümləsində (birinci və ikinci hallarda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Məcəllənin 179-cu və 190.1-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 864-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 
3. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 164; 2002, № 7, maddə 412, № 8, maddə 478, № 12, maddə 716; 2003, № 6, maddə 290; 2004,     № 7, maddə 526; 2006, № 12, maddə 1034; 2007, № 3, maddə 226, № 11, maddə 1105; 2010, № 5, maddə 393, № 7, maddə 613, № 8, maddə 722; 2019, № 5, maddə 818, № 12, maddə 1930; 2021, № 6 (I kitab), maddə 565; 2022, № 1, maddə 30; 2023, № 1, maddə 85, № 3, maddə 348) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə "Məcəlləsinin" sözündən sonra "13.3-cü maddəsinin ikinci cümləsində (hər üç halda), 23.3, 25.3," sözləri, "186" rəqəmlərindən əvvəl "179," rəqəmləri və "187.1-1," rəqəmlərindən sonra "190.1, 190.2," rəqəmləri əlavə edilsin;
3.2. 2.2-ci bəndə "Məcəllənin" sözündən sonra "13.1, 13.5-ci maddələrində," sözləri əlavə edilsin;
3.3. 2.3-1-ci bəndə "Məcəllənin" sözündən sonra "13.3-cü maddəsinin ikinci cümləsində (üçüncü halda), 23.3, 25.3," sözləri, "187.1-1," rəqəmlərindən sonra "190.2," rəqəmləri əlavə edilsin;
3.4.  2.4-cü bənddən "23.3,", "25.3," və "179," rəqəmləri çıxarılsın; 
3.5.  2.4-1-ci bənddə "195.2-ci (ikinci halda) maddəsində" sözləri "179, 190.1 və 195.2-ci (ikinci halda) maddələrində" sözləri ilə əvəz edilsin; 
3.6. 2.12-2-ci bəndə "Məcəllənin" sözündən sonra "13.3-cü maddəsinin ikinci cümləsində (birinci və ikinci hallarda)," sözləri əlavə edilsin; 
3.7. 2.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.18-ci bənd əlavə edilsin:
"2.18. həmin Məcəllənin 13.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri həyata keçirirlər.".
4. "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 dekabr tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1543) 3-cü hissəsi ləğv edilsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını təsdiqləyən tarixi manifestdir

13:06
15 İyun

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

01:18
15 İyun

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib 

00:09
15 İyun

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb  

23:58
14 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

23:16
14 İyun

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

23:06
14 İyun

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

23:03
14 İyun

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

22:28
14 İyun

Putin və Tramp arasında telefon danışığı olub

22:05
14 İyun

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

21:53
14 İyun

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

20:57
14 İyun

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

20:48
14 İyun

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

20:37
14 İyun

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

20:19
14 İyun

Zelenski ilə Tramp arasında telefon danışığı olub

19:13
14 İyun

Şuşa Bəyannaməsi: Zəfərdən irəli gələn yeni geosiyasi güc

19:12
14 İyun

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

18:42
14 İyun

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

17:38
14 İyun

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib  

17:23
14 İyun

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

16:47
14 İyun

Ebola virusu Konqoda sürətlə yayılır

16:04
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!