06 Fevral 2025 00:42
1156
Nazirlər Kabineti
A- A+
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə


№ 20


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209 (Cild I); 2024, № 9, maddə 1061; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 dekabr tarixli 558 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4 nömrəli əlavənin 10-1-ci hissəsi ləğv edilsin;

1.2. 7 nömrəli əlavənin sonuna aşağıdakı məzmunda qeyd əlavə edilsin:

“Qeyd. Akt qeydinin 9-1-ci hissəsində nəzərdə tutulan məlumatlar yalnız 2025-ci il 1 iyuladək qeydə alınmış nikahların pozulması qeydə alınarkən göstərilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003,

№ 10, maddə 627 (Cild I); 2024, № 1, maddələr 110, 124, № 9, maddələr 1061, 1067; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 dekabr tarixli 534 nömrəli və 29 dekabr tarixli 558 nömrəli, 2025-ci il 22 yanvar tarixli 12 nömrəli qərarları) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.3-cü bənd üzrə:

2.1.1. birinci abzasa “övladlığa götürülənlər arasında” sözlərindən sonra “, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında” sözləri əlavə edilsin;

2.1.2. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Nikaha daxil olmaq istəyən şəxslər arasında bu bəndin birinci abzasında qeyd olunan qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılmalıdır. Bu məlumatların informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslərin və onların valideynlərinin doğumu haqqında şəhadətnamələrin surəti nikaha daxil olmaq haqqında ərizəyə əlavə edilir.”;

2.2. 3.14-cü bənd ləğv edilsin;

2.3. 6.8-ci bənddə “valideynlər nikaha daxil olmamışlarsa, onların” sözləri “valideynlərin” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 20 may tarixli 81 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011,

№ 5, maddə 453 (Cild I) ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.4.3-cü yarımbəndində “erkən nikah hallarının azaldılması məqsədi ilə” sözləri “erkən nikahın mənfi nəticələrinə dair” sözləri ilə əvəz edilsin.

4. “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 803 (Cild I); 2024, № 2, maddə 235, № 10, maddə 1164) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci hissədən “18 yaşadək (erkən nikah) və” və “, o cümlədən müvafiq ərizələrindəki məlumatlara əsasən qohum hesab edilən şəxslər arasında nikaha” sözləri çıxarılsın;

4.2. həmin Qərarla təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” üzrə:

4.2.1. 2.1-ci bənddə “Bu Qaydada” sözləri “Bu Qaydanın məqsədləri üçün” sözləri ilə əvəz edilsin;

4.2.2. 2.1.1-ci yarımbəndə “bağlanılmış nikah” sözlərindən sonra “(2025-ci il 1 iyuladək qeydə alınmış) və ya erkən evlilik” sözləri əlavə edilsin;

4.2.3. 2.1.2-ci yarımbəndə “bağlanılmış nikah” sözlərindən sonra “(2025-ci il 1 iyuladək qeydə alınmış) və ya nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq” sözləri əlavə edilsin;

4.2.4. 6.1.6-cı yarımbənddən “nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan” sözləri çıxarılsın;

4.2.5. 6.1.8-ci yarımbənddən “18 yaşadək və” və “, o cümlədən qohumlar” sözləri çıxarılsın.

5. Bu Qərar 2025-ci il iyulun 1-dən qüvvəyə minir.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 1 ” “ fevral ” 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
11 Mart

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:00
11 Mart

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
11 Mart

 “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:58
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:57
11 Mart

“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”nin təsdiq edilməsi haqqında

00:55
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:54
11 Mart

“Gəncə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında

00:53
11 Mart

Dövlət Departamentinin rəsmisi: Cənubi Qafqazda sülhün açarlarından biri TRIPP layihəsinin yaradılması idi  

00:35
11 Mart

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!