09 Oktyabr 2025 01:28
8607
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 178-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram: 

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 471 nömrəli və 13 avqust tarixli 478 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"na aşağıdakı məzmunda 22-2-ci hissə əlavə edilsin:

"22-2. Məcəllənin 279.2-ci və 279.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

22-2.1. elektrik közərmə lampalarının idxalına münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından - bu Siyahının 46.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər; 

22-2.2. elektrik közərmə lampalarının istehsalına münasibətdə Azərbaycan Respublikasının Energetika Nazirliyi adından - energetika naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri, onun müavinləri, departament direktoru, onun müavini, şöbə müdiri, sektor müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis, filial rəhbəri, onun müavini, baş müfəttiş, böyük müfəttiş, aparıcı müfəttiş, müfəttiş;

22-2.3.elektrik közərmə lampalarının satışına münasibətdə:

22-2.3.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi adından - bu Siyahının 22-2.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

22-2.3.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından - Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional bölmənin rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.".

2. Bu Fərman 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 8 oktyabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göz quruluğuna qarşı təbii vasitə aşkar edilib   

17:49
22 Sentyabr

Astara Terminalında yük daşımaları sürətləndi

17:31
22 Sentyabr

Bardonun xatirələri milyonluq hekayəyə çevrildi

17:13
22 Sentyabr

Parlamentin Gənclər və idman komitəsinin ötən sessiyada görülmüş işləri qənaətbəxş hesab olunub  

17:12
22 Sentyabr

ABŞ Qrenlandiyada iki hərbi baza yaratmağı planlaşdırır

17:01
22 Sentyabr

Naxçıvanda yüzlərlə insanın həyata dönüş yolu

16:56
22 Sentyabr

BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır

16:52
22 Sentyabr

MOK-un baş katibi: Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır  

16:40
22 Sentyabr

VK-nın Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib  

16:23
22 Sentyabr

2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinə 5,3 milyard manat investisiya nəzərdə tutulur

16:22
22 Sentyabr

“AzerGold”un Dövlət Proqramı üzrə 4 strateji layihəsinin investisiya həcmi 3,63 milyard manatdır

16:19
22 Sentyabr

Yeni dövlət proqramı dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi olacaq  

16:16
22 Sentyabr

YAP İdarə Heyətinin üzvü Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub  

16:09
22 Sentyabr

Beynəlxalq maliyyə resurslarından daha geniş istifadə imkanlarına baxılmalıdır

15:39
22 Sentyabr

Maka Boçorişvili: ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirakı regionda yeni imkanlar yaradır

15:39
22 Sentyabr

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirilib  

15:35
22 Sentyabr

Ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq

15:17
22 Sentyabr

Mis, qızıl və gümüş üzrə hasilat və istehsalın artırılması planlaşdırılır

15:13
22 Sentyabr

“Brent”in qiyməti 100 dollardan aşağı düşüb

15:07
22 Sentyabr

Çindəki forumda Orta Dəhlizin Şərqlə Qərb arasında mühüm nəqliyyat bağlantısı kimi əhəmiyyətindən danışılıb  

15:00
22 Sentyabr

“Azəristiliktəchizat”: Payız-qış mövsümünə hazırlıq işləri yekunlaşır

14:47
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!