16 Fevral 2025 08:20
611
SİYASƏT
A- A+
Azərbaycan regionun söz və güc sahibidir

Azərbaycan regionun söz və güc sahibidir


Ermənistanı növbəti revanşa təhrik edənlər bunu anlamalıdırlar


"Artıq uzun müddətdir ki, Ermənistana havadarlıq edən bir sıra güclər bu ölkəni növbəti dəfə revanşist addımlar atmağa təhrik edirlər. Fransa, Hindistan və digər ölkələrin hərbi sənayesi Ermənistana silah-sursat göndərməkdə, işğalçı dövləti silahlandırmaqdadır". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, bir çox halda həmin silahların kreditlər hesabına alındığını və sonradan həmin borcların silindiyini, bəzən isə dəyəri ödənilmədən Ermənistana silahlar verilməsi ilə bağlı məsələlərin gündəmdə olduğunu görürük. Bu fonda Ermənistanın Azərbaycanla şərti sərhəd xəttində səngərlər qazması da müşahidə olunmaqdadır. Eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə sülhməramlı missiya adı altında fəaliyyət göstərən Rusiya hərbi kontingenti müdafiə zonası adı ilə səngərlər qazan ermənilərə sipər rolu oynayırdı. İndi də analoji funksiyanı "müşahidə" missiyası adlandırılan Avropa İttifaqının, əslində, kəşfiyyat və digər məqsədlərə xidmət edən missiyası yerinə yetirməkdədir. "Bu missiya ilə bağlı 2022-ci ilin oktyabrında Azərbaycanla razılaşma əldə olunmuşdu ki, iki ay müddətinə Ermənistan tərəfindən şərti sərhəddə müşahidə aparacaqlar. O zaman missiyanın tərkibinin cəmi 40 nəfərdən ibarət olması razılaşdırılmışdı. Amma razılaşmaya baxmayaraq, 50 nəfərlik missiya göndərdilər. Ondan sonra artıq ikinci dəfədir ki, "müşahidə" missiyasının mandatı iki il müddətinə uzadıldı. Onların say tərkibi  əvvəl 138 nəfərə, ikinci dəfə isə 209 nəfərə çatdırıldı. Hətta sayın bir qədər artırıldığı barədə də informasiyalar var. Onlar zaman-zaman Azərbaycanla Ermənistan şərti sərhəd zolağına gəlib, oradan binoklla Azərbaycan ərazisini müşahidə edirlər. İstədikləri formada hesabatlar hazırlayır, beynəlxalq ictimaiyyətin fikrində belə fikir formalaşdırmağa çalışırlar ki, Azərbaycan guya Ermənistana hücum etməyə hazırlaşır, sərhəd xəttini pozmaq istəyir", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, bu cür yalan təbliğat üzərində kampaniya qurulub və orada Avropa İttifaqının dislokasiya olunmuş "müşahidə" missiyasının üzvləri də guya Azərbaycan tərəfindən hər hansı təhdidin qarşısını almaq üçün fəaliyyət göstərirlər. Əslində, Qərb iki ölkə arasında yarana biləcək normal münasibətlərə öz fəaliyyəti və mövcudluğu ilə ciddi zərbə vurur. Onların sərhəd zolağında fəaliyyəti heç bir halda sülhə və sabitliyə xidmət etmir, əksinə, regionda sülhün dayanıqlı olmasına ciddi təhdiddir. Həmin missiyanın 2027-ci ilin fevral ayına qədər Ermənistanda fəaliyyət göstərməsi hədəflənib. 

A.Əlizadə bildirib ki, Ermənistandakı həm rəsmi, həm də ictimai-siyasi proseslərdə müəyyən formada aktivliyi olan "siyasətçi"lər tərəfindən revanşist addımların atıla biləcəyi, əvvəlki mövqelərə qayıdılması, hətta Qarabağın növbəti dəfə Ermənistanın nəzarətinə keçirilməsi ilə bağlı çağırışlar edilir. Bu cür çağırışlar fonunda mövcud missiya, eyni zamanda Aİ-nin bir sıra gücləri Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyalarını davam etdirirlər. Onlar Ermənistan üzərindən regiona yerləşməklə bölgədə bu və ya digər formada hərbi, siyasi, iqtisadi maraqlarını təmin etmək üçün Azərbaycanı hədəf götürüblər. Amma fərqində olmalıdırlar ki, Azərbaycan bu regionun söz və güc sahibidir, xüsusilə sülhün, sabitliyin dayanıqlı olmasının qarantıdır. Kənar qüvvələri regiona gətirməklə nəyəsə nail olmaq mümkün deyil. İlk növbədə Ermənistan tərəfi bunun fərqində olmalıdır. Bölgədə sülh və sabitlik, iqtisadiyyatının dirçəlməsini, kommunikasiyaların açılmasını, Azərbaycan, eləcə də Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirsə, həmin qüvvələrin xidmətindən imtina etməlidir. Yalnız bunun fonunda kommunikasiya xətləri açıla və Ermənistan iqtisadiyyatına ciddi dividendlər gətirə bilər. Əks halda yekunda ən çox zərər görən Ermənistan özü olacaq. Əgər Ermənistan revanşist addımlar atmağa qalxacaqsa, təbii ki, böyük faciələrlə qarşılaşacaq. Nəticədə bu qondarma dövlətin, ümumiyyətlə, bu arealda mövcudluğu sual altına düşəcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hər tapılan mina xilas edilən bir həyatdır - Minaaxtaranların bir iş günü 

10:55
16 Yanvar

Siqh Federasiyasının sədri: Hindistan zorakılığı indi digər ölkələrə də yaymağa çalışır  

10:54
16 Yanvar

Pəncabın naziri: Hindistandakı siqh icması üçün 1980-ci illərdə baş verənlər olduqca acı və üzücüdür  

10:53
16 Yanvar

Bakı Təşəbbüs Qrupu 20-dən çox ölkə və dənizaşırı ərazi ilə əməkdaşlıq əlaqələri qurub  

10:52
16 Yanvar

Afrika Mənşəli İnsanlar üçün Beynəlxalq Onilliyin icrasına həsr olunmuş hesabat BMT-yə təqdim edilib  

10:49
16 Yanvar

Azərbaycan Avstriya və Almaniyaya qaz nəqlinə başlayıb  

10:34
16 Yanvar

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:33
16 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb  

10:31
16 Yanvar

Azərbaycan nefti ucuzlaşıb  

10:30
16 Yanvar

Qazaxıstan 2025-ci ildə BTC boru kəməri ilə 1,3 milyon ton neft nəql edib  

09:49
16 Yanvar

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın ötən ilin yekunlarına dair iclası keçirilib  

09:49
16 Yanvar

Tramp: Maçadonun Nobel Sülh Mükafatını təqdim etməsi hörmət əlamətidir  

09:48
16 Yanvar

Vikipediya tarixin ən populyar sorğularını açıqlayıb  

09:46
16 Yanvar

Aİ İrana qarşı sanksiyaları sərtləşdirə bilər  

09:43
16 Yanvar

Maçado Nobel Sülh Mükafatını Trampa təqdim edib  

09:42
16 Yanvar

BMT TŞ-də İranla bağlı fövqəladə iclas keçirilib  

09:40
16 Yanvar

Nazir: Türkiyə Azərbaycanla birgə Suriyanın bərpasına töhfə verməyə çalışır  

09:39
16 Yanvar

Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı işinə başlayıb  

09:37
16 Yanvar

ABŞ Prezidenti Qəzza sülh planının ikinci mərhələsinə keçidi elan edib  

09:18
16 Yanvar

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümünə hazırlıq işləri aparılır

09:05
16 Yanvar

Oğul belə olar

09:00
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!