13 Avqust 2026 14:10
458
İQTİSADİYYAT
A- A+
Azərbaycan regionların inkişafını paytaxt mərkəzli iqtisadi modelin alternativi kimi formalaşdırmağa çalışır 

Azərbaycan regionların inkişafını paytaxt mərkəzli iqtisadi modelin alternativi kimi formalaşdırmağa çalışır 


Prezident İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün ümumilikdə 258 milyon manat həcmində maliyyə paketinin nəzərdə tutulması dövlətin Naxçıvana münasibətində uzunmüddətli, sistemli və mərhələli yanaşmanın növbəti praktiki ifadəsi kimi qiymətləndirilməlidir. Bu qərarın siyasi və iqtisadi mahiyyəti konkret layihələrin maliyyələşdirilməsindən daha geniş məna daşıyır. Söhbət Naxçıvanın ölkənin ümumi inkişaf modelinə daha sıx inteqrasiyasından, onun iqtisadi potensialının açılmasından və dəyişən regional geoiqtisadi şəraitdə strateji imkanlarının gücləndirilməsindən gedir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ekspert Əbülfəz Babazadə səsləndirib.

O bildirib ki, yeni maliyyə paketinin strukturu da dövlət siyasətinin prioritetlərini aydın şəkildə əks etdirir: “Sərəncam üzrə 66 milyon manat Tivi Su Elektrik Stansiyasının tikintisinin davamına, 70 milyon manat 26 yaşayış məntəqəsini birləşdirən 420 kilometr avtomobil yolunun əsaslı təmirinə, 25 milyon manat Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxanasının tikintisinə, 20 milyon manat beş yeni məktəbəqədər təhsil müəssisəsinin yaradılmasına, 53 milyon manat şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsinə yönəldilir. Bundan əlavə yaşayış binaları və istilik təsərrüfatının əsaslı təmiri üçün ayrıca maliyyə nəzərdə tutulur. Bu bölgü göstərir ki, investisiya siyasətinin mərkəzində enerji, nəqliyyat, insan kapitalı, sosial infrastruktur və yaşayış mühitinin eyni vaxtda modernləşdirilməsi dayanır. Burada ən mühüm məqam inkişafın kompleks xarakteridir. Müasir regional siyasətdə yol çəkilməsi özlüyündə yekun məqsəd sayılmır. Keyfiyyətli yol istehsal və xidmət sektoruna çıxış yaradır, insanların mobilliyini artırır, kəndlə şəhər arasındakı iqtisadi əlaqələri genişləndirir. Enerji infrastrukturu investisiya və sənayeləşmə üçün baza formalaşdırır. Təhsil və məktəbəqədər infrastruktur insan kapitalının keyfiyyətini yüksəldir. İctimai nəqliyyatın yenilənməsi isə iqtisadi fəallıqla sosial rahatlıq arasında əlaqəni gücləndirir. Bu elementlər vahid sistem daxilində işlədikdə ayrılan dövlət vəsaitinin multiplikativ iqtisadi təsiri yaranır. Bu qərarın uzunmüddətli siyasi mənası həm də regional tarazlığın möhkəmləndirilməsi ilə bağlıdır. Azərbaycan son onilliklərdə regionların inkişafını paytaxt mərkəzli iqtisadi modelin alternativi kimi formalaşdırmağa çalışır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni bağlantı perspektivlərinin, Orta Dəhlizin genişlənməsinin və regional nəqliyyat kommunikasiyalarının açılması gündəliyinin fonunda muxtar respublikanın daxili infrastrukturu gələcək yük və iqtisadi fəallıq üçün adekvat səviyyəyə çatdırılmalıdır. Prezident İlham Əliyev daha əvvəl Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək xəttin beynəlxalq tranzit imkanlarını genişləndirəcəyini və ilkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik dəmir yolunun Orta Dəhlizin əsas arteriyalarından birinə çevriləcəyini vurğulayıb. Buna görə bugünkü sosial-iqtisadi yatırımların gələcək geoiqtisadi funksiyalar üçün daxili baza yaratdığını söyləmək mümkündür”.

Əbülfəz Babazadə vurğulayıb ki, 258 milyon manatlıq paketin əsas hədəfi Naxçıvanın iqtisadi və sosial dayanıqlığını gücləndirməkdir. “Lakin məhz güclü daxili infrastruktur Naxçıvanın gələcəkdə regional nəqliyyat, enerji və logistika layihələrində daha fəal iştirakının başlıca şərtlərindən biridir. Bu səbəbdən sosial inkişaf ilə geoiqtisadi rol arasında birbaşa strateji əlaqə formalaşır. Məşğulluq baxımından da qərarın təsirini bir neçə mərhələdə qiymətləndirmək olar. Tikinti və yenidənqurma layihələri ilkin mərhələdə birbaşa iş yerləri yaradır. İnfrastrukturun tamamlanması sonrakı mərhələdə özəl sektorun fəaliyyət imkanlarını genişləndirir, sahibkarlığın xərclərini aşağı salır, xidmət, logistika, turizm, kənd təsərrüfatı və sənaye üçün daha əlverişli mühit formalaşdırır. Dövlət Proqramının məşğulluq və rifahın yüksəldilməsi məqsədini ayrıca vurğulaması da bu yanaşmanın sosial nəticəyə istiqamətləndiyini göstərir. Nəticə etibarilə, 258 milyon manatlıq maliyyə paketi Naxçıvana yönəlmiş dövlət siyasətində kəmiyyət göstəricisindən daha çox keyfiyyət mərhələsini ifadə edir”,- deyə o qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!