01 Aprel 2022 11:58
59026
FOTOXRONIKA
A- A+
Azərbaycan qışlayan quşların sayına görə Avropada ön sıralardadır

Azərbaycan qışlayan quşların sayına görə Avropada ön sıralardadır

 

Vəhşi quşların sayını və növ müxtəlifliyini qorumaq, insanları vəhşi təbiətin mühafizəsinə cəlb etmək məqsədilə hər il aprelin 1-i Beynəlxalq Quşlar Günü kimi qeyd olunur. 1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb.

Beynəlxalq Quşlar Günü hər il UNESCO tərəfindən “İnsan və Biosfer” adı ilə xüsusi proqram çərçivəsində keçirilir.

Bunu AZƏRTAC-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

O qeyd edib ki, respublikamızda yaşayan 72 növ quş Azərbaycanın “Qırmızı kitabı”na daxil edilib. Azərbaycan ornitofaunasının isə 30 növü “Dünya Qırmızı Kitabı”nda yer alıb: "Bu il Azərbaycanda quşların sayı aparılıb. Müəyyən edilib ki, ölkəmizdə qışlayan quşların sayı 800 mindən çoxdur. Reallıqda isə bu rəqəm 1 milyonu ötür”.

Xidmət rəsmisinin sözlərinə görə, mütəxəssislər tərəfindən quşların sayının aparıldığı zaman ölkədə bu il təkcə 110 min bəzgək quşu qeydə alınıb. Qızılağac Milli Parkında 200 min, Abşeron Milli Parkında isə 160 min quşun qışlaması müşahidə edilib. Əvvəllər Abşeron Milli Parkında 30 mindən çox quş qışlayırdısa, bu il bu göstərici xeyli artıb. Son 30 ildə birinci dəfədir ki, Abşeron Milli Parkında bu qədər quşun qışlamasının şahidi olduq.

“Azərbaycan Avropada qışlayan quşların sayına görə 3-4-cü yerləri tutur. Hollandiya və İngiltərədən sonra Azərbaycan Türkiyə ilə növbəti pillələrdə qərarlaşıb. Bu da Kür-Araz ovalığı, Xəzərin sahilində unikal yerlərin, çoxlu sututarlarının olması və bu yerlərin sualtı bitkilərlə zənginliyi ilə əlaqədardır”, - deyə A.Babayeva qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Energetika naziri Ağsuda vətəndaşların müraciətlərini dinləyib  

16:57
19 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:15
19 Mart

Hava yağıntılı olacaq, bəzi dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ  

15:57
19 Mart

Yanvar ayında Qazaxıstanın Azərbaycana ixracı 15 milyon dolları keçib

15:56
19 Mart

Prezident Ərdoğan: Ankara Türkiyənin tərəqqisi yolundakı maneələrə imkan verməyəcək  

15:55
19 Mart

ANAMA işğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqları ziyarət etmək istəyənlərə müraciət ünvanlayıb  

15:51
19 Mart

Qazın qiymətində kəskin artım baş verib

15:50
19 Mart

Viktor Orban: Macarıstan Brüsselin Ukraynanın lehinə olan heç bir qərarını dəstəkləməyəcək  

15:20
19 Mart

Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib

15:01
19 Mart

Xocalı rayonuna növbəti köç: Xanabad kəndinə 89 nəfər köçürülüb

14:46
19 Mart

Xocavənd şəhərində daha 46 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

13:47
19 Mart

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb  

13:32
19 Mart

Sabah hava yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq

13:13
19 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

12:58
19 Mart

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi şəhid ailələrini ziyarət edib  

12:32
19 Mart

DİN: Qarabağda nizam-intizam hər kəsin vətəndaşlıq borcudur

12:26
19 Mart

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

11:51
19 Mart

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

11:39
19 Mart

Ötən gün 85 cinayətin açılması təmin edilib

11:38
19 Mart

Finlandiya yenidən dünyanın ən xoşbəxt ölkəsi elan edilib

11:29
19 Mart

Səfir: Novruz bayramının bütün Türk dünyası üçün xeyirli və uğurlu olmasını arzulayıram   

11:19
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!