06 Mart 2022 02:18
3199
SİYASƏT
A- A+
Azərbaycan qadını ən yüksək mənəvi keyfiyyətlərin daşıyıcısıdır

Azərbaycan qadını ən yüksək mənəvi keyfiyyətlərin daşıyıcısıdır

 

Cəmiyyətimizdə qadına göstərilən hörmət, ana adının uca tutulması Azərbaycan xalqının ən yüksək ali və mənəvi keyfiyyətlərindən biridir.

Təsadüfi deyil ki, zəngin tarixi irsimizdə, ədəbiyyatımızda qadınlarımız müdriklik və qəhrəmanlıq mücəssəməsi kimi vəsf olunur. “Kitabi-Dədə Qorqud” boylarının, dahi Nizaminin, Füzulinin əsərlərinin qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri ideallara xidmət edir, xalqımızın milli-mənəvi dünyasının nə qədər zəngin olduğunu göstərir.

Çağdaş dövr sivil dünyada qadın fəallığının yüksəlməsi ilə əlamətdardır. Lakin müasir tendensiyalar və yanaşmalar baxımından Azərbaycan cəmiyyətində qadınların rolunun yüksəlməsi ötən əsrin əvvəllərindən başlayır. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara seçki hüququ verməsi həm xalqımızın demokratik dəyərlərə bağlılığının, həm də qadınların cəmiyyətdə gedən proseslərdə iştirakının yüksəlməsinin göstəricisi idi.

İradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizdə, milli-mənəvi dəyərlərimizin formalaşmasında tarix boyu böyük rol oynamış qadınlarımız bu gün də müstəqil dövlətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öndədirlər. Dövlətimizin yürütdüyü məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan qadını yüksək pillələrdə dayanır, ölkə daxilində və beynəlxalq aləmdə böyük nailiyyətlər qazanır, ictimai həyatın bütün sahələrində öz sözünü inamla deyir. Prezident İlham Əliyevin hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik dövlət başçısının zərif cinsdən olan vətəndaşlara diqqətinin və ehtiramının təcəssümüdür. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.

Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Respublikamız həm də qadın hərəkatının inkişaf etdiyi dövlətlərdən biridir. Ölkəmizdə qadın hərəkatının formalaşmasında, Azərbaycan qadınının yüksək dəyərlərə bağlılığının dünyaya tanıdılmasında respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Mehriban Əliyeva öz fəaliyyətini cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai-siyast fəaliyyətinin yeni səhifəsini açıb. Məhz Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin, xeyriyyəçiliyinin, nəcibliyinin, insanlara qayğısının timsalında bütün dünya Azərbaycan qadınının hansı yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olduğunu görür.

44 günlük Vətən müharibəsində qazandığımız qələbədə qadınlarımızın rolunu xüsusi qeyd etmək istərdim. Çünki Azərbaycan qadını bu zəfəri təmin edən igid oğulları yetişdirən, xalqımızın tarixdən süzülüb gələn qəhrəmanlıq ənənələrini öz övladlarına aşılayan, onları öz xeyir-duası ilə döyüşə yola salan böyük qüvvədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədiyi və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, 44 günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir”.

Azərbaycan qadını həm də şəhid anasıdır, şəhid bacısıdır, şəhid yoldaşıdır, şəhid övladıdır. Ona görə Azərbaycan qadınının başı hər zaman uca olacaq...

Qadınların cəmiyyətdəki layiqli yeri hər bir dövlətin uğuru hesab olunur. Bu baxımdan respublikamızda bərqərar olan demokratik mühit, həyata keçirilən mükəmməl və mütərəqqi dövlət siyasəti qadınlarımıza öz potensiallarını gerçəkləşdirmək üçün əlverişli imkanlar yaradıb. Bütün bunlardan irəli gələrək Azərbaycan qadını bundan sonra da dövlətimizin inkişafına və cəmiyyətimizin yüksəlişinə özünün layiqli töhfələrini verəcək.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!