07 Dekabr 2024 21:40
607
CƏMİYYƏT
A- A+
Azərbaycan Prezidenti: İndi dünyada bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb  

Azərbaycan Prezidenti: İndi dünyada bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb  


“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 140-cı kitabı çapdan çıxıb


“Bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, həm də eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və bəzi böyük dövlətlər bunu heç gizlətmirlər”.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 140-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı sentyabrın 23-də Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında nitqi zamanı söyləyib. Oxucu Azərbaycan Prezidentinin nitqinin tam mətni ilə bu kitabda tanış ola bilər.

Çoxcildliyin 140-cı kitabında toplanmış materiallar 2024-cü ilin sentyabr-oktyabr aylarını əhatə edir.

Yeni kitaba Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində keçirilmiş ADEX-2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində iştirakına dair informasiya daxil edilib. Oxucu bu kitabda dövlətimizin başçısının İqtisadi məsələlərə həsr olunmuş müşavirədə, habelə Aşıq Ələsgərin abidəsinin açılış mərasimində çıxışlarının mətnləri ilə də tanış ola bilər.

Prezident İlham Əliyev sentyabr ayında Ağdam rayonuna, Xankəndi və Şuşaya səfər edib, aparılan bərpa-quruculuq işləri ilə tanış olub, bir sıra müəssisələrin açılışında iştirak edib, eyni zamanda, yeni müəssisələrin təməlini qoyub. Dövlətimizin başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının və bu universitetin təmirdən sonra açılış mərasimlərində iştirak edib, müəllim və tələbə heyəti ilə görüşüb. Şuşada isə dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında, Şuşada Bayraq meydanının açılış mərasimində iştirak edib. Prezident oktyabr ayında isə Zəngilana və Cəbrayıla səfər edib. Dövlətimizin başçısı Cəbrayılda yaşayış kompleksinin açılış mərasimində iştirak edib və yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim edib. Bütün bunlar haqqında informasiyalar yeni kitabda verilib.

Çoxcildliyin 140-cı kitabında Prezident İlham Əliyevin Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirakına və çıxışına, “Rossiya-1” televiziya kanalına müsahibəsinə, habelə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasına səfərinə və plenar iclasda çıxışına dair materiallar da toplanıb.

Oxucu bu kitabda Azərbaycan Prezidentinin Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına, “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təşkilatlarının rolu” mövzusunda Beynəlxalq Bakı Forumunun, Pre-COP29 tədbirinin və Azərbaycanda keçirilən digər beynəlxalq tədbirlərin iştirakçılarına müraciətlərinin mətnləri ilə də tanış ola bilər.

“Azərnəşr” tərəfindən buraxılan 140-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

Kosmonavtları Aya aparacaq raketin sınaqları başlayıb

09:03
18 Yanvar

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!