10 İyul 2024 17:17
749
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Özbəkistan iqtisadi münasibətlərinin inkişafı üçün böyük potensial var

Azərbaycan-Özbəkistan iqtisadi münasibətlərinin inkişafı üçün böyük potensial var


Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisinin ixracı imkanları nəzərdən keçirilir

 

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib. Səfər zamanı Buxarada iqtisadi sahədə birgə fəaliyyətin genişləndirilməsi məqsədilə yeni imkanlar nəzərdən keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşdə vurğulanıb ki, Azərbaycan və Özbəkistanın dövlət başçıları iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verir. Bu da hər iki ölkənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, regional inkişafı stimullaşdırır.

Görüşdə ölkələrimiz arasında müxtəlif iqtisadi istiqamətlər üzrə yeni imkanlar nəzərdən keçirilib, bu məqsədlə birgə təşəbbüslərin artırılmasının önəmi qeyd olunub. Tərəflər sənaye, kənd təsərrüfatı, enerji, o cümlədən bərpaolunan enerji, həmçinin karbonsuzlaşma sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 13-cü iclası keçirilib.

Hökumətlərarası Komissiyanın həmsədrləri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov Komissiyanın işgüzar münasibətlərin inkişafı və birgə layihələrin icra edilməsi üçün səmərəli platforma olduğunu vurğulayıblar.

Qeyd olunub ki, ticarət sahəsində əməkdaşlıq Özbəkistanla iqtisadi münasibətlərdə əsas istiqamətlərdəndir. Ötən il Özbəkistanla ticarət dövriyyəsinin həcmi 180 milyon ABŞ dollarına yaxın olub. Bu ilin ilk 5 ayında isə bu göstərici təqribən 70 milyon ABŞ dolları təşkil edib. Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə 90-dan çox Özbəkistan şirkəti qeydiyyatdan keçib.

Sənayeyə birgə investisiya qoyuluşu uğurlu əməkdaşlıq nümunələri yaradıb. Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir. Bu il iyulun 1-nə olan məlumata görə, əməkdaşlıq çərçivəsində 5300-dən çox “Chevrolet” avtomobili istehsal edilib. Bundan başqa, birgə pikap, yük maşını və avtobus istehsalı həyata keçirilir.

Azərbaycanda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması istiqamətində uğurlu işbirliyi davam etdirilir. Regionlararası forumlar bu sahədə, eləcə də mədəni əlaqələrin daha da genişlənməsinə töhfə verir. Azərbaycan və Özbəkistanın nəqliyyat-tranzit sahəsində də böyük potensialı var.

İkitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur. İki ölkənin şirkətləri - SOCAR və "Uzbekneftegaz" ASC Azərbaycan və Özbəkistanda neft yataqlarının birgə işlənməsi, neft-qaz sektorunda layihələrin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq edirlər. Gələcəkdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisinin ixracı imkanları nəzərdən keçirilir. Azərbaycan iri elektrik enerjisi istehsalçısı və ixracatçısı kimi öz ərazisindən elektrik enerjisinin tranziti üçün geniş imkanlar açır. 2024-cü ilin mayında imzalanmış Azərbaycan, Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin birləşdirilməsinə dair Əməkdaşlıq Memorandumu bu sahədə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın göstəricisidir.

Qeyd edilənlərlə yanaşı, səhiyyə, turizm, mədəniyyət, təhsil və digər sahələrdə də uğurlu tərəfdaşlıq həyata keçirilir.

Komissiyanın iclasında ölkəmizdə iqtisadi fəallığın artırılması və əlverişli biznes mühitinin yaradılması üçün tətbiq edilən müxtəlif stimullaşdırma mexanizmləri, işğaldan azad edilmiş ərazilərin biznes potensialı, həyata keçirilən infrastruktur layihələri və s. barədə məlumat verilib. Bildirilib ki, özbəkistanlı sahibkarlar Azərbaycandakı sənaye zonalarında və Ələt Azad İqtisadi Zonasındakı güzəştlərdən yararlanaraq rəqabətqabiliyyətli fəaliyyət qura bilərlər.

Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanıb. Sənəddə iqtisadi-ticarət, enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, innovasiyalar və digər istiqamətlər üzrə tərəfdaşlığın möhkəmləndirilməsi əksini tapıb.

Səfər çərçivəsində, həmçinin nümayəndə heyətinin Buxarada tarixi abidələrlə tanışlığı təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb  

10:42
24 Aprel

Hərbi vəzifəlilərin təlim toplanışında praktiki məşğələlərə xüsusi diqqət yetirilir  

10:42
24 Aprel

Ötən gün vətəndaşların bank kartlarından 20 min 332 manat oğurlanıb  

10:41
24 Aprel

Kiyev raketlərlə vurulub, ölənlər və xəsarət alanlar var

10:40
24 Aprel

Prezident İlham Əliyev Pekində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşüb  

10:39
24 Aprel

Ceyms Şarp: Azərbaycanın Trans-Xəzər bağlantısındakı rolu regionun inkişafında mühüm istiqamətverici amildir  

10:38
24 Aprel

Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

09:48
24 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətləri müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətli faktordur  

09:34
24 Aprel

“Azərbaycan və Çin əməkdaşlığında yeni mərhələ başlayır”  

09:27
24 Aprel

Roma Papasının dəfni özünün sevimli kilsəsində keçiriləcək

09:20
24 Aprel

Yaz allergiyaları

09:15
24 Aprel

AZAL Qurban bayramı münasibətilə özəl uçuşların sayını artırır

09:10
24 Aprel

Cıdır düzündə dalğalanan Zəfər bayrağı

09:05
24 Aprel

Uşaq evinin nağıl dünyası

09:00
24 Aprel

Tariximizi dünyaya tanıdan alim

08:55
24 Aprel

Bu günün hədəfi sabahın "yaşıl işığ"ıdır

08:50
24 Aprel

"Azərbaycan Çinlə əksər sahələrdə sıx əlaqələrə malikdir"

08:45
24 Aprel

Erməni kilsəsi başqa xalqlara qarşı daim nifrət və dözümsüzlük formalaşdırmağa çalışıb

08:40
24 Aprel

Avropa İttifaqının məkrli "missiyası"

08:35
24 Aprel

Azərbaycan Qərbin ikili standartları ilə üzləşən ölkələrdəndir

08:30
24 Aprel

Paşinyan çətin sınaq qarşısındadır

08:25
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!