09 Oktyabr 2025 10:10
251
CƏMİYYƏT
A- A+
Azərbaycan Ordusunun tarixində yeni səhifə açan Hadrut zəfəri 

Azərbaycan Ordusunun tarixində yeni səhifə açan Hadrut zəfəri 

Beş il əvvəl sentyabrın 27-də başlanğıcını götürən 44 gün əlamətdar hadisələrlə yadda qaldı. Hər günü bir qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi təqvimə qara rənglə yazılan işğal günlərini qırmızı rəngli azad olunma tarixləri ilə əvəzlədi. Rəşadətli Ordumuz canı, qanı bahasına addım-addım ərazilərimizi düşmən tapdağından xilas edir, hər gün döyüş meydanlarından şad xəbərlər gəlirdi. Dövlətimizin başçısı Azərbaycan Ordusunun qəhrəmanlığını belə təsvir edirdi: “Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər”.

AZƏRTAC xəbər verir ki, qəhrəman zabit və əsgərlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə cəmi 44 gündə nəinki 30 illik işğala son qoyaraq Azərbaycanı qalib ölkəyə çevirdi, hətta 200 ildən sonra Azərbaycanın möhtəşəm Qələbə tarixini də yazdı. İndi Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsində qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirmiş Ordumuzdan bir neçə dəfə güclüdür.

Hadrut əməliyyatı Şuşaya yol açdı

Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri müasir dövrün yeni döyüş ənənələrini formalaşdırdı. Belə ki, minimum canlı qüvvə itkisi, maksimum səviyyədə hərbi texnoloji yeniliklərdən yararlanmaq Ordumuzun əməliyyatlar tarixində yeni səhifə açdığını deməyə imkan verir. Hətta mütəxəssislər də bildirirlər ki, Silahlı Qüvvələrimizin 44 gün ərazində apardığı döyüş əməliyyatı dünyanın ən qabaqcıl hərbi məktəblərində araşdırılır və öyrədilir. Ordumuzun ağıllı və düşünülmüş azadetmə əməliyyatı digər vacib məqamlarla da yadda qaldı. Belə ki, hərbçilərimiz düşmənin gözləmədiyi yerlərdən, dərinliklərdən sızaraq daha strateji mövqeləri azad etdilər.

2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək növbəti dəfə şanlı uğur əldə etdi. Erməni işğalı altında qalan bir neçə yaşayış məntəqəsi, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsi düşmən tapdağından xilas edildi. Həmin gün 44 günlük Zəfər tarixinin ən şanlı səhifəsindən biri - Hadrutun azadlığa qovuşması xəbəri Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa çatdırıldı. Hadrutun işğaldan azad olunması tarixi nailiyyət olmaqla yanaşı, həm də bölmələrimizin döyüş meydanındakı uğurlarını daha da artırdı, böyük Zəfərə gedən yolda strateji üstünlük qazandırdı. Hadrut Qarabağ inzibati ərazisinə daxil olduğu üçün ermənilər bu qəsəbənin itirilməsi ilə heç cür barışa bilmirdilər. Düşmən anlayırdı ki, Ordumuz Şuşaya da nəzarəti ələ keçirəcək. Belə də oldu. Hadrut zəfərindən sonra əsgər və zabitlərimizin həmin şəhərə yolu açıldı. Ermənilərin güclü müqavimətinə baxmayaraq, Şuşa da işğaldan azad edildi.

Hadrutun azad edilməsində Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələrinin (XTQ) müstəsna xidmətləri var. XTQ-nin azsaylı qüvvəsi düşmənin müdafiə xəttinə sızmaqla həmin qəsəbənin arxa tərəfindəki yüksəkliklərdə yerləşib, sonradan isə motoatıcı hissə və birliklərin artilleriya atəşini nizamlamışdı. Düşmən mövqeləri zəiflədikdən sonra XTQ mənsubları həm ön, həm də arxa tərəfdən ərazidəki düşmənləri tamamilə təmizləmişdi. Azərbaycan Ordusunun Hadrutu azad etməsi Füzuli və Cəbrayıl istiqamətlərindəki hərbi hissələrin idarə edilməsi və təchizatı baxımından da böyük əhəmiyyətə malik idi. Qəsəbənin azad olunması işğalçıların digər istiqamətlərdə müqavimətinin zəifləməsinə, Ermənistan ordusunda fərari sayının artmasına səbəb oldu. Nəticədə Azərbaycan Ordusunun daha az itki və daha yüksək hücum tempi ilə ərazilərimizi düşmən tapdağından təmizləməsi üçün əlverişli imkan yarandı. Hadrutun azad edilməsi ondan xəbər verirdi ki, Ordumuz yalnız Qarabağ ətrafındakı rayonları deyil, paralel olaraq onun dağlıq hissəsini də işğaldan azad etməkdə qərarlıdır.

Zəfərdən sonra canlanan Hadrut

2021-ci ilin iyununda Hadrut qəsəbəsində “Dəmir yumruq” abidəsi ucaldıldı. Bu abidənin üzərində Vətən müharibəsində düşmənin qorxulu yuxusuna çevrilən qəhrəman Azərbaycan əsgəri və dronlar da təsvir edildi. Bu, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində 44 gün ərzində işğalçı Ermənistanın ağır məğlubiyyətə uğradıldığını və kapitulyasiya aktını imzalamağa məcbur olduğunu əks etdirir.

İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi istiqamətində davamlı addımlar atılır, yeni komando bölmələri yaradılır. 2021-ci il dekabrın 24-də Prezident, Ali Baş Komandan İlham Əliyev məhz Hadrutda hərbi hissənin açılışında Komando Briqadasının yaradılmasının əhəmiyyətindən danışaraq deyib: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim Ordumuzun gücünü böyük dərəcədə artıracaq”.

Digər azad edilmiş ərazilərdə olduğu kimi Hadrutda da tikinti işləri sürətlə davam etdirilir, genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunur. Qəsəbədə ümumilikdə 541 ev var ki, onlardan da 462-si yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlərin hamısı ilin sonunadək bərpa ediləcək. Hazırda 10 ailə, ümumilikdə 41 nəfər öz dədə-baba yurdu olan Hadrutda yaşayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!