31 İyul 2025 13:12
6429
Səhiyyə
A- A+
Azərbaycan nümayəndə heyəti Sinqapurun səhiyyə sistemi ilə tanış olub  

Azərbaycan nümayəndə heyəti Sinqapurun səhiyyə sistemi ilə tanış olub  

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sinqapura səfər edib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Sinqapurun səhiyyə üzrə baş dövlət naziri Kou Pou Kun ilə görüşüb. Görüşdə Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi, səhiyyə sahəsində həyata keçirilən islahatlar və maliyyələşdirmə mexanizmləri barədə məlumat verilib. Bildirilib ki, ölkəmizdə tətbiq edilən icbari tibbi sığortanın məqsədi əhalinin tibbi xidmətlərə maliyyə çətinliyi çəkmədən çıxışını təmin etməkdir.

Baş dövlət naziri Kou Pou Kun Azərbaycan nümayəndə heyətini salamlayaraq ölkəsinin səhiyyə təcrübəsinə göstərilən marağı yüksək qiymətləndirib. O, Sinqapurun səhiyyə siyasətinin formalaşdırılması, tibbi xidmətlərin tənzimlənməsi, maliyyələşdirilməsi və rəqəmsal innovasiyaların tətbiqi sahəsində görülən işlər barədə məlumat verib.

Agentliyin İdarə Heyətinin sədri Z.Əliyev beynəlxalq təcrübənin öyrənilməsinin, xüsusilə Sinqapur modelinin araşdırılmasının səhiyyə sistemində dayanıqlı maliyyələşdirmə mexanizmlərinin qurulması baxımından əhəmiyyətini vurğulayıb.

Nümayəndə heyəti, həmçinin Sinqapurun Səhiyyə Nazirliyində təşkil olunan təqdimatda iştirak edib. Nazirliyin Maliyyə Tərəfdaşlığı və İdarəetmə üzrə direktor müavini Li Saycia ölkəsinin səhiyyə sisteminin maliyyələşməsi, büdcə planlaşdırılması və səhiyyə müəssisələrinə ödəniş mexanizmləri barədə təqdimatla çıxış edib.

Nümayəndə heyəti, həmçinin Sinqapurun Mərkəzi Təminat Fondunun Tibbi Xərclərin Ödənilməsi üzrə direktor müavini Tan Mey Penlə görüşüb. Fondun nümayəndəsi Sinqapurun səhiyyə sisteminin fərdi məsuliyyət və dövlət dəstəyini birləşdirən balanslı maliyyələşdirmə modelinə əsaslandığını bildirib. O, əhalinin tibbi xərclərini qarşılamaq üçün mövcud olan MediSave, MediShield Life və MediFund proqramları barədə geniş məlumat verib.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Sinqapur Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Səhiyyə Texnologiyaları üzrə Dövlət Agentliyində – Synapxedə olub. Qurumun fəaliyyəti barədə məlumat verilib və qeyd olunub ki, Synapxe ölkənin rəqəmsal səhiyyə infrastrukturunun qurulması, IT sistemləri ilə təminat, pasiyentyönümlü xidmətlərin təşkili və informasiya təhlükəsizliyinin gücləndirilməsi sahələrində fəaliyyət göstərir. Synapxe, eyni zamanda, Sinqapurda “Ağıllı Səhiyyə” ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır.

Səfər zamanı nümayəndə heyəti Tampinis rayonundakı yeni nəsil poliklinikaya baş çəkib. Poliklinikanın direktoru və ailə həkimi Sabrina Vi bildirib ki, pandemiyadan sonra tikilən bu tibb müəssisəsi vətəndaşlara ilkin tibbi yardımın multidisiplinar əsasda göstərilməsini təmin edir. Burada tətbiq olunan telemedisin xidməti (məsafədən tibbi məsləhət və müalicə imkanları) xüsusilə yaşlı və fiziki məhdudiyyətli şəxslər üçün əlverişlidir. Agentliyin nümayəndələri tibb müəssisəsinin tiraj sistemi, gözləmə sahəsi, aptek, laboratoriya, konsultasiya kabineti, uşaqlar üçün immunizasiya otağı ilə tanış olublar.

Səfər çərçivəsində Z.Əliyev, həmçinin Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti qismində Sinqapurda keçirilən su idman növləri üzrə Dünya Çempionatının konqresində iştirak edib. Eyni zamanda, Dünya Çempionatında üzgüçülərimizin çıxış etdiyi yarışı izləyib, yarışdan sonra milli komanda üzvləri ilə ətraflı söhbət edib və onlara uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!