10 İyul 2024 16:57
602
İQTİSADİYYAT
A- A+
Azərbaycan nümayəndə heyəti Niderlandın aqrar təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub

Azərbaycan nümayəndə heyəti Niderlandın aqrar təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub

 

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Niderland Krallığına səfər çərçivəsində bu ölkənin aqrar təhsil müəssisələrinin, kənd təsərrüfatı şirkətlərinin və aparıcı təsərrüfatlarının fəaliyyəti ilə tanış olub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Azərbaycan nümayəndə heyəti əvvəlcə Niderlandın kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış peşə-ixtisas təhsili müəssisəsi olan AERES kənd təsərrüfatı məktəbinin maddi-texniki bazasına baş çəkib. Bildirilib ki, məktəbdə bakalavr və magistratura, peşə təhsili üzrə 100-ə yaxın kurs və təlim proqramı mövcuddur. Bu təhsil müəssisəsində ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilmiş aqrar sahə üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Kurs və təlim proqramının iştirakçıları burada bitkiçilik, meyvəçilik və heyvandarlıq sahəsində zəruri peşə vərdişlərinə, bilik və bacarıqlara yiyələnirlər.

Görüşdə aqrar təhsilin təşkili, AERES ilə Azərbaycanın təhsil müəssisələri arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan nümayəndə heyəti Niderland Quşçuluq Mərkəzinə baxış keçirib, quş əti və yumurtaların çeşidlənməsi prosesini izləyib. Həmçinin ölkədə quşçuluğun inkişafı istiqamətləri, bu sahədə əməkdaşlıq imkanları yerli mütəxəssislərlə müzakirə edilib.

Nümayəndə heyəti yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan, dünyada kənd təsərrüfatı sahəsində kadr hazırlığına görə xüsusi reytinqə sahib olan Wageningen Universitetini də ziyarət edib, ali təhsil müəssisəsində tədrisin təşkili prosesi ilə maraqlanıb. Sağlam qida və ətraf mühit prinsiplərinə xüsusi diqqət yetirildiyini deyən universitet rəhbərliyi tədris metodikası, elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib, ali təhsil müəssisəsində səfər iştirakçıları üçün istixana bağçılığı, bitkiçilik və toxum yetişdirmə texnologiyaları ilə bağlı təqdimatlar keçiriblər.

Görüş zamanı Wageningen Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayının artırılması, tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb, bu sahədə birgə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlinib.

Müasir istixana bağçılığı üzrə ixtisaslaşan Dünya Bağçılıq Mərkəzinə (World Horti Center) baş çəkən səfər iştirakçıları bu sahədə tətbiq olunan innovasiyalar, istixana sistemində tətbiq olunan innovativ işıqlandırma texnologiyası ilə tanış olublar.

Azərbaycan nümayəndə heyəti üçün “Signify” şirkəti tərəfindən istixanaların elektrik enerjisi ilə təmin edilməsi ilə bağlı təqdimat keçirilib.

Nümayəndə heyəti bağçılıq sahəsi üzrə ixtisaslaşmış məsləhət bürosunu da (Looije Agro Technics) ziyarət edib, Azərbaycanda mövcud olan istixana komplekslərinin müasirləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Niderlandlı mütəxəssislər müasir istixanaların qurulması və idarə olunması ilə bağlı Azərbaycandakı tərəfdaşlarına kömək etməyə hazır olduqlarını bəyan ediblər.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində gülçülük və toxumçuluq təsərrüfatlarına da baxış keçirib, burada tətbiq edilən müasir becərmə texnologiyaları ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:10
09 Fevral

Könül dünyamıza açılan qapılar

09:05
09 Fevral

Yeni transfer rekordu

09:00
09 Fevral

Dünya reytinqində ikincidir

08:55
09 Fevral

Yankoviç də gedir?

08:50
09 Fevral

FIFA agenti legioner limiti ilə bağlı qərarı dəstəklədi

08:45
09 Fevral

"Qapılar bağlanır, növbəti stansiya..."

08:40
09 Fevral

Rusiya indi də şantaj yolunu tutub

08:35
09 Fevral

"Rusiyanın təyyarə qəzası ilə bağlı mövqeyi təəssüf doğurur"

08:30
09 Fevral

Ermənistan Avropa İttifaqının "müşahidə missiyası"ndan çəkinməlidir

08:25
09 Fevral

Paşinyanın manipulyasiya cəhdləri

08:20
09 Fevral

Ermənistan hakimiyyəti narahatdır

08:15
09 Fevral

Siyasi riyakarlığın mərkəzinə çevrilmiş qurumun sonu

08:10
09 Fevral

"Yaşıl məqsəd"ə doğru

08:05
09 Fevral

"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"

08:00
09 Fevral

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 fevral tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:46
09 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 fevral 2025-ci il tarixli 38 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:45
09 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 fevral 2025-ci il tarixli 39 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:44
09 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:43
09 Fevral

Azərbaycan güləşçiləri reytinq turnirində daha 2 medal qazanıblar

23:38
08 Fevral

Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb  

22:58
08 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!