Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib
Rəqiblər top-millilər olmasalar da, ortabab, yaxşı komandalardır. Bunu “Report”a açıqlamasında, Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət komandasının baş məşqçisi İlham Yadullayev Avropa çempionatının 2024/2025 mövsümünün püşkünü dəyərləndirərkən deyib.
Mütəxəssis 6-cı qrupda Macarıstan, Yunanıstan və Rumıniya ilə mübarizə aparacaq U-17-nin rəqibləri haqqında danışıb: “Püşkü onlayn şəkildə izlədim. Birinci səbətdən Macarıstan, ikincidən Yunanıstan, üçüncüdən isə Rumıniya çıxdı. Biz də dördüncü səbətdə idik. Axtarışdayıq, rəqiblərin oyunlarını tapıb təhlil etmək niyyətindəyik. Bu yaşda yığmaların qarşılaşmalarının videoyazısını əldə etmək çətindir. Yalnız Macarıstanın oyunlarından birini tapmışdım, tam izləməsəm də, nəticəni öyrənmişdim. Səhv etmirəmsə, martda və ya apreldə Norveç yığmasına məğlub olmuşdular. Əlbəttə, digər rəqiblərin də oyunlarını tapıb baxacağıq. Qarşıda təlim-məşq toplanışlarımız olacaq. Səhv etmirəmsə, mayın 8-də oyunların hansı ölkədə keçiriləcəyi və təqvimi müəyyənləşəcək”.
İ.Yadullayev çatışmayan cəhət kimi U-17-nin beynəlxalq turnirlərdə tez-tez iştirak etməməsini göstərib: “Rəqiblərin əsas komandalarının hansı səviyyədə olduğunu bilirik. Yəqin ki, aşağı yaş qruplarından ibarət yığmaları da pis olmaz. Çünki Avropada müxtəlif beynəlxalq turnirlərdə və yoldaşlıq görüşlərində iştirak edirlər. Bizim isə çatışmayan cəhətlərimizdən biri belə turnirlərə az qatılmağımızdır. Bu, klublar səviyyəsində də olsa, uşaqlar yaxşı inkişaf edər, çox təcrübə toplayarlar”.
Baş məşqçi millinin növbəti toplanışa xarici ölkələrdə çıxış edən futbolçuları da dəvət edəcəyini söyləyib: “İki dəfə Belarusda toplanışda olduq. Xaricdə oynayan uşaqlar var. İlk toplanışa Almaniyadan iki, İsveçdən bir nəfər gəlmişdi. Bundan əlavə, Rusiyada olan uşaqları dəvət etmişdik. Bildiyiniz kimi, Barselonadakı futbol məktəbində 2008-2009 təvəllüdlü 15 futbolçumuz var. İkinci toplanışa həmin məktəbdən 5 nəfər dəvət etmişdik. Bir futbolçumuz Serbiyanın “Srvena Zvezda” klubunda çıxış edir, onu da çağırmışdıq. Çalışırıq ki, heç kimi nəzərdən qaçırmayaq və hamını təlim-məşq toplanışlarına çağıraq. Sonda kimlər istədiyimiz oyunu göstərəcəksə, əsas turnirə də onları dəvət edəcəyik”.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yazıçının əbədiyyət ünvanı
18 May
Qeyri-neft-qaz məhsulları ixracında artım dinamikası yüksəkdir
18 May
Aleksandr LUKAŞENKO: "Torpaqlarınızı qaytarmağınız və dirçəltməyiniz əsrlərboyu yaddaşlarda qalacaq"...
18 May
COP29 həm də sülhə çağırış tədbiri olacaq
18 May
Laçın dünən və bu gün
18 May
İlham Əliyevin qurduğu yeni Laçın
18 May
Sərhədlərin delimitasiyası sülhlə bağlı nikbinliyi artırır
18 May
Delimitasiya region üçün xüsusi əhəmiyyət kəsb edir
18 May
Belarus daim Azərbaycanın yanında olduğunu nümayiş etdirir
18 May
Paris Azərbaycana qarşı gülünc doğuran addımlar atır
18 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!