22 May 2025 21:00
699
SİYASƏT
A- A+
Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanır

Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanır


Azərbaycanla Macarıstan arasındakı əlaqələr strateji tərəfdaşlığa, tarixi köklərə, ortaq dəyərlərə və geniş əməkdaşlıq imkanlarına əsaslanır. Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri də göstərdi ki, əlaqələr həm tarixi və mədəni bağlar çərçivəsində, həm də müasir beynəlxalq münasibətlər sistemində birgə maraqlara əsaslanaraq inkişaf edir.

Hər iki dövlət açıq dənizlərə birbaşa çıxışı olmayan, oxşar əhali sayına və ərazi ölçüsünə malikdir, həmçinin müharibə aparan ölkələrlə həmsərhəddir. Bu ümumi xüsusiyyətlər Azərbaycan və Macarıstanı bənzər geosiyasi və təhlükəsizlik çağırışları kontekstində yaxınlaşdırır, həm də əməkdaşlığın möhkəmlənməsini stimullaşdırır. Dövlətimizin başçısının bəyanatında vurğuladığı kimi, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır.

Postmüharibə dövründə Azərbaycanın nümayiş etdirdiyi sülh təşəbbüsləri beynəlxalq müstəvidə, o cümlədən Macarıstan tərəfindən təqdir olunur. Məlumdur ki, sülh müqaviləsinin ilkin mətninin müəllifi Azərbaycandır  və bu, Ermənistan tərəfindən qəbul edilib. Ölkəmizin irəli sürdüyü iki əsas şərt isə sülh müqaviləsinin imzalanması üçün zəruri hesab olunur. Birinci şərt Ermənistan konstitusiyasında bu günə qədər qalmaqda olan və Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən müddəanın ləğv edilməsidir. Bu, sülhə aparan yolun hüquqi əsaslarını möhkəmləndirmək baxımından vacibdir. 

İkinci şərt isə Qarabağ münaqişəsini danışıqlar yolu həll etmək üçün vaxtilə yaradılmış, lakin faktiki olaraq fəaliyyətsiz qalmış ATƏT-in Minsk qrupunun de-yure ləğv olunmasıdır. Bu şərtlər ədalətli, hüquqa əsaslanan və regional sabitliyə xidmət edən yanaşmanı əks etdirir. Son illərin geosiyasi prosesləri göstərir ki, bu reallıqlar fonunda qarşı tərəf həmin tələblərlə razılaşmağa məcbur qalacaq. Çünki təqdim edilən şərtlər qeyri-real və ya birtərəfli deyil, davamlı və ədalətli sülh üçün rasional əsaslardır.

Azərbaycan ilə Macarıstanı ortaq mədəni-siyasi dəyərlər birləşdirir. Macar xalqının öz qədim tarixini qoruyub saxlaması onun türk dünyasına münasibətində də əksini tapır. Bu baxımdan Macarıstanın təşəbbüsü ilə Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi rəmzi mənaya və strateji əhəmiyyətə malik addımdır. Macarıstanın TDT ilə fəal əməkdaşlığı onun türk dünyasına bağlılığının göstəricisidir. Ötən il Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşünün davamı olaraq Macarıstanın bu il ikinci belə toplantıya ev sahibliyi etməsi təşkilat daxilindəki birlik və həmrəyliyi təcəssüm etdirir. Bu təşəbbüslər türk dövlətlərinin gələcəkdə daha sıx inteqrasiyasına şərait yaradır və Macarıstanın bu proseslərdə fəal iştirakını şərtləndirir.

Macarıstanın milli maraqlara əsaslanan qərarları və prinsipial mövqeyi onun suveren iradəsinin bariz ifadəsidir. Rəsmi Budapeştin öz mövqeyini açıq şəkildə ortaya qoyması onun dövlətçilik ənənələrinə və xalqın iradəsinə sadiqliyindən irəli gəlir. Məhz bu xüsusiyyətlərinə görə Prezident İlham Əliyevin Macarıstanı müstəqil siyasət yürüdən nadir dövlətlərdən biri kimi dəyərləndirməsi xüsusi əhəmiyyət daşıyır və strateji əməkdaşlıq baxımından yüksək dəyərləndirilir.

Macarıstanla qurulmuş qarşılıqlı etimada əsaslanan əlaqələr, siyasi dialoqun intensivliyi və iqtisadi-ticari əməkdaşlığın dinamikası iki ölkə arasında strateji tərəfdaşlığın önəmini göstərir. Dövlətimizin başçısının Macarıstana səfəri bu tərəfdaşlığın gələcək illərdə daha da möhkəmlənəcəyinə və yeni inkişaf mərhələsinə qədəm qoyacağına dəlalət edir. 


Mahir SÜLEYMANLI,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini açıqlayıb  

11:36
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

11:26
27 İyun

Aktauda yeni konteyner habı Xəzər üzərindən Çin-Avropa marşrutunu gücəndirəcək

11:19
27 İyun

Konqoda Ebola virusuna yoluxma sayı 1203-ə çatıb

11:03
27 İyun

BMT: Sudan yeni humanitar fəlakətin astanasındadır

10:59
27 İyun

SEPAH regiondakı ABŞ hədəflərinə zərbələr endirib

10:57
27 İyun

Hava şəraiti qeyri-sabit keçir: ən çox yağıntı Sarıbaşa düşüb – Faktiki hava

10:39
27 İyun

Misir ilk dəfə futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb  

10:39
27 İyun

Dünya çempionatı: Yeni Zelandiyaya qalib gələn Belçika qrupunu birinci sırada başa vurub

10:17
27 İyun

Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq

10:09
27 İyun

DÇ-2026: İspaniya qrup lideri kimi pley-offa yüksəlib

10:01
27 İyun

Kabo-Verde dünya çempionatında tarix yazıb

09:34
27 İyun

Avropada müşahidə olunan ekstremal istilər festival və konsert təşkilatçılarının planlarını dəyişir  

09:19
27 İyun

Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 920-yə çatıb

08:52
27 İyun

DÇ-2026: Seneqal İraqı darmadağın edib

02:21
27 İyun

Futbol üzrə dünya çempionatı: Fransa Norveçi məğlub edib

01:44
27 İyun

Silahı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub

22:53
26 İyun

Zelenski: Ukrayna Rusiyaya müharibənin sona çatması ilə bağlı təkliflər verib

22:17
26 İyun

Vitse-qubernator: Qarabağda uşaq bağçasının tikintisi Azərbaycanla dostluğun rəmzidir  

21:57
26 İyun

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

21:46
26 İyun

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

21:30
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!