Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
Aprelin 23-də Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə AİH-in Müşahidə Şurasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-cü ilin yekunları üzrə Fəaliyyət Hesabatı, əsas maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən AİH və Portfel şirkətlərinin korporativ idarəetməsinin qiymətləndirilməsi layihəsinin nəticələri, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyəti və strateji baxışı haqqında icmal hesabat, Portfel şirkətlərin büdcə tərtibi, təsdiqi və nəzarəti qaydaları və digər cari məsələlər ətraflı müzakirə olunub.
İclasda Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin məruzələri dinlənilib.
İclasın yekununda AİH-in Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Turizmin əhəmiyyəti
27 Iyul
Qəbələdə turizm infrastrukturu genişlənir
27 Iyul
Azərbaycan qazının Türkiyəyə tədarükü avqust ayında müvəqqəti dayandırılacaq
27 Iyul
Səfir: Azərbaycanla Niderland su problemlərinin idarə edilməsi mövzusunda bənzər sistemlərə malikdir...
27 Iyul
BMT nümayəndəsi: Azərbaycan beynəlxalq səviyyədə Vahid Sağlamlıq yanaşmasının tətbiqi sahəsində gücl...
27 Iyul
Sülh sazişini imzalamağın vaxtı çatıb
27 Iyul
Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən info...
27 Iyul
Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsinə dair Komissiyan...
27 Iyul
Ertuğruloğlu: Azərbaycan, Türkiyə və ŞKTC bir-birilərini dəstəkləməli, ümumi maraqları müdafiə etməl...
27 Iyul
"Azərbaycan Respublikası Hökuməti il ə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əm...
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!