16 May 2023 11:10
769
Mədəniyyət
A- A+
Azərbaycan incəsənəti dekadası

Azərbaycan incəsənəti dekadası

 

... Biz öz varlığımızı yalnız mədəniyyət ilə sübut edə bilərik, çünki mədəniyyət və incəsənət ən böyük informasiya mənbəyidir". 

Üzeyir bəy Hacıbəyli

 

Qədim tarixə malik Azərbaycan xalqının mədəniyyəti və incəsənəti Qafqazda, Orta Asiyada və Yaxin Şərq ölkələrində böyük şöhrət qazanmışdı. 
27 mart 1938-ci ildə Moskvaya yola düşən 700 nəfərlik böyük incəsənət qrupu  Azərbaycan xalqının sayılıb-seçilən musiqi mədəniyyətinin nümayəndələri idi. Onların arasında xalq aşıqları, gözəl səsli xanəndə qızlar, Azərbaycan operasının banisi və səhnəmizə "Koroğlu" kimi şah əsər vermiş Üzeyir bəy Hacıbəyli, onun yetişdirdiyi gənc  bəstəkarlar, xor ifaçıları, çalğıçılar var idi.
Azərbaycan incəsənət dekadası ictimai həyatımızda böyük bir hadisəyə çevrilmişdi. Ukrayna, Gürcüstan, Özbəkistan və Qazaxıstan öz ustalıqlarını artıq Moskva səhnəsində  göstərmişdilər. Azərbaycan nümayəndə heyəti, incəsənət ustaları isə bu respublikaların  bədii mədəniyyətinin  zənginləşmə ənənəsini davam etdirirdi.
Azərbaycan incəsənət dekadasının iştirakçıları 60 yaşlı zurnaçı Ağabaladan başlayaraq 5 yaşlı Nazlıya qədər hamı, martın 30-da axşam xüsusi qatarla Moskvaya çatdılar.
Azərbaycan SSR Xalq komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi SSRİ-nin paytaxtında dekada münasibətilə xüsusi sərgi təşkil etdi. Sərgidə Azərbaycan Teatr incəsənətinin inkişafı əks etdirilirdi. Burada maraqlı materiallar var idi. Dekada ilə əlaqədar olaraq M.F.Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrının proqrama daxil edilmiş tamaşaları haqqında 4 kitab buraxıldı. Bu kitablarda bəstəkar R.M.Qliyerin "Şahsənəm", M.Maqomayevin "Nərgiz", Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operası və "Arşın mal alan" musiqili komediyasının qısa məzmunu və bu operalar üzərində görülən işlərdən bəhs edilirdi. Dekadanın  proqramına daxil edilmiş Azərbaycan Dövlət Filarmoniyasının konsertinə dair kitab da işıq üzü görmüşdü. Bu kitabda bəstəkar Üzeyir bəy Hacıbəylinin Azərbaycanda birinci dövlət xalq xor dəstəsi haqqında məqaləsi, dövlət rəqs ansamblı və xalq rəqsi haqqında Q.Almaszadənin maraqlı yazısı, Azərbaycan Dövlət Konservatoriyasının elmi-tədqiqat kabinetinin rəhbəri Bülbülün musiqili folklor haqqında və başqa məqalələr çap edilmişdi. Bura həmçinin aşıq yaradıcılığına dair yazılar da daxil edilmişdi. Ümumiyyətlə, bu kitablar Azərbaycan musiqi  incəsənətinin tərəqqisini əks etdirirdi.
Aprelin 2-də SSRİ-nin Böyük Akademik Opera Teatrının filialında Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasının ictimai baxışı olmuşdur. Tamaşada Moskvanın musiqi ictimaiyyəti iştirak edirdi. Operaya gənc dirijor Əşrəf Həsənov dirijorluq edirdi. Qeyd edək ki, tamaşa bu gənc dirijorun diplom işi idi. Aprelin 3-də Moskva Konservatoriyasında Əşrəf Həsənova diplom verildi.
Azərbaycan musiqi mədəniyyətinin böyük bayramına  çevrilən  incəsənət dekadası aprelin 5-də başladı. Böyük Opera və Balet  Teatrının səhnəsi Azərbaycan incəsənətinin canlı və möhtəşəm mənzərəsini əks etdirirdi.
Birinci olaraq Azərbaycan Dövlət Opera və Balet Teatrı "Koroğlu" operasını nümayiş etdirdi. Dillərdə əzbər olan qəhrəmanlıq eposu  "Koroğlu"nun dərin məzmunu, ahəngdar musiqisi, gözəl quruluşu,  kütləvi  səhnələri, opera ifaçılarının məharəti paytaxt sakinləri tərəfindən alqışlarla qarşılandı. Əsər Moskva tamaşaçılarına 4 dəfə  göstərildi. Daha sonra R.Qliyerin xalq dastanı əsasında yazdığı "Şahsənəm" operası da böyük müvəffəqiyyət qazandı. Şən musiqili komediya "Arşın mal alan" Azərbaycan xalqının  incəsənət dühasının daha bir xüsusiyyətini - onun çox qiymətli şən yumor hissinə malik olmasını Moskva tamaşaçılarına göstərdi. Dekadanın 4-cü günü M.Maqomayevin "Nərgiz" operası özünün aktuallığı və musiqinin çoxsəsli olması etibarilə diqqəti daha çox cəlb etdi. Bundan əlavə, milli musiqi alətləri ilə notlu orkestrin birləşməsindən əmələ gələn böyük dəstənin çıxışı, aşıqların, xor dəstəsinin ifaları, qadın rəssamlarımızdan Reyhan Topçubaşovanın eskizləri əsasında Nuxa və Qarabağ geyimlərinin nümayişi, bu  geyimlərdəki bəzəklərin, xəncər, gümüş toqqa va s. kimi digər aksessuarların tamaşaçılara göstərilməsi də əsl incəsənət meydanını xatırladırdı.
On gün davam edən bu dekada Moskva sakinlərinə, incəsənət ustalarına, hökumət rəhbərlərinə Azərbaycan mədəniyyətinin necə böyük uğurlara imza atdığını nümayiş etdirdi.
Moskvada keçirilən Azərbaycan incəsənət dekadası Azərbaycan xalqının tarixinə, onun milli mədəniyyətinə aydın və parlaq səhifələrdən birini yazdı. 

Təranə HƏSƏNOVA,
Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin kiçik elmi işçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!