28 Aprel 2024 08:05
11300
SİYASƏT
A- A+
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir

Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir

 

Keçmiş ittifaqın süquta uğraması türk dünyasının yenidən əvvəlki möhtəşəm günlərinə qayıtması üçün tarixi fürsət yaratdı. Bu fürsəti zamanında dəyərləndirərək 1992-ci ildə yenicə müstəqillik qazanmış qardaş dövlətlər Türkcə Danışan Ölkələr Zirvəsinə toplaşdılar. 2009-cu ildə Türk Dövlətləri Təşkilatı yaradıldı. Həmin vaxtdan türk dövlətləri arasında münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoydu. Xüsusilə də Vətən müharibəsi dönəmində digər türk dövlətlərinin dəstəyini yaxından hiss etdik. 
Bu il aprelin 24-də Türk Dövlətləri Təşkilatının üzvü olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəldi. İki gün davam etmiş səfərə Qırğızıstandan xeyli sayda dövlət rəsmiləri qatılmışdı. Onların siyahısında siyasi, sosial və iqtisadi sferaları təmsil edən nazirlərin də olması onu deməyə əsas verir ki, səfərin gündəliyi çox zəngin olacaq.
Tarixə nəzər yetirəndə görürük ki, Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə əlaqələri həmişə geniş olub. Bütün türk dövlətləri ilə əməkdaşlığın daim inkişaf etdirilməsi respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə və ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Azərbaycanla Qırğızıstan arasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayında qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin may ayında Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başladı. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan-Qırğızıstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan bütün türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini getdikcə genişləndirir. Hər iki ölkənin məqsədi türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə yeni töhfələr verməkdir. 
Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır. Onların da əksəriyyəti 1937-ci ildə Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar. Tarixi yurdlarından uzaqda yaşamalarına baxmayaraq, Qırğızıstandakı azərbaycanlılar dil və adətlərini qoruyub saxlayırlar.
Aprelin 24-də Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü oldu. Görüşdən sonra Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirildi. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi oldu. 
İmzalanma mərasimi başa çatandan sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatında dedi: "Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir".
Qırğızıstan Prezidenti Sadır Japarov isə bəyanatında xüsusi olaraq vurğuladı: "Bu gün müxtəlif sahələrdə daha sıx fəaliyyətə yönəlmiş ikitərəfli sənədlər imzaladıq. İmzalanan sənədlər arasında Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında ortamüddətli perspektivdə ikitərəfli qarşılıqlı fəaliyyətin əsas yol xəritəsi qismində istifadə olunacaq əməkdaşlığın inkişafına dair beşillik kompleks proqramı ayrıca qeyd etmək istərdim. Həmçinin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişi qeyd etmək istərdim ki, bu, iki ölkənin təsərrüfat subyektlərinin qarşılıqlı iqtisadi fəaliyyətinin həyata keçirilməsində böyük əhəmiyyətə malikdir".
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən dövlət başçımız Ç.Aytmatovun yaradıcılığından  və fəaliyyətindən ətraflı danışıb. Azərbaycan və Qırğızıstan dostluğundan söz açan Azərbaycan Prezidenti deyib: "Əminəm ki, Qırğızıstan ilə Azərbaycanın, xalqlarımızın dostluğu və qardaşlığı əbədi olacaq".
Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli və Ağdam rayonlarına səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli və Ağdam şəhərlərinin erməni işğalçılarının dağıtdıqları yerlərinə baxıblar, şəhərlərin baş planıları ilə tanış olublar. Dövlət başçıları Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından məktəb binasının tikintisi iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisi oldu. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır. 
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri bir daha onu göstərdi ki, dövlət başçımız dünya səviyyəsində uğurlu xarici siyasət yürüdür. Aparılan məqsədyönlü siyasət Azərbaycanı beynəlxalq birliyin ən etibarlı və ən layiqli tərəfdaşına çevirib.  Bakı ilə Bişkek arasında əlaqələrin daha da inkişaf etməsi baxımından qarşılıqlı səfərlər çox əhəmiyyətlidir. Bütün bunlar nəticə etibarilə hər iki dövlətin milli maraqlarına xidmət edir. Azərbaycanın da, Qırğızıstanın da əsas məqsədi türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə layiqli töhfə verməkdir. Aparılan danışıq və imzalanan sənədlər göstərir ki, Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə qədəm qoyacaq, ölkələr arasındakı qardaşlıq və dostluq əlaqələri bundan sonra daha da möhkəmlənəcək. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavəndin Xanoba kəndinə ilk köç yola salınıb

11:52
14 Mart

Bakı Qlobal Forumu: “Mənzil məsələləri üzrə qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” - YENİLƏNİB  

11:51
14 Mart

Komitə sədri: Şəhərləşmə və mənzil problemləri qlobal dinamika ilə sıx bağlıdır  

11:49
14 Mart

Misli Premyer Liqasında XXIV tura iki oyunla start verilib

11:18
14 Mart

BMT-nin Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti: Əminəm ki, WUF13 böyük uğurla keçiriləcək  

11:11
14 Mart

“Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” kitabının təqdimatı olub  

11:07
14 Mart

Baş prokuror tələbələrə rəqəmsallaşma şəraitində sübut anlayışının transformasiyasından danışıb  

10:48
14 Mart

Bakıda keçirilən NATO-nun kursunda müxtəlif nəzəri və praktiki çalışmalar icra olunub  

10:36
14 Mart

Anar Quliyev: WUF13 mənzil və şəhərsalma məsələlərinin qlobal müzakirəsinə yeni imkanlar yaradacaq

10:28
14 Mart

Bakı Olimpiya Stadionu WUF13 çərçivəsində 40 əsas sessiyaya ev sahibliyi edəcək

10:19
14 Mart

Anaklaudia Rosbax: Dünyada 3 milyard insan qeyri-uyğun yaşayış şəraitində yaşayır  

10:12
14 Mart

UN-Habitat-ın rəhbəri: Şəhərlərin üzləşdiyi çağırışların ictimaiyyətə çatdırılması vacibdir 

10:01
14 Mart

ABŞ İranda əməliyyat başlayandan bəri 13 hərbçisini itirib

09:48
14 Mart

Əbdüləziz Kamilov: Özbəkistan və Azərbaycan yeni geoiqtisadi məkan formalaşdırır

09:46
14 Mart

Azərbaycan neftinin qiyməti 109 dolları ötüb

09:43
14 Mart

Azərbaycanın qadın güləşçisi Avropa ikincisi olub  

09:31
14 Mart

Bilmək istəyirəm

09:15
14 Mart

"Qayıt, sahmana sal bu kainatı!"

09:10
14 Mart

"Vətən pənahında yaxşı ki, varam!"

09:05
14 Mart

Azərbaycan memarlıq ənənələri - müasir çağırışlar

09:00
14 Mart

Bu günlər iməciliklərdə hamılıqla iştirak edirik

08:55
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!