22 Oktyabr 2024 08:10
229
SİYASƏT
A- A+
Azərbaycan ilə MDB dövlətləri arasında uğurlu əməkdaşlığın təsdiqi

Azərbaycan ilə MDB dövlətləri arasında uğurlu əməkdaşlığın təsdiqi


Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi mühüm nailiyyətdir


Bu gün Azərbaycanın xarici siyasətində MDB dövlətləri ilə əməkdaşlığın genişlənməsi açıq şəkildə müşahidə olunur. MDB çərçivəsində bütün istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edən əlaqələrimiz humanitar sahədə də əhəmiyyətli irəliləyişlərə səbəb olmuşdur. 

Xüsusilə mədəniyyət, idman, təhsil, elm və sosial sahələrdə əməkdaşlığımızın genişlənməsi bu əlaqələrin daha dərin və qarşılıqlı faydalı şəkildə inkişaf etdiyini göstərir. Bu dinamika Azərbaycanla MDB-nin iştirakçısı olan dövlətlər arasında əməkdaşlığın çoxşaxəli xarakterini daha da möhkəmləndirir.

Hər il MDB-yə üzv dövlətlərin şəhərlərindən biri MDB-nin mədəniyyət paytaxtı fəxri statusuna layiq görülür. Bu fəxri ad "Birliyin Mədəniyyət Paytaxtları" dövlətlərarası proqramı çərçivəsində şəhərlərin zəngin tarixi və mədəni irsinə diqqət çəkmək, onların potensialını nümayiş etdirmək məqsədi daşıyır. Azərbaycanın Qəbələ şəhəri 2013-cü ildə, Gəncə şəhəri isə 2017-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunmuşdu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının 8 oktyabr 2024-cü ildə keçirilən iclasında Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan üçün tarixi qərar oldu və Azərbaycanın artan beynəlxalq nüfuzunun birbaşa göstəricisi olmaqla yanaşı, onun mədəniyyətinə və irsinə göstərilən hörmətin parlaq bir ifadəsi və ölkəmizə olan etimadın təzahürüdür. Bu seçim, şəhəri beynəlxalq aləmdə daha yaxından tanıtmaq, onun bərpası və dirçəlişinə töhfə vermək üçün əvəzolunmaz bir fürsətdir.

Şərqi Zəngəzur bölgəsinin qədim Azərbaycan şəhərlərindən biri olan Laçın tarixən milli mədəniyyətimizin qiymətli daşıyıcısı olmuşdur. Şəhər təkcə milli irsimizin qoruyucusu kimi çıxış etmir, eyni zamanda zəngin folkloru, musiqisi və sənətkarlıq ənənələri ilə də geniş tanınır. Laçının bu unikal xüsusiyyətləri Azərbaycan mədəniyyətinin əsrlər boyu yaşamasına və inkişaf etməsinə böyük töhfə vermişdir. 

Laçın 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış və bu müddət ərzində demək olar ki, tamamilə dağıdılmışdır. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu şanlı qələbə qazanaraq, Laçın şəhərini azad etmişdir. Bu gün Laçın bərpa olunaraq yeni həyatla canlanmağa başlayıb. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi şəhərin mədəni dirçəlişini sürətləndirmək üçün mühüm bir addım olacaq. Bu status Laçının qədim və zəngin irsini bərpa etməklə yanaşı, onun əsrarəngiz təbiətini və unikal mədəni sərvətlərini beynəlxalq arenada daha geniş tanıtmaq üçün yeni imkanlar açacaq. Beləliklə də, şəhər regional və beynəlxalq miqyasda mədəni əlaqələrin mərkəzinə çevrilərək, öz potensialını daha da inkişaf etdirəcək.

Onu da qeyd etmək yerinə düşər ki, 2025-ci ildə III MDB Oyunlarına evsahibliyi hüququnun Azərbaycana verilməsi və Gəncə şəhərinin idman paytaxtı olaraq seçilməsi ölkəmizə olan etimadın daha bir göstəricisidir. Həmçinin MDB dövlət başçılarının Zirvə görüşündə COP29-un Azərbaycanda keçirilməsinə dəstək verilməsi ölkəmizin belə nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etmək gücünü bir daha təsdiqləyir.

Azərbaycanda keçiriləcək mədəni və idman tədbirləri MDB ölkələri arasında mədəni və humanitar əməkdaşlığı gücləndirərək, regional və beynəlxalq əməkdaşlığa əhəmiyyətli töhfə verəcək, həmçinin Azərbaycan mədəniyyətinin MDB məkanında yaxından tanıdılması və mədəni inteqrasiyanın gücləndirilməsi proseslərinin bir simvoluna çevriləcəkdir.


Ramin RZAYEV,

MDB PA DİMBİ Baki filialının müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!