28 Iyun 2024 20:38
225
CƏMİYYƏT
A- A+

Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

 

“Qayğı iqtisadiyyatı və sosial müdafiə: Qadınların səlahiyyətləndirilməsi, iş imkanları və rifahının təmin edilməsinin əsasları” mövzusunda I Beynəlxalq Konfrans çərçivəsində Mərakeş Krallığında səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) paytaxt Rabatda yerləşən baş qərargahında qurumun baş direktorunun müavini Abdelilah Benarafa ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Abdelilah Benarafa Azərbaycanın bu təşkilata üzvlüyü çərçivəsində fəaliyyəti və həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib, ailə məsələləri və sosial siyasət sahəsində də əməkdaşlığın inkişafında və birgə tədbirlərin keçirilməsində maraqlı olduqlarını vurğulayıb.

Baş direktorun müavini Beynəlxalq Konfransda fəal iştiraka görə nümayəndə heyətinə öz təşəkkürünü bildirərək, Azərbaycanın ICESCO-nun ən etibarlı tərəfdaşı olduğunu bildirib.

Bahar Muradova öz növbəsində İslam dünyasının birliyi və üzv ölkələrin ahəngdar inkişafına töhfələri ilə seçilən bu təşkilatın baş qərargahında olmaq və Dövlət Komitəsi ilə ICESCO arasında əməkdaşlıq haqqında müzakirə aparmaq imkanının yaradılmasından məmnunluğunu ifadə edib.

Bu təşkilatla Azərbaycan arasında əlaqələrin getdikcə daha çox sahələri əhatə etdiyini vurğulayan komitə sədri münasibətlərin bu səviyyədə inkişafında, faydalı və geniş məzmunlu olmasında Azərbaycanın Birinci vitse-prezidenti, ICESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna rolu barədə danışıb.

Görüş zamanı beynəlxalq təşkilatla Azərbaycan arasında əməkdaşlığın inkişafının təşviqi, əsasən sosial və humanitar sahələrin inkişafı, qadın və gənclərin bacarıqlarının artırılmasına dair fikir mübadiləsi aparılıb.

Həmçinin Şuşa şəhərinin 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin bu istiqamətdə fəaliyyətə böyük təkan verdiyi xüsusi vurğulanıb.

Tərəflər ICESCO ilə Azərbaycan arasında xüsusi münasibətlərin inkişaf istiqamətlərini də müzakirə ediblər.

Ətraflı
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video