Azərbaycanın milli aviadaşıyıcısı - AZAL yeni “Azal Club” loyallıq proqramını tətbiq edir.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat verir ki, “Azal Club” pərakəndə satış mağazaları şəbəkəsində alış-veriş zamanı, həmçinin müxtəlif növ xidmət mərkəzlərində bonus millərini toplamağa imkan verən pulsuz virtual loyallıq kartıdır.
Tərəfdaşlar şəbəkəsinə həmçinin məşhur restoranlar, mehmanxanalar, geyim, aksessuar və ətriyyat mağazaları, əyləncə mərkəzləri,”Booking.com”, “Rentalcars.com” və digər müxtəlif onlayn saytlardan təkliflər daxildir. Perspektivdə “Azal Club” tərəfdaşlıq şəbəkəsinin coğrafiyasını genişləndirəcək, buraya”Azərbaycan Hava Yolları”nın müntəzəm reyslər yerinə yetirdiyi şəhər və ölkələrdəki müxtəlif tərəfdaşlar da cəlb ediləcək.
Yeni loyallıq proqramı çərçivəsində toplanan milləri Azərbaycan aviadaşıyıcılarının - AZAL və “Buta Airways” aviaşirkətlərinin biletlərinə dəyişmək mümkün olacaq.
Bonus millərini aviabiletə dəyişərkən komissiya tutulmayacaq, həmçinin vergi, yığım tətbiq olunmayacaq və bilet alışı zamanı yerlərlə məhdudlaşmayacaq. Həmçinin “Azal Club” istifadəçiləri qazandıqları bonus millərini tətbiqdə birbaşa AZAL-Miles iştirakçısının hesabına köçürə və ya bonus millərini müxtəlif mal və xidmətlərə dəyişə biləcəklər.
AZAL proqramın tərəfdaş şəbəkəsinə qoşulmaq arzusunda olanları dəvət edir. “Azal Club” tərəfdaş brendinin davamlı marketinq dəstəyini və irəliləyişini təmin edəcək. Qeyd etmək lazımdır ki, AZAL-Miles proqramının 200 mindən çox istifadəçisi artıq potensial müştəri bazasının bir hissəsidir. Tərəfdaş şəbəkəsinə qoşulmaq üçün [email protected] elektron poçtuna ərizə göndərmək lazımdır.
“Azal Club” mobil əlavəsi vasitəsilə proqramda iştirakçı qismində qeydiyyatdan keçmək mümkündür. Yükləmək üçün keçidlər:
l Android: https://play.google.com/store/apps/details?id=az.azalclub
l Apple iOS: https://apps.apple.com/az/app/azal-club/id1459851221
Burada iştirakçılar cari balansı izləyə, həmçinin tərəfdaşların tam siyahısı, onların təqdim etdikləri kampaniyalar və təkliflərlə tanış ola biləcəklər.
“Azal Club” proqramı haqqında daha ətraflı məlumat almaq üçün *2002 telefon nömrəsi, [email protected] elektron poçtu və ya www.azalclub.az rəsmi saytı vasitəsilə müraciət edin.
“Azal Club” proqramı nədir və necə çalışır? Bu haqda hazırlanan tanıtım çarxını linkə daxil olaraq izləyə bilərsiniz: https://youtu.be/LT1bwSvWYik