25 Dekabr 2025 14:50
125
CƏMİYYƏT
A- A+
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Masallıda vətəndaşlarla görüşüb  

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Masallıda vətəndaşlarla görüşüb  


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov dekabrın 25-də Masallı rayonunda yerləşən Viləşçay su anbarının inzibati binasında Masallı, Yardımlı və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

ADSEA-dan AZƏRTAC-a bildirilib ki, qəbuldan öncə Agentliyin sədri Zaur Mikayılov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar.

Sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, suvarma kanallarının beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması, təmiri, içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş Prokurorluq mediada cinayət işinin guya yoxa çıxması ilə bağlı yayılan məlumatlara dair açıqlama yayıb  

16:07
25 Dekabr

Yerli mütəxəssislərin yaratdığı “Micro-SCADA” sistemi ilk dəfə “Xankəndi-1” yarımstansiyasında tətbiq olunub  

16:04
25 Dekabr

Kərkicahan qəsəbəsinin şagirdləri təhsillərini doğma yurdlarında davam etdirəcəklər  

16:03
25 Dekabr

Kərkicahanda bu ilin sonunadək 40, gələn il isə 280 ev təmir olunacaq  

16:01
25 Dekabr

Tarixi ədalətin və Qələbənin rəmzi - Xankəndi Zəfər parkı 

16:00
25 Dekabr

“Tərəqqi” medalı ilə təltif olunan alpinist: Vətən müharibəsindəki Zəfər mənə Everest yolunda ilham verdi  

15:48
25 Dekabr

Səfir: Bu il Çindən 57 mindən çox turist Azərbaycanı ziyarət edib  

15:47
25 Dekabr

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan  

15:44
25 Dekabr

Qarabağ və Şərqi Zəngəzurda biznesə dövlət dəstəyi sahibkarlığın inkişafına əlverişli şərait yaradır  

14:55
25 Dekabr

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Fəqiridən  

14:54
25 Dekabr

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımdan  

14:53
25 Dekabr

ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerarddan  

14:52
25 Dekabr

Belçika-Niderland Koordinasiya Şurasının nəzdində fəaliyyət göstərən təşkilatlardan  

14:51
25 Dekabr

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Masallıda vətəndaşlarla görüşüb  

14:50
25 Dekabr

Baş nazir Əli Əsədov AZAL təyyarəsinin qəzasının birinci ildönümündə həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib

14:43
25 Dekabr

Xocalının daha iki kəndinə 133 nəfər qayıdıb  

14:42
25 Dekabr

Ağdam şəhərində 1-ci və 3-cü yaşayış komplekslərində söküntü və şaquli planlaşdırma işləri başa çatıb  

14:41
25 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində daha bir təqsirləndirilən şəxs son söz çıxışını yekunlaşdırıb  

14:27
25 Dekabr

Məmmədbəyli kəndində daha 29 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:26
25 Dekabr

Qırımızı bazarda daha 37 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:25
25 Dekabr

Ağdamda yeni müəssisə inşa olunur - ildə 4 min dəst mebel və 6 min metal mebel aksesuarı  

14:23
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!