25 Dekabr 2025 15:47
527
İQTİSADİYYAT
A- A+
Səfir: Bu il Çindən 57 mindən çox turist Azərbaycanı ziyarət edib  

Səfir: Bu il Çindən 57 mindən çox turist Azərbaycanı ziyarət edib  


Humanitar mübadilələr Çin ilə Azərbaycan arasında ənənəvi dostluğun möhkəmlənməsində əsas rol oynayaraq ikitərəfli münasibətlərin uzunmüddətli inkişafı üçün möhkəm zəmin yaradır.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey ötən il Çin-Azərbaycan münasibətlərinin inkişafının yekunlarına həsr olunmuş brifinq zamanı bildirib.

Diplomatın sözlərinə görə, davamlı dövlətlərarası münasibətlərin əsası xalqlar arasında yaxınlıqdır, bu yaxınlığın bünövrəsi isə qarşılıqlı anlaşmadır. Ötən il ərzində Çin ilə Azərbaycan arasında mədəniyyət, təhsil, turizm və digər sahələrdə mübadilələr fəal və səmərəli xarakter daşıyıb.

Lu Mey xatırladıb ki, bu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində iki dövlət başçısının iştirakı ilə ÇXR və Azərbaycan Respublikası hökumətləri arasında ümumvətəndaş pasportu olan vətəndaşlar üçün qarşılıqlı olaraq vizalardan azad edilməsi haqqında Saziş imzalanıb. Vizasız rejimin tətbiqi nəticəsində iki ölkə arasında turizm mübadilələrində davamlı artım müşahidə olunur.

Bu ilin yanvar-oktyabr aylarında Çindən Azərbaycanı 57 mindən çox turist ziyarət edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən təxminən 50% çoxdur. Səfirin sözlərinə görə, bu, iki ölkənin xalqları arasında qarşılıqlı anlaşmanın dərinləşməsi və təmasların genişləndirilməsi üçün əlverişli şərait yaradır.

Azərbaycanda, xüsusilə gənclər arasında Çin dili və mədəniyyətinə marağın durmadan artması qeyd edilib. Getdikcə daha çox Azərbaycan Universiteti Çin dili kurslarını öz təhsil proqramlarına daxil edir. Qarşılıqlı səfərlərdə və mübadilələrdə iki ölkənin universitetləri, analitik mərkəzləri, media və mədəniyyət təşkilatları fəal iştirak edir, regional əməkdaşlıq və ictimai dialoq platformaları genişlənməyə davam edir.

Çıxışda gənclər əməkdaşlığının əhəmiyyətinə xüsusi diqqət yetirilib. Lu Mey gənclərin dövlətin iqtisadi və sosial inkişafının əsas hərəkətverici qüvvəsi və gələcəyinin ən vacib resursu olduğunu vurğulayıb. O qeyd edib ki, Çin gəncləri ölkənin innovativ inkişafında fəal iştirak edir və süni intellekt, bərpaolunan enerji və robototexnika kimi sahələrdə aparıcı rol oynayır. Səfirin sözlərinə görə, gənclər həm də Çin-Azərbaycan münasibətlərinin gələcəyidir. Çin tərəfi dostluq və qarşılıqlı etimadın nəsildən-nəslə ötürülməsinə töhfə verərək iki ölkənin gəncləri arasında mübadilələri bundan sonra da gücləndirməyə hazır olduğunu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib 

17:36
03 Aprel

Zelenski və Roma Papası “Pasxa eskalasiyası” haqqında

17:31
03 Aprel

Küveytdə elektrik enerjisi stansiyasına hücum olub

17:19
03 Aprel

Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir  

17:09
03 Aprel

Azərbaycan və Efiopiya arasında investisiya əməkdaşlığı genişlənir  

16:58
03 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında  

16:52
03 Aprel

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!