01 Avqust 2025 12:47
571
SİYASƏT
A- A+
Azərbaycan dili – millətin ruhunun və düşüncəsinin aynasıdır

Azərbaycan dili – millətin ruhunun və düşüncəsinin aynasıdır

Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti, tarixi yaddaşı və mədəni kimliyinin daşıyıcısıdır. Bu dəyərli irsin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu səbəbdəndir ki, hər il 1 avqust tarixi ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Bu əlamətdar günün qeyd olunması Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli sərəncamı ilə təsdiqlənmişdir. Həmin sərəncamda Azərbaycan dilinin inkişaf etdirilməsi, ədəbi dil normalarının qorunması və latın qrafikalı yeni Azərbaycan əlifbasının tətbiqinin sürətləndirilməsi məsələləri xüsusi vurğulanır. Bu addım həm də Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində mühüm bir mərhələ olmuşdur.

Azərbaycan dili zəngin fonetik, qrammatik və leksik quruluşa malik olmaqla, əsrlər boyu xalqımızın düşüncə tərzini, həyat tərzini, dünya görüşünü ifadə etmişdir. Bu dil Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və digər böyük söz ustadlarının əsərlərində özünün ən gözəl və ən parlaq ifadəsini tapmışdır.

Hələ dövlətimizin müstəqilliyindən öncə Azərbaycan dili uzun illər təsir və təzyiqlərə məruz qalmış, sıxışdırılmış, dilimizin inkişafına məhdudiyyətlər qoyulmuşdur. Ötən əsrin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilib. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. 

Bütün bu məhdudiyyətlərə baxmayaraq Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa çalışmış və buna nail olmuşdur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. Heydər Əliyevin sayəsində 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Bundan başqa, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. 

Latın qrafikalı yeni Azərbaycan əlifbasına keçid isə müasir mərhələdə dilimizin inkişafına mühüm töhfə vermişdir. 2001-ci ildən etibarən rəsmi sənədlər, dərsliklər və çap məhsulları tam şəkildə latın qrafikalı əlifbaya uyğunlaşdırılmışdır. Bu proses Azərbaycan xalqının milli kimliyinə və müstəqilliyinə bağlılığının bariz nümunəsidir.

Ana dilimizin qorunmasında çox böyük və uğurlu addımlar atan Ulu Öndər Heydər Əliyevin siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Ölkə başçısının tələbi və diqqəti nəticəsində “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. Prezident İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. 

Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın milli kimliyinə, dilinə və mədəniyyətinə olan dərin ehtiramın təzahürüdür. Bu əlamətdar gün hər bir Azərbaycan vətəndaşının ana dilinə sevgi ilə yanaşmasının vacibliyini bir daha xatırladır. Azərbaycan dili – millətin ruhunun və düşüncəsinin aynasıdır.

Pərvanə VƏLİYEVA,

Milli Məclisin deputatı




Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında

01:55
08 Yanvar

"Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:54
08 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında

01:53
08 Yanvar

BİLDİRİŞ

01:53
08 Yanvar

Rubio: ABŞ-ın Venesuela ilə bağlı üç mərhələli planı var  

23:51
07 Yanvar

Rubio: Venesuela rəhbərliyi ələ keçirilən neft tankeri ilə bağlı bizimlə əməkdaşlıq edir  

23:41
07 Yanvar

Güləş üzrə Azərbaycan çempionatına start verilib  

22:24
07 Yanvar

Ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələri üçün getdikcə daha praktik marşruta çevrilir  

22:21
07 Yanvar

Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub

21:52
07 Yanvar

Türkiyəli politoloq: Ermənistanla paraflanmış sülh sazişi Azərbaycanın regional sabitlik və investisiya cəlbediciliyini gücləndirəcək  

20:43
07 Yanvar

Böyük Britaniya neft tankerinin ələ keçirilməsində ABŞ-a dəstək verib  

20:14
07 Yanvar

ABŞ beynəlxalq sularda Venesuelaya bağlı olduğu deyilən 2 neft tankerini ələ keçirib  

19:39
07 Yanvar

Tramp: ABŞ olmasa, Rusiya və Çinin NATO-dan qəti qorxusu olmaz  

19:23
07 Yanvar

Çinin neft emalı zavodları Venesuela neftini İran nefti ilə əvəz edəcək  

19:21
07 Yanvar

İtaliyalı politoloq: Trans-Xəzər marşrutunun möhkəmləndirilməsi və Orta Dəhlizin inkişafı Bakını etibarlı tərəfdaş kimi möhkəmləndirir  

19:13
07 Yanvar

Dünya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir 

19:02
07 Yanvar

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

18:46
07 Yanvar

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

18:43
07 Yanvar

Volodimir Zelenski: Ukrayna tərəfdaşlarla təhlükəsizlik zəmanətlərini müzakirə edir

18:29
07 Yanvar

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

18:07
07 Yanvar

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib  

17:53
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!