26 Dekabr 2024 08:30
132
SİYASƏT
A- A+
Azərbaycan D-8 zirvəsində 

Azərbaycan D-8 zirvəsində 


Gündən-günə inkişaf edən Azərbaycan dünya ölkələri və beynəlxalq təşkilatlarla əlaqələrini daha da sıx şəkildə qurmağa, qarşılıqlı əməkdaşlığa çalışır. Çünki qarşılıqlı əməkdaşlıq və dostluq şəraitində yaşamaq bütün ölkələrə böyük uğurlar gətirir. 

Demək olar ki, bu gün ölkəmiz dünyanın aparıcı və inkişaf etmiş dövlətləri ilə, həmçinin bir çox nüfuzlu beynəlxalq iqtisadi və siyasi təşkilatla əməkdaşlıq edir. Bu isə Azərbaycanın həm iqtisadi gücünü, həm də siyasi nüfuzunu beynəlxalq aləmdə gündən-günə artırır. Daim artan nüfuz və iqtisadi güc isə ölkəmizi dünyada və regionda söz sahibinə çevirir.

19 dekabr 2024-cü il də Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün ölkəmiz daha bir diplomatik uğura imza atdı. Misirin paytaxtı Qahirə şəhərində keçirilən səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammitində Azərbaycan Respublikası yekdilliklə təşkilatın üzvü seçildi. Bu barədə qərar, D-8 təşkilatının sıralarının ilk dəfə genişləndirilməsi kimi tarixə yazıldı. Sevincini yaşadığımız bu gün ölkəmizin müstəqillik tarixində beynəlxalq münasibətlər sahəsində çox əlamətdar bir hadisə kimi yadda qalacaq. Azərbaycanın D-8 təşklatına üzv olması ölkəmizin dünyada daim artan nüfuzunun daha bir göstəricisi oldu. Azərbaycanın belə nüfuzlu bir beynəlxalq təşkilata üzv qəbul edilməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir. COP29 kimi dünya əhəmiyyətli mötəbər bir beynəlxalq tədbirə uğurla, yüksək səviyyədə evsahibliyi etdikdən sonra Azərbaycanın D-8-ə üzv qəbul edilməsi dövlət başçımızın uzaqgörən və uğurlu xarici siyasətinin nəticəsidir.

1997-ci ildən indiyə qədər beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində vacib bir platforma olan D-8 "İslam Səkkizliyi" kimi tanınır. Təşkilata üzv olan ölkələr üç qitəni əhatə edir və ümumi daxili məhsulları (ÜDM) 4 trilyon ABŞ dollarını keçir. Üzv ölkələrin ticarət dövriyyəsi də xeyli yüksəkdir. Demək olar ki, 130 milyard dolları aşır. Təşkilata üzv olan ölkələrin əhalisinin sayı isə dünya müsəlmanlarının 60 faizini təşkil edir. Azərbaycanın belə bir nüfuzlu təşkilata üzv qəbul olunması, ölkəmizin iqtisadi potensialını artırmaqla yanaşı, həm də onun dünyada çox etibarlı tərəfdaş olduğunu göstərir.

Prezident İlham Əliyev 2017-ci ildə İstanbulda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə ilk dəfə fəxri qonaq kimi iştirak etmişdi. Həmin tarixdən başlayaraq Azərbaycan təşkilata inteqrasiyası istiqamətində davamlı işlər görmüş, zəruri addımlar atmışdır. Ötən illər ərzində təşkilata üzv olan dövlətlərlə sıx dostluq, qardaşlıq və qarşılıqlı əməkdaşlıq münasibətləri qurulmuş  və getdikcə möhkəmləndirilmişdir. Bu istiqamətdə atılan uğurlu addımlar nəticəsində Azərbaycan özünü əməkdaşlığa sadiq bir ölkə kimi göstərmiş, beynəlxalq münasibətlərə hazır olduğunu əməli işi ilə təsdiq etmişdir.

Ölkəmizin bu təşkilata üzv seçilməsi təkcə iqtisadi sahədə deyil, həm də təhlükəsizlik, sabitlik və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı baxımından da çox faydalıdır. Azərbaycanın D-8-ə üzvlüyünə qəbul olunması təşkilatın fəaliyyətinə yeni bir təkan verəcək, inkişafına müsbət təsir göstərəcək. Tarixə nəzər yetirəndə görürük ki, Azərbaycan təkcə bu gün deyil, elə əsrlər boyu Şərq ilə Qərb arasında etibarlı körpü rolunu oynayıb. İnanırıq ki, geosiyasi mövqeyi, güclü iqtisadi potensialı və dinamik inkişafda olan nəqliyyat infrastrukturu ilə Azərbaycan D-8 çərçivəsində üzv ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsinə və genişlənməsinə mühüm töhfələr verəcək. getdikcə beynəlxalq aləmdə nüfuzunu dahada artıracaq.  

Təşkilata üzvlüklə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan rəsmi Bakı D-8-in təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq: "Bu çərçivədə həmçinin geniş regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, islam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü eyni zamanda islam həmrəyliyinin möhkəmlənməsində, islam dəyərlərinin dünyada təbliğində və islamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq".

D-8 28 ildir ki, fəaliyyət göstərir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qoyulub. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. 28 il əvvəl yaradılan təşkilat bu günə qədər genişlənməyib. Yəni arxada qalan bu illər ərzində təşkilata yeni üzvlər qəbul olunmayıb. Necə deyərlər, həmişə olduğu kimi, Azərbaycan bu dəfə də ilkə imza atıb. İlk dəfə olaraq Azərbaycanın timsalında D-8-in tərkibi genişlənib. Bu, rəsmi Bakının regionda və beynəlxalq müstəvidə yaratdığı yeni geosiyasi reallıqların təzahürü olmaqla yanaşı, həm də Azərbaycanın qüdrətli və etibarlı tərəfdaş kimi qəbul edilməsinin nəticəsidir. Təşkilatın katibliyi Türkiyənin İstanbul şəhərində yerləşir. D-8 2020-2030-cu illər üçün qəbul edilmiş "Yol xəritəsi" əsasında fəaliyyətini davam etdirir. Təbiidir ki, ölkəmizin bu təşkilata üzv qəbul olunması D-8-in "Yol xəritəsi"ni daha da genişləndirəcək və tərəfdaş dövlətlərə böyük uğurlar qazandıracaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!