14 Noyabr 2024 08:05
102
SİYASƏT
A- A+
Azərbaycan COP29-a nümunəvi hazırlaşıb

Azərbaycan COP29-a nümunəvi hazırlaşıb


Azərbaycanın evsahibliyi ilə BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı davam edir. Digər beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla evsahibliyi etmiş Bakı bu dəfə də qonaqları layiqincə qarşılayır, konfransın keçirilməsində özünəməxsus nümunə yaradır. 

Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, Azərbaycanın COP29-a hazırlığı nümunəvidir. Yalnız yerli deyil, beynəlxalq qiymətləndirmə də göstərir ki, Azərbaycan həm sistemli, həm ünvanlı şəkildə konfransa hazırlıq həyata keçirib. Konfrans iqlim dəyişiklikləri ilə bağlı olsa da, ölkəmiz üçün bir sıra iqtisadi dividendlər gətirəcək. COP29 həm iştirakçılıq səviyyəsinə, həm də statusuna görə dünyanın ikinci ən böyük tədbiri hesab olunur. İştirakçılıq səviyyəsinə görə qlobal baxımdan ciddi rəqabət aparıla bilinəcək tədbirdir. Nəzərə alsaq ki, 70 mindən artıq iştirakçı olur, bu da ondan xəbər verir ki, tədbirin keçirildiyi günlər ərzində kifayət qədər nümayəndə heyəti ölkəyə səfər edəcək", - deyə o bildirib.

Deputat vurğulayıb ki, bu, turizm və xidmət sektorunun inkişafı baxımından da vacibdir. Turizm üçün bu müddət yalnız gəlirlərin artması deyil, həm də potensial olaraq gəlirin yüksəlməsinə xidmət edir. Çünki tədbir növbəti mərhələdə də ölkəyə daha çox turistin gəlməsinə təkan verəcək. COP29, eyni zamanda Azərbaycanın potensialının təqdim olunması baxımından da əhəmiyyətlidir. 

V.Bayramov bildirib ki, COP29 sayəsində Azərbaycana daha çox sərmayələr cəlb olunacaq: "Xüsusən cənab Prezident tərəfindən yeni dövrün yeni tələblərinə uyğun olaraq qeyri-neft sektoruna xarici investisiyanın cəlb olunması prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu baxımdan COP29 enerjidən kənar sektorlara sərmayənin cəlb edilməsinə töhfə verəcək. Digər vacib məqamlardan biri də COP29-dan sonra qarşılıqlı və birtərəfli müqavilələrin, anlaşmaların və birgə layihələrin həyata keçirilməsi ilə bağlıdır. Nəticə etibarilə konfrans fərqli ölkələr və şirkətlərlə daha çox layihələrin reallaşmasına və investisiya layihələrinin birgə fəaliyyətinin həyata keçirilməsinə zəmin yaradacaq. Ona görə də COP29 Azərbaycan üçün həm də iqtisadi dividendlərə malik tədbirdir". 

Deputat qeyd edib ki, COP bütövlükdə qeyri-neft sektorunun inkişafını stimullaşdıran tədbir hesab olunur.


Ə.QABİLQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Abdikərimov: Orta Dəhlizin regional və beynəlxalq səviyyədə əhəmiyyəti böyükdür  

11:22
14 Noyabr

COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub

11:17
14 Noyabr

Azərbaycanın idman gimnastları Daşkənddə bürünc medal qazanıblar  

11:12
14 Noyabr

Prezident İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

11:07
14 Noyabr

İsveçin iqlim fondlarına töhfəsi tənqidlə qarşılanıb  

11:02
14 Noyabr

Mərkəzi Bankın sədri: Biz yaşıl maliyyə üçün funksional ekosistem hazırlayacağıq  

10:57
14 Noyabr

ICESCO-nun Baş direktoru: Karbon emissiyalarını azaltmaq, ilk növbədə, ətraf mühit üçün vacibdir  

10:52
14 Noyabr

Nabrandan payız ətirli 

10:47
14 Noyabr

Dünya birjalarında neft ucuzlaşıb  

10:42
14 Noyabr

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib  

10:37
14 Noyabr

Azərbaycan neftinin bahalaşması davam edir  

10:32
14 Noyabr

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

10:27
14 Noyabr

AZPROMO-nun rəhbəri: Məqsədimiz qlobal keçidi sürətləndirməklə maliyyənin vacib rolunu gücləndirməkdir  

10:22
14 Noyabr

Prezident İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri ilə görüşüb YENİLƏNƏCƏK  

10:17
14 Noyabr

“ASAN xidmət” hamı üçün təhlükəsiz mühit təmin etmək məqsədilə yaşıl enerji ambisiyaları ilə nümunə olur  

10:12
14 Noyabr

Bakıda “ASAN xidmət”in təşkilatçılığı ilə “Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu” keçirilir  

10:07
14 Noyabr

COP29 çərçivəsində biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb  

10:02
14 Noyabr

Metyu Brayza: COP29 Azərbaycan tarixində böyük hadisədir  

09:57
14 Noyabr

Malayziya Enerji Komissiyasının baş icraçı direktoru: COP platformasını yüksək qiymətləndiririk  

09:52
14 Noyabr

İtaliyanın Valtellina vadisində 280 milyon illik fosil ekosistemi tapılıb  

09:47
14 Noyabr

Görmə zəifliyinin müalicəsində istifadə edilən süni kök hüceyrələr uğurlu nəticələr verib  

09:42
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!