02 Sentyabr 2026 15:52
439
İQTİSADİYYAT
A- A+
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Qlobal investorlar üçün strateji platforma

Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Qlobal investorlar üçün strateji platforma

Azərbaycan əlverişli coğrafi mövqeyi və iqtisadi sabitliyi ilə regionun cəlbedici investisiya mərkəzlərindən birinə çevrilib. Azərbaycanın Avropa və Asiya arasında yerləşən strateji mövqeyi beynəlxalq şirkətlər üçün ölkəni yalnız daxili bazar kimi deyil, həm də regional bazarlara çıxış platforması kimi cəlbedici edir. Şirkətlər Azərbaycanda istehsal imkanları yaratmaqla Mərkəzi Asiya, Cənubi Qafqaz və digər bazarlara daha səmərəli çıxış əldə edə bilərlər.

Ölkəmizin investisiya cəlbediciliyini şərtləndirən əsas amillərdən biri iqtisadi sabitlikdir. Ölkənin sabit iqtisadi mühiti investor etimadını gücləndirir. Azərbaycan investorlara güclü fiskal göstəricilər və iqtisadi siyasətlə dəstəklənən sabit və dayanıqlı iqtisadi mühit təqdim edir. Strateji valyuta ehtiyatları Azərbaycanın ümumi daxili məhsulunu üstələyir. Bu il avqustun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard 814,9 milyon dollar təşkil edib. Bu, ötən il avqustun 1-nə nisbətən 12,2 faiz çoxdur. Bu resurslar ölkənin makroiqtisadi sabitliyini daha da möhkəmləndirir.

Bu sabit makroiqtisadi mühitlə yanaşı, Azərbaycanda investorlar üçün yaradılan praktiki imkanlar da investisiya fəallığının artmasına şərait yaradır. Bu istiqamətdə Azərbaycanın investisiya mühitinin daha da gücləndirilməsi baxımından son dövrdə qəbul edilmiş qeyri-neft-qaz məhsullarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı fərman, sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Komissiyanın yaradılması haqqında normativ-hüquqi sənədlər xüsusi əhəmiyyət daşıyır. Bu sənədlər bir-birini tamamlayaraq investor və sahibkar üçün daha əlverişli biznes mühitinin formalaşdırılmasına, ixrac zamanı yaranan xərclərin azaldılmasına, maliyyə resurslarına çıxışın daha da asanlaşdırılmasına və strateji layihələrin daha çevik həyata keçirilməsinə xidmət edir. Bu isə Azərbaycanın həm yerli, həm də xarici investorlar üçün daha rəqabətqabiliyyətli və proqnozlaşdırılan investisiya məkanı kimi mövqeyini gücləndirir.

Yaradılmış bu imkanlar sırasında sənaye zonaları xüsusilə qeyd edilməlidir. Sənaye zonalarında sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur. Belə ki, sahibkarlara təşkilati dəstəklə yanaşı vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif olunur. Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Sənaye parklarında dövlət vəsaiti hesabına müasir və geniş infrastruktur təchizatı rezidentlərə hazır infrastruktura sürətli qoşulma” (“Plug & Play”) yanaşması əsasında təklif olunur. Dövlət vəsaiti hesabına yaradılmış müasir infrastruktur sahibkarlara öz vəsaitlərini birbaşa layihəyə investisiya olaraq yönəltmələrinə imkan yaradır.


Azərbaycan qlobal investisiyalar üçün yeni imkanlar açır


Bu istiqamətdə ölkənin investisiya imkanlarının beynəlxalq investorlar üçün təqdim edilməsi baxımından ötən il keçirilmiş Azərbaycan Beynəlxalq İnvestisiya Forumu mühüm əhəmiyyət daşıyıb. 2025-ci il sentyabrın 22–23-də Prezident İlham Əliyevin himayəsi altında keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu “Parçalanmış qlobal iqtisadiyyatda Şərq–Qərb, Şimal–Cənub əlaqələrinin gücləndirilməsi” mövzusuna həsr olunmuşdu. Forumun əsas məqsədi Azərbaycanın investisiya imkanlarını beynəlxalq investorlar qarşısında təqdim etmək, dövlət və özəl sektor arasında əməkdaşlığı daha da genişləndirmək, həmçinin yeni kapital və strateji tərəfdaşlıqlar üçün platforma yaratmaq idi. Forum çərçivəsində ümumi dəyəri 10 milyard dollardan çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb. Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə layihələrin dəyəri 7 milyard dollardan çoxdur. İmzalanmış sənədlər və formalaşan yeni tərəfdaşlıqlar forumun investisiya dialoqu üçün praktik platforma rolunu gücləndirdi.


Ölkəmiz yeni investisiya imkanlarının astanasında


Birinci forumun yaratdığı əməkdaşlıq mühiti və əldə olunan razılaşmalar fonunda Azərbaycan artıq növbəti Beynəlxalq İnvestisiya Forumuna hazırlaşır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu sentyabrın 25-26-də Bakıda keçiriləcək. Bu isə forumun birdəfəlik tədbir deyil, institusional xarakter alan və Azərbaycanın uzunmüddətli investisiya strategiyasının mühüm platformasına çevrilən genişmiqyaslı, strateji proqram olduğunu göstərir. Forum yeni layihələrin təqdimatını həyata keçirmək, regional əməkdaşlığı genişləndirmək və Azərbaycanın Şərq ilə Qərb arasında iqtisadi körpü rolunu praktik layihələr vasitəsilə nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.


Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun institusional əsasları da gücləndirilir


Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Forumun Təşkilat Komitəsi yaradılıb. Komitənin tərkibinə xarici işlər, maliyyə, mədəniyyət, daxili işlər, fövqəladə hallar, səhiyyə, ekologiya və təbii sərvətlər, rəqəmsal inkişaf və nəqliyyat, energetika nazirləri, eləcə də bir sıra dövlət qurumlarının rəhbərləri daxil edilib.

İqtisadiyyat Nazirliyi Təşkilat Komitəsinin Katibliyi funksiyasını həyata keçirəcək. Sərəncamda qeyd olunub ki, Azərbaycanın iqtisadi və investisiya potensialının beynəlxalq səviyyədə təşviqi, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması və ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsi dövlətin sosial-iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindəndir.

Beləliklə, Təşkilat Komitəsinin yaradılması forumun tədbirdən daha çox, Azərbaycanın investisiya siyasətinin beynəlxalq səviyyədə təqdimatına xidmət edən davamlı platformaya çevrilməsi istiqamətində institusional addım kimi qiymətləndirilə bilər. 2025-ci ildə qurulan əməkdaşlıq əlaqələrinin davam etdirilməsi və yeni investorların cəlb olunması baxımından ikinci forumun keçirilməsi Azərbaycanın investisiya strategiyasında mühüm hadisələrdən biri olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
09 Sentyabr

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında idxalı əlavə dəyər vergisindən azad olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə Siyahısı”nın təsdiq edilməsi haqqında

00:36
09 Sentyabr

Azərbaycanın xarici işlər nazirinin müavini ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə görüşüb

22:02
08 Sentyabr

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

18:50
08 Sentyabr

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

18:39
08 Sentyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:55
08 Sentyabr

“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub

17:40
08 Sentyabr

Xüsusi nümayəndə: Kəlbəcərdəki özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılmasıdır

17:35
08 Sentyabr

DİN: İntensiv yağıntılarla əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

17:30
08 Sentyabr

YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

17:20
08 Sentyabr

YAP və ÇKP nümayəndələri Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

17:10
08 Sentyabr

Milli Məclisdə Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub

17:00
08 Sentyabr

Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

16:50
08 Sentyabr

Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşüb

16:40
08 Sentyabr

BCAW2026: "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub

16:35
08 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB

16:30
08 Sentyabr

Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb

16:25
08 Sentyabr

“Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” - panel sessiya YENİLƏNİB 

16:20
08 Sentyabr

Cibə qayıdan milyonlar

16:17
08 Sentyabr

Britaniyanın texnologiya nəhənginin rəhbəri: Süni intellekt xərçəngin dərmanını tapacaq

16:15
08 Sentyabr

Mayami Beynəlxalq Hava Limanında qəzaya uğrayan "Amazon" yük təyyarəsinin qara qutuları tapılıb

16:10
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!