01 Aprel 2026 16:09
135
SİYASƏT
A- A+
Azərbaycan Bayrağı İtaliyanın “Miravalle” yüksəkliyində dalğalanır 

Azərbaycan Bayrağı İtaliyanın “Miravalle” yüksəkliyində dalğalanır 


Martın 31-də ölkəmizin İtaliyanın Rovereto şəhərində yerləşən "Maria Dolens - Müharibə Qurbanları Zəngi” Fondu tərəfindən Azərbaycan Bayrağının İtaliyanın sülhün və dialoqun universal simvolu olan “Miravalle” yüksəkliyində dalğalanması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə gənclərdən ibarət xor sülh mövzusuna həsr olunmuş mahnılar ifa edib, Zəngin önünə əklil qoyulub və nitqlər səsləndirilib.

“Müharibə Qurbanları Zəngi” Fondunun regenti səfir Marko Marsilli bu təşəbbüsdə Azərbaycanın iştirakını alqışladığını və Azərbaycan Bayrağının xalqlar arasında sülhün və dialoqun universal simvolu sayılan “Miravalle” təpəsində dalğalanan 107-ci bayraq olduğunu vurğulayıb.

Sonra Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov ölkəmiz üçün XX əsrin dərin yaralarla yadda qaldığını və bu təşəbbüsə qoşulmaq üçün 31 mart tarixinin təsadüfi seçilmədiyini bildirib. O, 1918-ci ildə torpağımızın böyük faciələrin səhnəsinə çevrildiyini, radikal erməni qruplaşmaları tərəfindən Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvanda on minlərlə mülki şəxsin etnik mənsubiyyətinə görə qətlə yetirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. R.Aslanov 1998-ci il martın 26-da Prezident Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanın həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verdiyini və 31 mart tarixinin “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini vurğulayıb.

Trento regionunun nümayəndəsi Filomena Kila və Rovereto şəhərinin meri, memar Culiya Robola Azərbaycanı bu təşəbbüsdə görməyə şad olduqlarını və ölkəmizin beynəlxalq arenadakı aktiv fəaliyyətini, o cümlədən İtaliya ilə qurduğu strateji əməkdaşlığı təqdir ediblər.

Daha sonra səfir R.Aslanov tərəfindən Azərbaycanın Dövlət Bayrağı qarşı tərəfə təqdim edilib və ölkəmizin Dövlət himninin sədaları altında bayrağımız ucaldılıb. Sonda isə “Maria Dolens” Sülh Zəngi çalınıb.

Məlumat üçün bildirək ki, “Maria Dolens” (Müharibə Qurbanlarının Zəngi) İtaliyanın Rovereto şəhərindəki “Colle di Miravalle” küçəsində yerləşən və bütün müharibələrdə həlak olanları yad etmək və sülhü təşviq etməyə həsr olunmuş nəhəng, simvolik bir zəngdir.

1924-cü ildə Birinci Dünya müharibəsindən qalmış topların tuncundan tökülərək hazırlanmış bu zəng dünyanın ən böyük yellənən zəngidir. O, həlak olmuş əsgərlərin xatirəsinə gün batanda çalınır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya İrana humanitar yardımın çatdırılmasında köməyinə görə Azərbaycana təşəkkür edib

16:23
01 Aprel

“El Mundo”: NATO İran müharibəsi fonunda dərin böhran yaşayır

16:22
01 Aprel

Baş nazir Əli Əsədov Şimali kiprli həmkarı ilə görüşüb

16:18
01 Aprel

Gürcüstanda xüsusi əməliyyat: 108 nəfər saxlanılıb

16:17
01 Aprel

“Politico”: Tramp administrasiyası neftin qiymətlərinin bir barel üçün 200 dollara qalxması ehtimalını müzakirə edir  

16:16
01 Aprel

Avstraliyanın Baş naziri əhalini ictimai nəqliyyatdan istifadə etməyə çağırıb  

16:11
01 Aprel

Düşünülmüş və məqsədyönlü siyasət Azərbaycanı ən təhlükəsiz ölkələrdən birinə çevirib

16:10
01 Aprel

Azərbaycan Bayrağı İtaliyanın “Miravalle” yüksəkliyində dalğalanır 

16:09
01 Aprel

Türkiyə Prezidenti maksimalizmdən imtina etməyə və İranla bağlı dialoqa çağırıb  

16:07
01 Aprel

Fransa Livan ordusuna 39 zirehli texnika verib

16:06
01 Aprel

Ağdərədəki mina partlayışı ilə bağlı birgə məlumat - YENİLƏNİB

15:25
01 Aprel

Media: ABŞ-nin NATO-dan çıxması müzakirə olunur

15:16
01 Aprel

Azərbaycan şahmatçılarının FIDE reytinqində yeni mövqeləri bəlli olub

15:11
01 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

15:08
01 Aprel

AFFA “Kəpəz”i yüksək məbləğdə cərimələyib

15:01
01 Aprel

İran səfiri: Tehran Britaniyaya məxsus hərbi bazaların qanuni hədəf olub-olmamasını nəzərdən keçirir  

14:59
01 Aprel

Hacıqabul Sənaye Parkında yeni istehsal sahəsi yaradılır

14:54
01 Aprel

Gürcüstanda bəzi sahələrlə bağlı yeni tənzimləmələr qüvvəyə minib  

14:46
01 Aprel

Azərbaycanın hava məkanı qlobal tranzit şəbəkəsində mövqeyini gücləndirir

14:43
01 Aprel

Ötən ay 503 mina və 4922 partlamamış hərbi sursat zərərsizləşdirilib

14:41
01 Aprel

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 9 nəfər saxlanılıb  

14:37
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!