10 İyul 2024 08:45
383
İQTİSADİYYAT
A- A+
Azərbaycan Avrasiya iqtisadi məkanında önəmli ölkəyə çevrilib

Azərbaycan Avrasiya iqtisadi məkanında önəmli ölkəyə çevrilib

 

Bu gün dünyada baş verən qlobal proseslərə sovetlər birliyinin dağılması və Çinin iqtisadi yüksəlişi, həmçinin onun siyasi ambisiyalarının yaranması kontekstindən baxmaq lazımdır. Belə ki, sovetlər birliyinin dağılması və Rusiyanın zəifləməsi Qərbə şəriksiz hökmranlıq etməyə imkan verdi. 
Qərb bu tarixi fürsəti düzgün qiymətləndirmədi. Yəni bu imkandan dünyanın ədalətlə idarə olunması üçün istifadə etmədi. Onun haqlı və haqsız tələblərinə hamının boyun əyməsini istədi. Belə hal isə dünyanın əksər ölkələrində haqlı narazılığa səbəb oldu. Biz ölkə olaraq 30 illik işğal dövründə Qərbin işğala məruz qalanla işğalçıya eyni münasibət göstərdiyinin canlı şahidiyik. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra biz əvvəlki kimi diplomatik ibarələrlə maskalanan mövqe əvəzinə açıq diplomatiyanın şahidi olduq. Qərbin fikrincə, belə çıxır ki, bizim tarixi torpaqlarımızı işğaldan azad etməyə haqqımız yox imiş və nəyi necə etmək üçün onlardan icazə almalıydıq. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Qərbin ikili standartlara söykənən siyasətini və qəbul edilmiş beynəlxalq qanunları heçə saymağını haqlı olaraq tənqid etmişdir.  
Artıq dünyada bu peoseslərin nəticəsi olaraq ciddi qütbləşmə prosesi gedir. Bunun üçün də dövlətlər yeni regional təşkilatlar yaradıb birləşməyə üstünlük verirlər. Həmin təşkilatlar Qərb tərəfindən formalaşdırılan təşkilatlardan tamamilə fərqlənir. Məsələn, Avropa İttifaqı bir xristian təşkilatıdırsa, Şanxay Əməkdaşlıq Təşkilatı barəsində bunu demək olmaz. Bu təşkilatda birləşən ölkələr müxtəlif dini konfessiyalara və etnik köklərə məxsusdur və qeyd edilən əlamətlərə görə, ayrı-seçkilik etmirlər. Məlumdur ki, yarım əsrdən çox bir dövrdə müxtəlif bəhanələrlə Türkiyəni Avropa İttifaqına üzv qəbul etmirlər. Səbəb kimi müxtəlif bəhanələr göstərilsə də, hamıya məlumdur ki, burada əsas məsələ din faktorudur. Bəzi Avropa siyasətçiləri bunu gizlətmirlər və açıq şəkildə məsələnin dinlə bağlı olduğunu söyləyirlər. Qərbin apardığı belə ikili standartlar dünyanın bir çox ölkəsində haqlı narazılıq yaratdığı üçün bərabərhüquqlu əməkdaşlığa üstünlük verən yeni təşkilatlar yaratmağa sövq edir. Şanxay Əməkdaşlıq Təşkilatı bu prinsipləri rəhbər tutduğu üçün qısa bir zamanda ona bir çox dövlətin qoşulmasına  səbəb oldu. 
Azərbaycan son dövrlər bu təşkilatla əməkdaşlığa xüsusi önəm verərək onun fəaliyyətində yaxından iştirak edir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ŞƏT-in hazırkı sədri kimi Prezident İlham Əliyevi Zirvə görüşünə dəvət etmişdir. Tədbirdən əvvəl dövlətimizin başçısının Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü istər regional, istərsə də qlobal baxımdan xüsusi əhəmiyyətə malikdir. 
Avrasiya regionunda Rusiyadan sonra ÇXR-lə də strateji əməkdaşlıq bəyannaməsinin imzalanması tarixi hadisədir. Bir sözlə, Azərbaycan dünyanın ən böyük iqtisadiyyatına malik Çinlə strateji tərəfdaş olur. Hansı ki, dünya iqtisadiyyatının ağırlığı Qərbdən Şərqə, yəni Çinə keçir və bu ölkə qlobal problemlərin həllində söz sahibinə çevrilir. 
Azərbaycanın ŞƏT-də iştirakı bu təşkilatın gücünə güc qatacaq. Ölkəmiz güclü iqtisadi imkanlara və strateji coğrafi mövqeyə malikdir. Azərbaycan dünyanın ən önəmli iki beynəlxalq ticarət marşrutunda qovşaq ölkədir. Məlum olduğu kimi, hazırda Qərb-Şərq bloku arasında gedən mübarizənin önündə qlobal ticarət marşrutlarına nəzarəti ələ keçirmək dayanır. Bu üzdən dünyada proseslərin kimin xeyrinə həll olunması Azərbaycanın tutduğu mövqedən asılıdır.
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında keçirilən görüşdə Azərbaycanın beynəlxalq ticarət marşrutlarında tutduğu önəmli mövqeyi barədə demişdir: "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Biz tərəfdaşlarımızla Orta dəhlizin rəqəmsallaşması üzərində işləyirik. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir".
Bununla yanaşı, dövlət başçısı vurğuladı ki, ölkəmiz "Şimal-Cənub" nəqliyyat marşrutunda önəmli ölkə statusundadır. Bildirdi ki, Azərbaycan bu dəhlizlə yüklərin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, ancaq bununla kifayətlənmir, zərurət yaranarsa, bu, 30 milyon tona qədər artırılacaq.     
Xatırladaq ki, ŞƏT regional təşkilat kimi 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan tərəfindən yaradılıb. Ancaq bu təşkilat qısa bir zamanda digər ölkələri də özünə cəlb edə bilib. Belə ki, sonradan bu təşkilata Hindistan, Pakistan, İran və Belarus da qoşulub. Ancaq təşkilatla əməkdaşlıq edən ölkələrin sayı bununla bitmir. Təşkilatın 2 müşahidəçi və 14 dialoq tərəfdaşı var.  
Təşkilat regional iqtisadi birlik kimi yaransa da, qlobal təşkilata çevrilmək üzrədir. ŞƏT-i əhatə edən ölkələrdə dünya əhalisinin 40 faizi yaşayır. Bu, ilk növbədə böyük bazar və işçi qüvvəsi deməkdir. Digər tərəfdən təşkilata üzv və əməkdaşlıq edən ölkələr qlobal səviyyədə iqtisadi və maliyyə resurslarına malikdirlər. Üstəlik, bu ölkələrin dünyanın iki əsas ticarət marşrutuna nəzarət etmək imkanı var. 
İqtisadçı alim Vüqar Bayramov bu təşkilatın imkanları barədə maraqlı faktlar açıqlayır. Alim deyir ki, təşkilata üzv olan 9 ölkənin birgə nominal ümumi daxili məhsulda payı 24,4 trilyon dollardır. Avropa İttifaqının birgə dünya üzrə ümumi daxili məhsuldakı payı isə 6 trilyon dollardan çoxdur, aradakı fərq 3 trilyona yaxındır. Bununla yanaşı, təşkilata üzv olan ölkələrin qlobal nominal ÜDM-dəki payın 20 faizindən çoxu bu dövlətlərdə formalaşır. Eyni zamanda dünyanın strateji resurslardakı payda bu ölkələr önəmli rol oynayırlar. Belə ki, dünyada mövcud olan neft ehtiyatlarının 20 faizi, qaz ehtiyatlarının isə 44 faizi təşkilata üzv olan ölkələrə məxsusdur. 
Azərbaycan ŞƏT üzvü olmasa da, təşkilatda birləşmiş ölkələrlə sıx əməkdaşlıq edir. Mütəxəssislərin hesablamalarına görə, cari ildə Azərbaycanın ŞƏT-in üzv, müşahidəçi və dialoq tərəfdaşları ilə ticarət dövriyyəsinin həcminin 20 milyard dollardan çox olması gözlənilir. Azərbaycanın xarici ticarətdəki 4 əsas partnyorundan 3-ü, yəni Rusiya, Çin və Türkiyə ŞƏT-in üzvü və dialoq tərəfdaşıdır.
Prezident İlham Əliyevin apardığı iqtisadi siyasətin əsas prinsipi bütün tərəflərlə Azərbaycanın milli maraqlarına uyğun əməkdaşlıq etməkdir. Ölkəmiz hazırda Qərb və Şərqlə iqtisadi maraqları çərçivəsində tərəfdaşlığı genişləndirir. Azərbaycan bir tərəfdən Avropanın təbii qazla təminatında önəmli rol oynamaqla yanaşı, onun "yaşıl enerji" təchizatında da əsas ölkə olmağa çalışır. Digər tərəfdən, Orta dəhliz və "Şimal-Cənub" marşrutunda açar ölkə kimi dünya ticarət yollarında da önəmli statusa sahibdir. Prezident İlham Əliyevin apardığı çoxvektorlu siyasət ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu artırır. Bu uzaqgörən siyasətin nəticəsidir ki, bir çox regional və qlobal məsələlərin həllində ölkəmizin rəyi nəzərə alınır.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Neftçi" yeni baş məşqçisinin gəlişindən nə qazandı?

11:34
22 Oktyabr

Mahir Emreli: "Vurduğum qol mənə böyük motivasiya verdi"

11:34
22 Oktyabr

Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib YENİLƏNİB

11:30
22 Oktyabr

Səfirlik nümayəndəsi: Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh nəticəsində yeni nəqliyyat dəhlizləri yarana bilər  

11:29
22 Oktyabr

Azərbaycanla Belçika arasında minatəmizləmə ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə edilib

11:26
22 Oktyabr

FHN: Bakı şəhəri və Abşeron rayonunda su basmış ərazilərdən 31 vətəndaş təxliyə edilib 

11:24
22 Oktyabr

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

11:22
22 Oktyabr

Britaniyanın Lordlar palatasının üzvləri Ulu Öndərin məzarını ziyarət ediblər

11:21
22 Oktyabr

Azərbaycan neftinin qiyməti artıb

11:19
22 Oktyabr

Azərbaycan parlamentində 19 məsələnin müzakirəsinə başlanılıb

11:16
22 Oktyabr

Əksər bölgələrdə yağıntılı hava şəraitində fasilə yaranıb

11:15
22 Oktyabr

Mask aksiya iştiraçkısına 1 milyon dollarlıq çek verdi

10:59
22 Oktyabr

Venesuelada keçmiş sənaye naziri həbs edilib

10:51
22 Oktyabr

"Ayaks" bu hücumçunu Bakıya gətirmir - AÇIQLANDI

10:44
22 Oktyabr

“Crew Dragon”-un Yerə qayıdışı yenidən təxirə salınıb

10:42
22 Oktyabr

Mask ABŞ-nin gələcəyi ilə bağlı proqnoz verdi

10:35
22 Oktyabr

Pekində Çin şirkətləri ilə yaşıl enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

10:32
22 Oktyabr

Ölkə ərazisində müşahidə olunan faktiki hava

10:31
22 Oktyabr

Ağ Evdən açıqlama: BRİKS bizim üçün təhlükə deyil

10:14
22 Oktyabr

FHN: Yağış Bakı və Abşeronda fəsadlar yaradıb, 8 vətəndaş təxliyə edilib

10:07
22 Oktyabr

DİN: Hava şəraiti ilə əlaqədar xidmətə əlavə qüvvə və naryad qrupları çıxarılıb  

09:49
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!