10 İyul 2024 16:54
566
İQTİSADİYYAT
A- A+
Azərbaycan Asiyadan Avropaya yalnız yüklərin deyil, yaşıl enerjinin də tranzit nəqlində aparıcı rol oynayacaq

Azərbaycan Asiyadan Avropaya yalnız yüklərin deyil, yaşıl enerjinin də tranzit nəqlində aparıcı rol oynayacaq

 

Azərbaycan Avropa ilə Asiya arasında olduğu kimi, Türk dövlətləri arasında da körpü rolunu oynayır. Bu baxımdan, Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi təsadüfi xarakter daşımır. Azərbaycan Mərkəzi Asiyanı Türkiyə, Gürcüstan, Qara dəniz və Şərqi Avropa ilə birləşdirdiyi üçün mühüm tranzit qovşağı rolunda çıxış edir. Ölkəmizin tranzit rolu təkcə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti ilə məhdudlaşmır. Azərbaycan Mərkəzi Asiya ölkələrinin enerji ixracında da mühüm tranzit mövqeyinə malikdir. Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar enerji böhranı yaşayan Avropa Azərbaycanla yanaşı, Mərkəzi Asiya respublikalarında istehsal olunan yaşıl enerjiyə də ehtiyac duyur.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq birgə kommünike imzalanıb. Sənəddə bərpaolunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, yaşıl hidrogen və yaşıl ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunub. Kommünikedə, həmçinin Xəzər-Qara dəniz-Avropa ixrac dəhlizinin birgə layihəsi və Naxçıvan-Türkiyə-Avropa enerji dəhlizinin perspektivləri göstərilib. Buna görə də Prezident İlham Əliyevin TDT Şuşadakı Zirə görüşündə çıxışında söylədiyi “Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir” fikirləri onunla əsaslanır ki, Özbəkistanın və Qazaxıstanın Avropaya enerji ixracı üçün böyük potensialları var. Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, Özbəkistanın illik tələbatdan 30 dəfə çox - 2091 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək imkanı var. Özbəkistanın iqlimi ildə 320 günəşli gündən ibarətdir ki, bu da böyük həcmdə alternativ enerji istehsalına imkan yaradır. Ölkənin Surxandərya, Buxara, Kaşkadərya vilayətləri coğrafi baxımdan elə iqlim qurşağında yerləşir ki, bu regionlarda ümumilikdə 2058 milyard kilovat-saat Günəş enerjisi hasil etmək olar. BMT-nin yaşıl enerjinin inkişafına dair hazırladığı hesabatda vurğulanır ki, Özbəkistanın şimal-qərb və cənub-qərb əraziləri 9,9 milyarda kilovat-saat külək enerjisi istehsal etmək iqtidarındadır.

Son 5 ildə Özbəkistan Prezidenti yaşıl enerjinin inkişaf etdirilməsi üçün 15 sərəncam imzalayıb. Hökumət yaşıl enerji potensialını düzgün qiymətləndirərək müxtəlif xarici şirkətlərlə 21 müqavilə imzalayıb. Bu gün Özbəkistanda yaşıl enerji istehsalı ilə əlaqədar olaraq 19 layihə icra olunur.

Qazaxıstanın Energetika Nazirliyinin məlumatına əsasən, hazırda ölkədə alternativ enerji istehsal edən 133 müəssisə var. Bunlardan 48-si külək, 43-ü Günəş, 39-u su, 3-ü bioqaz elektrik stansiyalarıdır. Bu müəssisələrin ümumi istehsal gücü 2,5 giqavatdır. 2023-cü ilin ikinci yarısında bu stansiyalarda ümumilikdə 3,35 milyard kilovat-saat enerji istehsal olunub.

BMT-nin Sənayenin İnkişafı bölməsinin (UNİDO) hesabatına əsasən, Qazaxıstan planetimizin şimal yarımkürəsinin külək axınları olan regionunda yerləşdiyi üçün böyük həcmdə külək enerjisi istehsal etmək potensialına malikdir. Təşkilatın ekspertləri bu potensialın 1820 milyard kilovat-saat olduğunu qeyd ediblər. Qazaxıstan hökuməti 2030-cu ilə kimi ölkənin 46 rayonunda ümumilikdə 1 milyon kilovat-saat külək enerjisi istehsal edəcək stansiyalar quraşdırmağı planlaşdırıb və artıq bu istiqamətdə işlər davam edir. Qazaxıstanda ildə 3000 saat Günəş işığının olması irihəcmli Günəş enerjisi istehsal etmək üçün şərait yaradır. Ölkədə 1 milyard giqavat-saat Günəş enerjisi istehsalı potensialı var.

Göründüyü kimi, Mərkəzi Asiyanın bu iki ölkəsinin böyük alternativ enerji istehsalı potensialı onun ixracı məsələsinin zəruriliyini meydana çıxarır. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yalnız TDT-yə daxil olan ölkələrin deyil, bütün region dövlətlərinin iqtisadiyyatına böyük təkan olacaq. Belə qlobal xarakterli layihələrin reallaşdırılması Azərbaycanın həyata keçirdiyi praqmatik siyasətin nəticəsidir. Türk dövlətlərinin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaxın gələcəkdə böyük ittifaqın yaranmasına və qlobal xarakterli geosiyasi proseslərdə nüfuz etmək imkanı verəcək. Azərbaycan Asiyadan Avropaya yalnız yüklərin deyil, eləcə də enerjinin tranzit nəqlində aparıcı rol oynayacaq.

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələdə kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim olunub  

21:59
09 Fevral

Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb  

21:53
09 Fevral

Azərbaycanın karateçiləri Avropa çempionatından 3 medalla dönürlər  

21:19
09 Fevral

“Qalatasaray”ın oyunu mübahisəli penalti qərarına görə yarımçıq dayandırılıb  

21:15
09 Fevral

Misli Premyer Liqası: “Sabah” “Turan Tovuz”u məğlub edib  

20:57
09 Fevral

Zelenski: Müharibənin bu il başa çatması mümkündür  

20:21
09 Fevral

Ukrayna ordusu ayda 200 min dronla təmin olunur  

20:00
09 Fevral

Yeniyetmə boksçular arasında ölkə birinciliyi başa çatıb  

19:04
09 Fevral

Misli Premyer Liqası: “Şamaxı” doğma meydanda “Sumqayıt”a qalib gəlib

18:57
09 Fevral

Egey bölgəsindəki seysmik aktivlik Türkiyəyə təsir edə bilər

18:53
09 Fevral

Elçin Xələfov: 207 hakimliyə namizəd yazılı imtahanda iştirak edib

18:03
09 Fevral

Milyarder Klaus-Mixael Kühne Hamburqda opera binasının inşası üçün 330 milyon avro ayırıb  

17:51
09 Fevral

Sabah qar yağacaq, külək əsəcək - Proqnoz 

16:42
09 Fevral

Kreml Putin və Tramp arasında danışığın baş tutmasını nə təsdiq, nə də təkzib etdi

16:14
09 Fevral

Qərbi Azərbaycan İcması: Bu, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiyadır  

15:20
09 Fevral

“Azərbaycan Atabəyləri” filmi Laçında nümayiş olunub

14:32
09 Fevral

Azərbaycan boksçularından Serbiyada 6 medal

13:08
09 Fevral

Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya Kubokunun qalibi olub

12:09
09 Fevral

Parisdə Azərbaycan bəstəkarlarının musiqisindən ibarət konsert olub

11:26
09 Fevral

Serbiya prezidentinin avtomobili qəza şəraiti ilə üzləşib

11:23
09 Fevral

Donald Tramp Şahzadə Harrini deport etməyəcəyini açıqlayıb

11:13
09 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!